Məzmuna keç

Hədiqətüs-süəda/Xatimə/Münacat

Vikimənbə saytından
İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhum Hədiqətüs-süəda.
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər
Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam

Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 376–380


İlahi, bu kəmali-inayətindən şərəfi-ixtitama müvəffəq olan nüsxeyi-nami və nəvali-atifətündən səadəti-itmam bulan bu səhifeyigiramidə ibtidadan intihayadək ə’mali-sütudələri məsturü məzkur olan və əf’ali-həmidələri təstirü təhrir bulan ənbiyayi-üzam və övliyayi-giram və şühədayi-zəvi’lehtiramin ki, sakini-süradiqatiqürbü qəbul olmuşlar və məhrəmiyyəti-sərapərdeyi-təqərrüb bulmuşlar, məyamini-ərvahi-müqəddəsələrin və bərəkati-nüfusimütəhhərələrin ol padişahi-aləmpənaha bədrəqeyi-təriqi-hidayət qıl. Və tirazi-məhceyi-livayinüsrətayət ki, tüğyani-ərbabi-zəlalətü bid’ət Əhli-Beytə məsdud etdigi abi-Fərat anın əyyami-ədalətində fərmani-şərifiylə dəsti-təvəssül daməni-Kərbəlaya urdu və ol zülali-Kövsərmisalın təhəssüründə həlak olanlar ki, ərvahi-şərifləri sirab etməklə çeşmeyi-iltifatı cuybari-mərhəmət yetürdi, şəhənşahi ki, əgər xameyisəbzə övsafi-ədlin səfheyi-gülzara təhrir etsə, övraqi-əşcara nəsimi-təzəlzül güzar etməz və əgər misali-zərnigari-gül tüğrayişərifiylə müvəşşəh olsa, istimrarihökmünə təğəllübi-xəzandan xələli-təğəyyür yetməz. Şe’r:

Ol şəhənşahi-fələkrif’ət ki, kəsb etmiş günəş
Xakbusi-asitanindən ülüvvi-iqtidar.
Ol sərəfrazi-mələksurət kim, almış asiman
Xidməti-dərgahi-qədrindən sümüvvi-e’tibar.

Yə’ni Sultani-sultannişan və qütbi-dayireyi-əmnü əman Əbulmüzəffər Sultan Süleyman bin Səlim-xan "Rəfə’əllahu [bihi’n] nəva’ibə əni’zzəmani ila yəvmə yəqumu’l-həşri və yunsəbu’lmizan"[1] və ol xudavəndgari-səadətdəstgahin sayeyi-mərhəmətindən və ol kamkari-məlayik-sipahin zilli-məkrəmətindən həmişə mütəmətte’ ola və həmvarə intifa’ bula. Ol sərvəri-xücəstəliqa və ol sərdari-sahibrə’yi- mülkara ki, bu nüsxeyi-dilpəzir anın hüsni-işarətişərifiylə siməti-təhrir bulmuş və anın lütfi-ehtİmamiylə müstə’idi-səadəti təstir olmuş, cəhandari ki, pirayeyi-hifzü hərasətlə hövzeyi-İraqi-Ərəb rəngi-nigaristani-Çin dutmuş və kəmali-hirzü himayəti büq’eyi-Bəğdadı qeyrəti-darül-İslam etmiş. Şe’r:

Güli-gülzari-dövlətü iqbal,
Afitabi-sipehri-cahü cəlal,
Göhəri-mə’dəni-səxavü kərəm,
Zübdeyi-firqeyi-Bəni-Adəm.
Məlcə’vü mərcə’i-xəvasü əvam,
Ə’zəmü əkrəmi-izamü giram.

Yə’ni kəhfül-füqəra və sədrül-üməra müizzirrif’əti və və’l-izzi və’l-üla Məhəmməd Paşa "həfəzəhu’llahu əmma yəxafu və yəğşa"[2]. Əl-minnətu lillah ki, bu tərzi-məlaləfzayi-qəmənduz və bu nüsxeyicangüdazi-cigərsuz əhsəni-saat və əyməni-övqatda siməti-ixtitam buldu və məsləhəti-təfhimi-əvam üçün təkəllüfati-rəsmidən müərra və istiarati-bə’idə və əsca’i-qəribədən mübərra təmam oldu. Təvəqqe’ budur ki, füzəlayi-bəlağətpişə və füsəhayi-diqqət-əndişədən ki, binayi-tə’lifinə və tərhi-təsnifinə nəzəri-diqqət buraxdıqda islahixətasinə iqdamü ehtİmam edələr və mühərrirü müqərririn duayla yad edüb qəbuli-üzrlə hər nöqsanın təmam edələr. Şe’r:

Hücumi-möhnəti-dövran məluli,
Giriftari-qəmi-aləm Füzuli,
Degil ol ləhceyi-göftara qadir
Kim, ola qabili-səm’i-əkabir.
Qılur cəm’iyyəti-dil ləfzi-dilkəş,
Müşəvvəş söyləməz illa müşəvvəş.
Gəl ey hali-təkəllümdən xəbərdar,
Tərəhhüm qıl, təərrüz qılma, zinhar!
Xeyrə-yazsun şərrini onun kiramən katibin,
Kim dua ilə ana işbu kitabın katibin.
Nari-düzəxdən Xuda üqbada azad eyləyə,
Bu Hədiqə katibin kim xeyrilə yad eyləyə.

  1. Allah fəlakətləri Qiyamətə qədər onun üzərindən qaldırsın.
  2. Allah onu qorxduğundan və çəkindiyindən qorusun.