Məzmuna keç

Hədiqətüs-süəda/Yeddinci bab

Vikimənbə saytından
Altıncı bab. İmam Həsən Həzrətləri əhvalın bəyan edər Hədiqətüs-süəda.
Yeddinci bab. Həzrəti Sultan Hüseynin Mədinədən Məkkəyə təvəccöh etdigin bəyan edər

Müəllif: Məhəmməd Füzuli
Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edər
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 192-216


Bu nüsxeyi-nami ki, müsaidəti-xameyi-siyəhruzigari-əşkbarla zühura gəlür və bu nameyi-girami ki, müavinəti-kilki-sərgəşteyibiqərardan təhrir alur, zəfərnameyi-sultani-Kərbəla Hüseyn İbn Əliyyi-Murtəzadür ki, dərd meydanından ələmi-ahi-cigərsuz çəkub və mərdümi-dideyi nəmdidədən qanlar töküb, cəm’iyyəti-cüyuşibəliyyati- mövfurə və ictimai-əsakiri-məsaibi-qeyriməhsurə ilə təsxiri-məmaliki-əltafi-sübhani etmiş və fəthi-əqalimi-’əvatifi-İlahi qılub, səltənəti-səriri təqdirdə dərəceyi-kəmalə yetmiş. Şe’r:

Təalallah zəhi sultan ki, dərgahi-fələkqədri
Mədari-dinü dövlət, qibləgahi-əhli-aləmdür.
Ana olmuş müyəssər kəsbi-feyzi-dünyəvü üqba,
Ana təsxir-mülki-surətü mə’na müsəlləmdür.

Və müsibətnameyi-Yezidi-pürcəfadür ki, şəbistani-[qəflətdə] təhriki-həvayinəfslə, çiraği-tövfiqi-sə’adəti intifa bulmuş və seyliNili- zəxarifi-dünyayla binayi-imanü İslami viran olmuş. Şe’r:

Zəhi nadan ki, qədrin bilməyüb tövfiqi-İslamın,
Məta’i-faniyi-dünyaya vermiş nəqdi-imanın.
Təvəccöh həşr divaninə qılmış mülki-dünyadan,
Tirazi-nameyi-ə’mal edüb məzlumlar qanın.

Filvaqe’, əbdanından müfariqət edən ərvaha müşahideyi-əhvalidünya mümkün olsa və nüfusi-insaniyyə inhilali-bədəndən sonra ümuridünyaya ettila’ bulsa mə’lumdur ki, Həzrəti-Hüseyni-Əli çəkdügi cəfalərdan hasil etdügi sə’adətlə zəman-zəman məhzuz olub tərviciməzar və tə’zimi-övlad və təksirimənaqibü mədayihdən Qiyamətədək nə miqdar təməttö’ olur və Yezidi-pəlid etdügi əməl cəzasın görüb, ləhzə-ləhzə təcəddüdi-lə’nət və tə’əddüdi-ənva’i-ihanət və təcərrö’izəhriməzəmmətdən nə bəlalarla mütəəllim olur. Şe’r:

Dari-dünyada bu yetər olara,
Əsəri-cənnətü nişani-cəhim.
Məhşər olduqda xud müqərrədir,
Ne’məti-baqivü ’əzabi-’əzim.

Həqqa ki, Hüseyni-şəhidün zikri-vaqieyi-şəhadəti-mövcibitəcdidi- kəmaliixlasu e’tiqad olmağın eyni-ibadətdür və məzlumiKərbəlanın təkrari-vəqaye’imüsibəti baisi-tənbihi-əhli-qəflət olduğu səbəbdən kəmali-sə’adətdür. Şe’r:

Hər kim ki, zikri-vaqieyi-Kərbəla ilə
Bir natəvanın eyləyə çeşmini əşkbar,
Gülzari-izzü cahini sərsəbz qılmağa,
Ol çeşmi-əşkbar yetər əbri-növbəhar.

Əgərçi zikri-vaqi’eyi-Kərbəla təqrir edən zəbani-növhəsəra bərqi-ələmdən bir şö’leyi-cansuzdur və keyfiyyəti-əhvali-şühəda təhrir edən xameyi-məlalətfəza kəmani-küdurətdən bir navəkidilduzdur, əmma ol şö’leyi-cansuz zəbanə çəkdükdə sineyi-ərbabiməhəbbətdən qeyri mövqidi-iltihab bulmaz və ol navəkidilduz pərvaza gəldükdə dili-əshabi-vəfadan qeyri nişanə qılmaz. Şe’r:

Tök ey müjgan, cigər qanın ki, gəldi giryə həngamı,
Gəl ey əşki-rəvan kim, getdi eyşü işrət əyyamı.
Gətür təqrirə bir-bir ruzigarın surəti-halın
Ki, bilsünlər nədür dünyayi-dunpərvər sərəncamı.

Nüsxeyi-"Şəvahidün-nübüvvət"də məsturdur, bəlkə cümleyi-aləmdə məşhurdur ki, Həzrəti Hüseyn bin Əliyyi-Murtəza üçüncü İmamdür əimmeyi-isna ’əşərdən və künyəti-şərifi Əba Əbdullah və ləqəbi-mübarəki Zəki və Şəhid və Sibt olub, sə’adəti-viladəti Mədinədə hicrətün dördüncü yilində Şə’ban ayının beşinci günündə seşənbə güni vaqe’olmuş.

Rəvayətdir ki, nihali-xilqətləri gülşəni-sə’adətdə zühura gəlüb həqiqeyi-fəzayi- vücudu müzəyyən qıldıqda, müjdeyi-təşrifi-qüdumu Həzrəti-Rəsula yetüb, ol Həzrət iştiyaqi-təmamla Fatimə hərəmsərasinə sayeyi-iltifaq buraxub, Əsma binti-Ümeyşə ki, qabilə idi, ol cövhəri-qabili Həzrəti Seyyid hüzurinə gətürdikdə ol Həzrət Əli ibn Əbi Talibə ayıtdı: "Ya Əli, bu fərzəndi-səadətməndi nə ismlə mövsum edərsən?" Murtəza Əli ayıtdı: "Ya Rəsulullah, haşa ki, bən bu məsləhətdə Həzrətinə təqəddüm edəm. Səlahım sənin səlahındır, əmma xatirimdə bu idi ki, Həzrətinizlə müşavirət edüb, ismin ya Hərb, ya Cəf’ər edəm". Həzrəti-Rəsul ayıtdı: "Bən dəxi bu təsmiyədə Vacibülvücuda sibqət etməzəm". Bu hala müqarin Cəbrail nüzul edüb səlam verüb dedi: "Ya Rəsulullah, bu tiflün dəxi ismin Harun Nəbi oğlunun isminə müvafiq Şəbir eylə. Şəbir lüğəti-Yunanda Hüseyndür". Pəs, həsbüləmr ismimübarəkin Hüseyn etdilər. Tədriclə ol Həzrətin afitabi-rif’ətləri gündən-günə asimani-vilayətdə dərəceyi-irtifa’ bulub və hilali-fitrətləri xurşidi-risalətdən iqtibasi-ənvabi-feyt etməklə mahi-təmam olub cami-cəmi’i-fəzaili-surivü mə’nəvi oldu və hər fəzilətdə iqtidari-təvəffüq və hər mə’nidə e’tibari-kəmal buldu. Filvaqe’, nə fəzilət bundan ziyadədür ki, məcmu’i-məşahiri-əimməvü əkabiri-sadat anun nəslindən olub silsileyi-siyadət ana mərbut ola və nə mərtəbə andan əfzundur ki, təcdidi-tə’ziyəsindən Qiyamətədək həqiqəti-həqqü batil təmyiz bula. Əlhəq, bir nihali-xücəstə ki, xakitinəti-Zəhradan baş çəküb, zülali-cuybari- şəfqəti-Murtəzadan və nəsimi-iltifati-Mustəfa ilə nəşvü nəma bulmuş ola, mə’lumdur ki, aqibət nə bar verür. Və bir gövhər ki, sədəfi-bətni-Fatimədən, nisani-kəmali Murtəzadan zühur bulub dəryayi-intisabi-Rəsulullahda hasil olmuş ola, yaxındı ki, bazari-həqiqətdə nə qiyamət bula. Şe’r:

Gər qələm olsa qamu əşcarü dəryalar midad,
Gəlməyə təfsillə təhrirə övsafi anın.
Gər ədu həm kami-dil buldiysə11 qətlindən nola,
Cümləyə məftuhdi əbvabi-əltafi anın.

Lacərəm hər cəhətdən zati-şərifi iqtizayi-kəmal etməgin bəlavü möhnətdə dəxi rütbeyi-kəmalın görün və məqami-şiddətdə dəxi ülüvvi-mərtəbəsin mülahizə qılun ki, cəmi’i-ənbiyavü övliyadan mümtaz bimü’avinü müzahir yetmiş iki zəxmi-mühlik ilə igirmi iki bin zalim arasında cidal edüb və fövtiənsabü övlad ana iztirab verüb, əczü istiğasəyə bais oldu və nə təfriqeyi-’əyal və cəzə’i-ətfal və təkəddüri-əhval anı iztiraba salub əqidəsi təğəyyür buldu.

Rəvayətdir ki, ol Həzrətin xəbəri-şəhadətin Həzrəti-Rəsula Cəbrail kərratla yetürmişdür və əxbari-müsibətin dəfə’atla gətürmişdür. Ol cümlədəndür bu ki, ol məzlumun viladətindən müqəddəm Ümmül-Fəzli- Haris bir gecə vaqiəsində gördü ki, Həzrəti-Rəsulun ə’zayişərifindən bir miqdar kəsüb anın kənarına buraxdılar. İztirabla yuqudan bidar olub, Həzrəti-Rəsul xidmətinə varub surətivaqiə’yi etdükdə, Həzrət buyurdu ki, ey Ümmül-Fəzl, Fatimə hamilədir bir xələfi-salehə və ol bənim cigərguşəmdür, ənqəirb mütəvəllid olur, sən dayəsi olursan.

Rəvayətdir ki, əyyami-tüfuliyyətdə bir gün Həzrəti-Rəsul ol mə’sumu kənarinə alub, yüzün yüzünə sürüb, şəhzadəyə təqazayiİraqət zahir olub qətəratindən bir rəşhə Həzrəti-Rəsulun daməni-’ismətinə irişdi. Ümmül-Fəzl ol vaqi’ədən əsəri-infi’al peyda qılub ol məzlumu ünflə Həzrəti-Rəsulun kənarindən aldı bir növ’lə ki, təb’inaziki münzəcir olub giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey ÜmmülFəzl, nişə cigərguşəmi ağlatdun? Müqərrərdür ki, bu qətrənin küdurəti əndək suyla zail olur, əmma bu məzlumun küdurəti-xatirindən xatirimə yetən küdurət dəryalarla zail olmaz". Bu hala müqarin Cəbrail nüzul edüb ayıtdı: "Ya Rəsulullah, sən Hüseynin bir qətreyi-abi-didəsi tökülməkdən mükəddər olursan, Kərbəlada ə’zasindən yüz çeşmə açılub bir-birindən seyli-xun axdığın görsən halın nolur?" Həzrəti Rəsul mütəəllim olub giryan oldu. Şe’r:

Vəh ki, şahi-Kərbəlanun möhnətin izhar edüb,
Matəmindən göstərür hər yildə dövran bir bəhar.
Ol bəharın laləsi xunin cigərdür çak-çak,
Bərqi ahü rə’di əfğan əbri çeşmi-əşkbar.

Və ol cümlədəndür bu ki, bir gün nəvidi-nişati-eydlə xəlqi-aləm xürrəm və əsbabi-cəm’iyyəti-aləm fərahəm olmuşdu. Şəhzadələr ittifaqla Həzrəti-Rəsul xidmətinə müşərrəf olub təzərrö’lə ərz etdilər ki, ey seyyidi-kainat, övladi-əkabiri- Qüreyş əlbiseyi-müləvvəni-müccəddədlə mübahat edərlər. Biz dəxi ki, şəcəreyi-bustani-vilayətüz, növbəhari-iltifatindən xəl’əti-mücəddəd iltimas edərüz.

Həzrət bu əndişə ilə mütəvəccihi-dərgahi-İlah ikən Cəbrail nüzul edüb behiştdən iki hilleyi-kafurgun gətürüb, birin Həsənə və birin Hüseynə namzəd qıldı. Şahzadələr ol xəl’ətləri rəngdən sadə görüb təzərrö’ etdilər ki, bizüm xəl’ətümüz müləvvən gərək. Həzrəti Rəsulullaha Cəbrail ayıtdı: "Bu daiyə səhldür, ya Rəsulullah, buyur su gətürsünlər bu xəl’ətlər üzərinə tökəyim. Sən yədi-qəmərşikafla tə’sir et, şahzadələr lövn ixtiyar etsünlər". Ol əmrə şüru olunduqda Həzrəti-İmam Həsən ayıtdı: "Bana xəl’əti-zümürrüdfam mətlubdur". Həzrəti-İmam Hüseyn ayıtdı: "Bana cameyi-laləgun mərğubdur". Filhal eşitdikləri kibi müyəssər olub, xəl’ətlərin geyüb şad olduqda Cəbrail giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Ey sərxeyli-məlayik, bənim övladım nişatı səni məhzun etmək bir hikmətdən xali degil". Cəbrail ayıtdı: "Ey Seyyid, məgər şəbi-Me’rac behiştdə gördügün qəsrləri unutdun ki, İmam Həsənin qəsri zəbərcədgun və İmam Hüseynin qəsri lə’lfam idi. Bu xəl’ətlər lövni dəxi ol mə’niyə işarətdür, zira İmam Həsən zəhr içüb, hiyni-vəfat rəngi-mübarəkt zümürrüdfam olub və İmam Hüseynin rüxsareyişərifin xunabeyi-cigər laləgun qılur". Şe’r:

Saqiyi-dəhrün iltifatı budur
Ki, Həsən sağərinə zəhr tökər.
Çərx cəlladının budur hünəri
Ki, Hüseyni-şəhidə tiğ çəkər.

Və ol cümlədəndür bu ki, İmam Təbəri "Təfsiri-Kəbir"də məstur etmiş ki, cümleyi-səhabədən Dəhiyyə nam bir pakizə-surət kimsə əksəri-övqat ticarətə gedüb-gəldikdə Həzrəti-Rəsul xidmətinə hədiyyəsiz gəlməzdi və töhfəsiz olmazdı və şahzadələr mö’tad olmağın hərgah ki, Dəhiyyə hazır olurdu, hər canibdən astinü giribanına əl urub hədiyyə təvəhhüs edərlərdi. Bir gün Cəbrail Dəhiyyə surətində Həzrəti-Rəsulla müsahibət edərkən şahzadələr gəlüb, Cəbraili Dəhiyyə təsəvvür edüb, bitəkəllüf kənarına çıxub astinü giribanına əl uzatdılar. Həzrəti-Rəsul ol hərəkətdən infi’al bulub mən’ etmək sədədində ikən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bunlara mane’ olma və hərəkətlərin bana nisbət tərkiədəb mülahizə qılma ki, bən bunların xidmətkariyəm.

Və çox vaqe’ olmuşdur ki, Həzrəti-Fatimə təhəccüd nəmazından sonra mütəvəccihi-xab olub, bunlar ağazi-giryə qıldıqda, Həzrətiİzzətdən bana fərman yetübdür ki, bunların gəhvarələrin təprətüb giryələrinə təskin verəm, ta Fatimə bidar olmaya və müjdeyi-sədasın bunların səm’i-mübarəklərinə bən yetürmişəm və hala kənarıma çıxub astinü giribanıma əl ursalar, əcəb olmaz, əmma heyrətdəyəm ki, aya bu təcəssüsdən nədir müradları?" Həzrəti-Rəsul ayıtdı: "Səni Dəhiyyə təsəvvür edərlər və Dəhiyyə hazır olduqca bir hədiyyədən xali olmazdı". Filhal Cəbrail yədi-iqtidarla behiştdən bir xuşeyi-əngur və bir ənar gətürüb anlara verdikdə tənavül tədarükündə ikən bir sail avaz yetürdi ki: "Ey Əhli-Beyt, bana ol əngur və ənardan nəsib həvalə qılun". Həzrəti-Rəsul kərimifitri müqtəzasincə hissə vermək istədikdə Cəbrail mane’ oldu ki, "ya Rəsulullah, bu sail İblisdir. Miveyi-behişt ana həram ikən hiylə ilə tənavül etmək istər". Əlqissə, İblis məmnu’ olub, şahzadələr meyvə tənavül etməgə iştiğal etdikdə Cəbrail giryan olub ayıtdı: "Ya Rəsulullah, bu iki şahzadənin birin zəhrlə və birin tiği-qəhrlə şəhid edələr və bunların müsibəti sənə mövcibi-rif’əti-məzilət vaqe’ ola". Şe’r:

Əgərçi əqrəbi-övladı qətlinin xəbəri
Rəsul həzrətinə ə’zəmi-məsayib idi.
Vəleyk faidə ol ə’zəmi-məsayibdə,
Əcəlli-mənzilətü əşrəfi-məratib idi.
Ərəbiyyə:
İnnə fil-cənnəti nəhrən min ləhəbin,
Li-Əliyyun və Hüseyn və Həsən[1]

Ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsul xidmətinə gəldikdə İmam Hüseyn ol Həzrət kənarında olub, rüxsari-mübarəkindən öpüb nəvaziş qılurkən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu fərzəndi-sə’adətməndi sevərmisən?" Həzrəti-Rəsul ayıtdı: "Nə’əm ovladna akbadəna"[2]. İttifaqən Həzrəti-Hüseynin gərdəni-lətifində rişteyi-həmayildən bir əsər zahir olmuşdu. Cəbrail ana baxub, mütəəllimü mütəəmmil olub, Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu riştə əsərindən sərrişteyi-məlalət dutduğunda hikmət nola?" Cəbrail ayıtdı: "Ya Rəsulullah, ənqərib dəşti-Kərbəlada bu məzlumun fərqi-mübarəkin ol riştə əsərindən qət’ edüb, ana cəfalar qılalar". Şe’r:

Kərbəla dəştinün avarələrin yad qılub,
Əxtəri-əşk töküb gərdişi-gərdun ağlar.
Çərxdən ağlama, zalim deyü, ey qafil kim,
Çərx bu vaqiə’də cümlədən əfzun ağlar.

Və ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsulla müsahibətdə ikən Hüseyn hazır olub Həzrəti-Rəsul kənarında qərar dutdu. Cəbrail ayıtdı: "Ya Rəsulullah, ənqərib bu fərzəndi-dilbəndüni qətl edələr". Həzrəti-Rəsulullah ayıtdı: "Ey Cəbrail, bu əmri-qəbih kimdən sadir ola?" Cəbrail ayıtdı: "Ümməti-bivəfalərindən zühura gələ". Və canibi-Kərbəlaya işarət qılub və bir qəbzə xak alub Həzrəti-Rəsula verdi ki, "bu xak anın məqtəlindəndür və anın qanıyla rəngin olacaqdır". Şe’r:

Оl lə’lparə dərdi əgər qılmasaydı kar,
Fərqinə urmaz idi zəmin səngi-kuhsar.
Gər olmasaydı vasiteyi-matəmi-Hüseyn,
Seylabi-əşk axıtmaz idi çeşmi-çeşməsar.

"Şəvahidün-nübüvvət"də məsturdur ki, Hüseyni-şəhid sinədən ta kəfi-pay şəbih idi Rəsulullaha və Həsən fərqdən ta sinə. "Sünəni-Termezi" də məzkurdur ki, Həzrəti-Rəsul buyurmuş ki, bən Hüseyndənəm və Hüseyn bəndən. Izədi tə’ala sevsin anı ki, Hüseyn sevər".

Rəvayətdir ki, bir gün Həzrəti-Rəsul səhabə ilə bir küçədə gedərkən cəm’iətfal gördü, ol cəm’dən bir tifli dutub, əlin öpüb nəvaziş qıldı. Sual etdilər ki, "ya Rəsulullah, bu iltifatinlə sərəfraz olan tiflirəşid nə qərabətlə və nə nisbətlə mərhəmətinə məzhər vaqe’ oldu?" Həzrəti-Rəsulullah ayıtdı: "Bu tifl bir gün bənim Hüseynimlə müla’ibə edüb, xaki-qədəmin gözlərinə sürərdi. Ol gündən bu tiflə məhəbbət buraxmışam və ana və anasına və atasına şəfi’ oluram". Şe’r:

Əsəri-xidməti-Hüseyni-Əli
Səbəbi-dövlətü səadətdir.
Rəhi-eşqində tərki-can etmək
Mövcibi-rütbeyi-şəhadətdir.

"Şəvahidün-nübüvvət"də məsturdur ki, bir gün Həsən və Hüseyn Həzrəti- Rəsul hüzurunda müsari’ə edərlərdi və Həzrəti-Rəsul derdi: "Ya Həsən, dut Hüseyni". Fatimə hazır idi, ayıtdı: "Ya Rəsulullah, Həsən bəradəri-əkbərdür. Əcəb ki, əsğərə həvadarlıq münasib ikən əkbərə mü’avinət qılursan?" Həzrəti- Rəsulullah ayıtdı: "Ey Fatimə, Cəbraili-Əmin Hüseynin müavinətindədür".

Və "Üyunür-Riza"da Hüseyn bin Əlidən nəqldür ki, bir gün cəddi-büzürgvarım xidmətində idim və Əbi İbn Kə’b anda hazır idi. Həzrəti-Rəsul buyurdu ki: "Mərhəba və həyyən bikə ya Əba Əbdəllahi, ya zəynə’s-səmavati vəl-ərzi"[3]. Əbi İbn Kə’b ayıtdı: "Ya Rəsulullah, asimanü zəminə səndən qeyr zinət varmı?" Həzrəti-Rəsul buyurdu ki, ey İbn Kə’b, ol mə’bud həqqiçün ki, bəni [übbadinə] həqlə irsal etdi ki, Hüseyn bin Əli netə ki, zivəri-mərkəzi xakdür, andan ziyadə zinnəti-səhayifi-əflakdır. Həqqa ki, ismi-şərifi zil’ieyməniərşdə misbahi-hüda ibarətilə yazılmışdur.

Və İbnül-Həsən isnadi-Əbi-Əvaidlə nəql etmiş ki: "Həzrəti Rəsul buyurmuş ki, Həsən və Hüseyn iki güşvareyi-ərşdirlər və ol zəmanda ki, Həzrəti-Izzət behiştə[xəl’əti] xilqət verdi, [buyurdu ki,] sən məskəni-məsakin olsan gərək. Behişt zəbani-halla göftara gəldi ki, ya Rəb, səbəb nədür ki, bəni miskinlərə və dərvişlərə məskən edərsən? Nida gəldi ki, ey behişt, bu sə’adətə razı olmazmısan ki, ərkanını Həsən və Hüseynlə müzəyyən edəm?" Behişt ol müjdəyə mübahat edüb ayıtdı: "Rəzəytu rəzəytu"[4]. Zəhi səadətməndlər ki, güşvareyi-ərş və zinətiərkani- behişt olalar və bargahi-qürbdə bu miqdar rif’ətü mənzilət bulalar. Şe’r:

Asimani-qədrü kani-lütfü baği-elmdən
İki əxtər, iki gövhər, iki sərv olmuş ’əyan.
Cümleyi-xəlqi-cəhandan bula bilməz bir bədəl
Bu birinə ol birindən qeyri əqli-xürdədan.

"Kənzül-qəraib"də məsturdur ki, bir gün bir ə’rabi HəzrətiRəsula bir ahu bərrə hədiyyə gətürdi və Həzrət anı Həsənə lütf etdi. Və İmam Hüseyn andan vaqif olub, Həzrəti-Rəsul xidmətinə gəlüb ayıtdı: "Ya cəddah, bana dəxi bir ahu bərrə gərək". Və heç bəhanə ilə təsəlli bulmayub giryəyə ağaz etdi. Həzrəti- Rəsul mütəfəkkir ikən gördü ki, səhradan bir ğəzalə bəççəsin önünə buraxub tə’cillə gəlür. Həzrət-Rəsulullah hüzuruna yetdükdə zəbani-fəsihlə ayıtdı: "Ya Rəsulullah, İzədi-tə’ala bana iki bəççə kəramət qılmışdı, birin səyyad dutub, biri bənimlə qalmışdı. Rizainə məşğul ikən nida gəldi ki, ey ğəzalə, bir fərzəndin Həzrəti-İmam Həsənə vasil oldu və hala Hüseyni- məzlum Həzrəti-Rəsuldan ahu bərrə tələb qılub, giryə ağaz etdi. Təvəqqüf etməyüb, bu fərzəndini dəxi anın xidmətinə yetür və bu qübari-kudurəti anın könlündən götür, yоxsa seyli-əşki binayi-ərşə təzəlzül salur və əsəri-məlaləti məlaikəyi bitabü taqət qılur". Həzrəti-Rəsul ol xəbərdən məsrur olub, ahu bərrəyi İmam Hüseynə verüb xatirin təsəlli etdi. Ey əzizlər, məlaikeyi-asiman və vühuşi-ərz rəva görmədilər ki, bir qətrə əşki rəvan ola. Aya, anlar ki, rüxsarın qərqeyi-xunab etdilər, nə cəvab verərlər? Şe’r:

Ey əhli-kin, nəbivü vəli busəgahını,
Xunabi-nab qərqəsi etmək rəvamıdur?
Qət’i-təəllüq eyləmək Ali-Rəsuldan,
Biz ümmətüz deyənlərə şərti-vəfamıdur?!

İmam Nəcməddin ol Həzrətin hüsni-sirətində gətürmiş ki, "əl-kaziminə’l-qəyzə və’l-afinə əni’n-nasi və’llahu yuhibbul-muhsinin"[5] məzmunu ana məxsusü mənsubdur. Zira bir gün əşrafi-Qüreyşlə bir maidə üzrə hazır ikən bir məmluk xidmətkari bir zərfi-məmlüv məclisə gətirürkən əlləri titrəyüb, ol tə’ami-gərm şahzadənün fərqi-mübarəkinə töküldükdə, Həzrəti-İmam tə’diblə xidmətkara baxdıqda xidmətkar təvəhhüm edüb zəbaninə bu cari oldu: "Əl-kaziminə’lqəyzə"[6]. Həzrətiİmam təbəssüm edüb ayıtdı: "Kəzmu qəyzin"[7] etdim". Xidmətkar ayıtdı: "Vəl-afinə əni’-nas"[8]. Həzrəti-İmam ayıtdı: "Əfv qıldım". Xidmətkar ayıtdı: "Vəllahü yuhibbul-muhsinin"[9]. Həzrəti İmam ayıtdı: "Səni malımdan azad etdüm və mə’işətin kəndü zimmətimə lazım qıldum". Hüzzariməclis bu vaqi’ədən mütəhəyyir olub insaf etdilər. Cənab-Xaceyi-Parsa "Fəslül- xitab"da həman bu miqdar gətürmiş ki, Həzrəti-Rəsulun üzvi-mübarəki olan cigərguşə-lərə bu nə’t yetər ki, "İnnəma yuridullahu li-yüzhibə ənkumu’r-ricsə əhləl-bəyti və yutəhhirəkum təthirən"[10] anların şə’nindədür. Şe’r:

Mədhi-Hüseynü vəsfi-Həsən qılsalar tələb,
Xətmi-kəlam edüb qılalım müxtəsər sözü.
Ol iki bərgüzideyi-dövri-zəmanədür
İki cəhan pənahı, cəhanın iki gözü.

Və "Məsabihül-qülub"da məsturdur ki, Cəbrail behiştdən bir ənar, bir sib və bir beh gətürüb Həsən və Hüseynə verdi. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşələr, bu meyvələri validü validə hüzurinə ilətüb ittifaqla tənavül qılın. Əmma hər birindən bir miqdar zəxirə edin". Rəvayətdir ki, ol qaidə üzərinə hər gün tənavül edüb bir miqdar zəxirə etdükdə yenə dürüst olurdu. Fatimə dünyadan getdükdə ənar qayib olub, Murtəza dari-üqbaya intiqal etdükdə beh dəxi mə’dum oldu. Əmma sib Həzrəti-Hüseynlə qalub, dəşti-Kərbəlada anınla qət’i-ətəş qılurdı və ol Həzrət şəhid olduqda ol dəxi qayib oldu.

Həzrəti-İmam Zeynəlabidindən nəqldir ki, ixlasla HəzrətiHüseynin türbətin ziyarət qılan ol sib rayihəsin istişmam edər. Şe’r:

Ey хoş ol dərgahi-ərşasayi-aliqədr kim,
Xaki-pakindən məşami-can alır buyi-behişt.
Həbbəza, ol mərqədi-əşrəf ki, xaki-pakinin,
Təşneyi-cüllabi-vəslidür ləbi-cuyi-behişt.

Çün övsafına ol padişahın nihayət yоxdur və anın mənaqibü məhamidi çoxdur və bu müxtəsərdə qərəz iradi-keyfiyyəti-əhvaliKərbəladür, tətvilikəlamdan ehtiraz edüb, məqsudü mətluba rücu’ etmək övladür.

Çəmənarayi-hədayiqi-hüznü məlal və bağü sərayi-riyaziinqilabü ixtilal bu rənglə ğərsi-nihali-izhari-hal etmiş və bu həvayla cuybari-təhrirə zülali-rəvayət yürütmüş ki, çün Mü’aviyə bin Əbi Süfyan məsnədi-hökumətdə dərəceyi-istiqlal buldu və müxalifsiz və münazi’siz riyasəti-mülkə müstövli oldu, istiqaməti-mülk və istidaməti-hökm üçün istid’a qıldı ki, Yezidi əyyami-həyatında vəli’əhd edüb, səriri-səltənətə nəsb edə və ol zalimi naibmənab[edüb] dünyadan gedə. Pəs, tədriclə tərtibi-müqəddəmat edüb, ətrafü cəvanibə məkatibü mərasil göndərüb, cəmi’i-əkabiri-Şam və İraqdan bey’ət aldı. Ribqeyi-bey’ətdən xaric həman ə’izzeyi-Hicaz qaldı. Və bu məsləhət üçün kəndü bizzat ol diyara getdi və anların dəxi əksərin hər nə vəch ilə varsa razı etdi. Əmma dörd kimsənə bu surətdən imtina’ edüb, daireyi-bey’ətə girmədilər və Yezidin xilafətinə qət’ən riza vermədilər. Biri Hüseyn bin Əli, biri Əbdürrəhman ibn Əbu Bəkr, biri Əbdullah bin Ömər və biri Əbdullah Zübeyr. Bu xüsusda nə izhari-mülayimət və isari-mülatifət anlara müfid oldu və nə asaritəhdid və izrar[i-qilzət] faidə qıldı. Rüfəqayi-ərbə’ə bimi-ibramdan ittifaqla Məkkeyi-Müəzzəmədən Mədineyi- Münəvərrəyə intiqam etdilər və büq’eyi-Bəthadan xitteyiYəsribə nəqli-məkan təriqiylə məhmili-əzimət yürütdülər. ValiyiŞam anda dəxi varub, ənva’i-ciddü cəhd edüb çarə qılmadı və bu vaqi’ənin heç tədbirlə islahın edə bilmədi. Əlqissə, bu surət müstəmirdi, ol zəmanədək ki, kəndü dünyadan gedüb Yezidə məqamü mənzil müqərrər oldu və Yezid istiqlalla məsnədi-əyalətdə qərar buldu. Şe’r:

Zülm nəxlin tikdi baği-mülkə dövri-ruzigar,
Cövr rəsmin qıldı dövrani-sitəmgər aşkar.
Rayəti-iqbalını qıldı Yezidin sərbülənd,
Çəkdi Ali-Mustəfa qəsdinə tiği-abdar.
Bu xətadan ta əbəd çəkməzmi, ya Rəb, infi’al?
Bu cəfadan ruzi-Həşr olmazmı, ya Rəb, şərmsar?

Ol sitəmkari-bədkirdarın ə’yani-dövləti və ərkani-həzrəti bir gün cəm’ olub, bu bünyadi-təzviri büsati-fəsada yürütdülər və anı bu fitnəyə təhris etdilər ki, əgər istidaməti-səltənət və istiqaməti-hökumət muradın isə, atan zəmanində bey’ətündən təxəllüf edənləri bey’ətə gətür və əgər gəlməzlər isə, qübari-küdurətlərün nə vəchlə varsa, mir’ati-mülkdən götür ki, nizami-mülk ixtilafi-əqaid qəbul etməz və müxalifət bustanından nihali-təməttö’ bitməz. Ol müdbir bu nəsihəti anlardan qəbul edüb, Mədinə hakiminə bir namə yazdırdı bu məzmunla ki: "İstehqaqla yer yüzünün xəlifəsi olan və istiqlali-məsnədi- xilafətdə tövfiqi-əmarəti-İslam bulan Mü’aviyə bin Süfyan daridünyadan intiqal edüb, hala növbəti-icrayi-hökumət bana yetmişdür və hakimidivani- qəza mütəsəddiyi-həlli əqdinizami- aləmi bəni etmişdür. Hər ayinə lazımdür ki, cümhuri-xəvasü əvami-aləm və cəmi’i-əkabirü əsağiri-növ’i-bəni- Adəm bəni İmami-müftəri-züttəa və xəlifeyi-vacibül-ita’ə bilüb, müti’üm olub, rəqqeyi-inqiyadimdən rəqəbeyi-ita’ət çəkməyələr və gülzariitaətimdə miveyinədamət dərəcək nihali-müxalifət tikməyələr. İmdi sən ki, valiyi-Mədinə olan Vəlid bin Ütbəsən, gərəkdür ki, ol diyarda olan ə’zimü əşrafdan, xüsusən pedəri-büzürgvarım zəmanında bey’- ətimdən mütəmərrid olanlardan bey’ətim alasan və əgər qəbul etməzlərsə, qətl edüb başların Şama göndərüb iltifatümə ümmidvar olasan".

Çün Vəlid bin Ütbə bu məzmuna ittila’ buldu, mütəhəyyir olub ayıtdı: "Ya Rəb, nə müşkül qəziyyə vaqe’ oldu. Əgər məzmuninə müxalifət etsəm, dünyada zərər görmək müqərrərdür və əgər mütaviət qılsam, xövfi-axirət əzabi-əkbərdür". İttifaqən ol zəmanda MərvaniHəkəm Mədinədə sakin idi. Hazır edüb, bu surətə müttəle’ etdükdə ol müfsid ayıtdı: "Əgər atəşi-fitnə şərarə ikən intifa bulmasa, mürurla hiddəti-işti’al bulduqdan sonra ol şərarənin dəf’inə tədbir müşkil olur. Və seyli-bəlanın ibtidai-təhrikdə rəhgüzarı tutulmasına tədriclə təzayud bulub tədarüki-əldən inani-ixtiyar alur. Şe’r:

Aqil oldur kim, qəzayi-əmrə fürsət var ikən,
Hüsni-əncamın əsiri-dami-tə’хir etməyə.
Hər işin tədbiri-əncamində ehmal etməyüb,
Kəndüzin məcruhi-tiği-tərkü təqsir etməyə.

Hala münasib oldur ki, ol dört kimsənəyi ehzar edüb bey’ət ərz edəsən, əgər qəbul etməzlər isə, anlara hakimin hökmün yürüdəsən".

Vəlid bin Ütbə anların ehzarın murad edüb əxbar etdikdə İmam Hüseynlə Əbdullah bin Zübeyr bir arada bulunub Əbdullah ayıtdı: "Ya Hüseyn, Vəlidin bizimlə nə məsləhəti var ola?" İmam Hüseyn ayıtdı: "Öylə anlaram ki, valiyi-Şam fövt olubdur və şəm’i-həyatı şəbistanihökumətdə intifa bulubdur. Zira bən bu gecə vaqi’əmdə gördüm minbəri nigunsar olmuş və əsasi-şövkəti-pozulmuş. Və hala bu xəbər Vəlidə yetüb, şüyu’ bulmadan bizdən Yezidün bey’ətin almaq istər və bizi tədbirlə daireyi-bey’ətə salmaq istər". Əbdullah ayıtdı: "Ya İbn Rəsulullah, böylə olursa səlah nədür?" Hüseyn ayıtdı: "Bizdən nə münasib bir fasiqin bey’ətinə girmək və bir facirin xilafətinə riza vermək? Həqqa ki, hərgiz bu müyəssər olmayacaqdür və bu mə’na surət bulmayacaqdür". Şe’r:

Haşalillah kim, mələk fərmanbəri-şeytan ola!
Əhli-ismət tabe’i-aludeyi-üsyan ola!
Qanda caizdür bu kim, viran olub bünyadi-şər’,
Əhli-iman olmayan mö’münlərə sultan ola?

Bu sözdə ikən Vəlidin rəsulu təkrarla ehzarlərinə tə’kid etdikdə Hüseyn bin Əli surəti-qəzəb göstərüb ayıtdı: "Bu nə tə’cildür? Heç kimsənə gəlməsə bən xud gəlürəm. Vəlid təsəlli olsun". Qasid müavidət qılub vaqi’əyi ’ərz etdikdə Mərvan ayıtdı: "Ey Vəlid, Hüseyn gəlməyəcəkdür". Vəlid ayıtdı: "Ey Mərvan, Hüseyn bin Əli kəzzab və qəddar degil, çün gəlürəm dedi, əlbəttə, gəlür". Şe’r:

Güli-bustani-vəfadür Hüseyn,
Düri-dürci-sidqü səfadür Hüseyn.
Cigərguşeyi-Həzrəti-Fatimə,
Süruri-dili-Mustəfadür Hüseyn.

Derlər Vəlid bin Ütbə bir mö’mini-pake’tiqad idi ki, Əhli-Beytin təriqiri’ayətlərində sabitqədəm və məhəbbətlərində sahib sədad idi. Şe’r:

Mühibbi-xanədanın xatiri-pakində kin olmaz,
Həvayi-nəfsdən bünyadi-imanı xələl bulmaz.

Əlqissə, Hüseyn bin Əli kəndü mənzilinə gəlüb mülazimlərindən bir neçə müsəlləh kimsəyə buyurdu ki, bənimlə darüləmarəyə gəlün və dışrada hazır olun. Əgər bana qəsd etsələr, mümkün olduqca mü’avinət qılun. Ol sultani-səriri-İmamət ol şiri-bişeyi-şücaət Həzrəti-Rəsulullahın ridayi-mübarəklərin boynuna salub və əsayi-şəriflərin əlinə alub, Vəlidin mənzilinə mütəvəccih olub sarayına gəldikdə Vəlidlə Mərvan şahzadəyə tə’zim etdikdən sonra surəti-əhval ərz etdilər. Ol Həzrət buyurdu ki, bu bir qəziyyeyi-müxtəsər və əmri-mühəqqər degil və anın kibi bir mö’təbər xəlifə olub, bənim kibi bir mə’ruf kimsənə gizlü bey’ət etmək münasib görünməz. Yarın bir məcmə’i-amm edüb bu hekayəti izhar edün, ol məcmə’də hər nə səlah isə, izhar oluna. Vəlid ayıtdı: "Ya Hüseyn, səlah budur". Mərvan ayıtdı: "Ey Vəlid, Hüseynün həbsinə hökm et, bu mənzildən xürucinə riza vermə ki, bir dəxi ələ gətürmək düşvar olur və anın müqavimətinə qüdrət olmayub, bu məsləhət tə’viq bulur". Bu təkəllüm istima’indən Həzrəti-İmama qəzəb müstövli olub ayıtdı: "Ya İbnəl-Zərqa, kim ana qadirdür ki, bəni həbs edə? Həqqa ki, bana nisbəti-səfahət qılanun qanıyla yer yüzüngülgun edərəm". Pəs, Vəlidə yüz dutub ayıtdı: "Ey Vəlid, biz Əhli-Beyti-risalətüz, biz xanədani-nübüvvətiz. Peyvəstə məqamımız məhəlli-tərəddüdi- məlaiki-müqərrəbdür və həmişə navəki-duamız hədəfi-icabətə yetmək mücərrəbdür. Yezid ki, xəmmarü fasiqdür, bey’ət etmək bizdən nə layiqdür?" Həzrəti-İmamın təkəllümün qayət səlabətdə istima’ edüb, mülazimlər alətihərblə düxul etmək tədarükündə ikən Həzrəti-İmam çıxub kəndü sə’adətsərayinə rəvan oldu. Mərvan ayıtdı: "Ey Vəlid, Hüseyni həbs etmədigində xəta qıldun". Vəlid ayıtdı: "Ey Mərvan, haşa ki, bən Hüseynə qəsd edəm. Həqqa ki, əgər Məşriqdən Məğribədək bana bu şərtlə versələr, riza verməyəm və ana cəfa rəva görməyəm. Zira ruzi-Məhşər Mustəfadan və Mürtəzadan xəcalət çəkmək düşvar olur və əlbəttə bu gün Əhli-Beytə cəfa qılan Qiyamətdə şərmsar olur". Şe’r:

Хuni-Ali-Mustəfa tökməz müsəlmanam deyən,
Qəsdi-Əhli-Beyt qılmaz əhli-imanam deyən.
Adət etməz kəndüyə Ali-Məhəmməd büğzünü,
Ruzi-Məhşər talibi-tövfiqi-qüfranam deyən.

Bu hala müqarin bir məktubi-mücəddəd Yezidi-pəliddən Vəlidə irişdi bu məzmunla ki: "Ey ə’zəmi-ə’yani-həşmətim və əkrəmiərkani- rif’ətim olan Mədinə hakimi Vəlid bin Ütbə! Şümuli-mərhəmətim və ümumi-məkrəmətim ixtisasindən sonra böylə mə’lum edəsən ki, bundan əqdəm bey’əti-əşrəfi-Hicaz xüsusində məktubinamərğubum irsal olunmuşdu. Əsla əsəri zahir olmadığına səbəb mə’lum olmadı. İmdi gərəkdir ki, bey’əti lazım olanlardan İmdiyədək bey’ət alındıysa, "fəhuvəl-murad"[11] və əgər hənuz məqami-tə’хirü təvəqqüfdə isə, tə’хirü təvəqqüf etməyüb, kəmali-diqqətlə iqdam edüb bəhərhal bu əmri sərəncam edəsən və filvaqe’ görəsən. Ol dört kimsənə təmərrüd edüb bey’ətə girməmək müqərrər olduqda və üsyanları itaətimdən sübut bulduqda Əbdullah bin Zübeyr, Əbdullahbin Ömər və Əbdürrəhman bin Əbu Bəkrə çəndan mültəfit olmayasan, zira qanda olsalar, bənim qəzəbim anlara mülhəq olur və hər biri nə rə’ylə süluk etsə, bəndən cəfayi-əməl bulur. Əmma Hüseyn bin Əli dəf’in lazım bilüb, qətl edüb, başın kəsüb bu canibə irsal edəsən. Nədən ki, ol afitabi-övci-şücaət və sipehri-vilayət dirəxşan olduqca bənim əxtəri-iqbalım ehtİraqdədir və dövləti-dünya anın mülazimətinə təriqi-müraciət bulduqca bana nisbət daireyi-nifaqdədür".

Vəlid bin Ütbə ki, ol məktubun məzmununa ittila’ buldu və məfhumuna müttəle’ oldu, ayıtdı: "Həqqa ki, əgər Yezid bana cəmi’i-səltənətin versə, Hüseyn bin Əli qətlinə riza verməyəm və zəxarifidünya üçün Ali-Məhəmmədin nahaq qanına girməyəm". Şe’r:

Haşa ki, mülki-dünya üçün tərki-din edəm,
Ali-Rəsuli küşteyi-şəmşiri-kin edəm.
Haşa ki, cahü dövləti-bie’tibar üçün,
Şad eyləyüb Yezidi, Hüseyni həzin edəm.

[Pəs, ol hökmün surətin təhrir edüb, bir məhrəm ilə Həzrəti Hüseynə irsal edüb ərz etdi] ki: "Ey nuri-dideyi-Zəhra və sürurisineyi-Mustəfavü-Murtəza, haşa ki, sənün kibi padşaha bən kibi gədadan tərki-ədəb sadir ola və bən kibi xaksardan sən kibi şəhriyara bir qəbahət zühur edüb mir’ati-zəmiri-münirinüz andan qübariküdurət bula".

Çıxsun ol göz ki, sana eyləyə qəhr ilə nikah,
Yansun ol dil ki, sənün büğzünədür mənzilgah.
Sınsun ol əl ki, sənün sidq ilə dutmaz ətəgün,
Yetməsün kaminə hər kim ki, sənədür bədxah.

Əmma vəhmüm andandür ki, hakimi-Şam bəndən bir ehmal anlayub bu diyara bir zalim kimsənə irsal edə və tədarüki-əhval üçün fürsət fövt olub ixtiyar əldən gedə. Şe’r:

Şah olan fitneyi-bədxahdan olmaz qafil,
Şir olan hileyi-rubahdan olmaz qafil.
Saliki-rahi-xirəd həzm təriqin gözlər,
Rəhgüzarində olan çahdan olmaz qafil.

Həzrəti-İmam bu hala vaqif olduqda və bu məzmuna ittila’ bulduqda mühəqqəq bildi ki, nazimi-kargahi-qəza sihhəti-əxbari-Kərbəla üçün tərtibi-müqəddəmat etməkdədür və pərdeyi-xəfada məstur olan əsrari-hikmət təhiyyeyiəsbabla zühura yetməkdədür. Lacərəm qövsi-qəzadan [atılan] navəki-qədər bir nişanəyə həvalə olsa, sipəri-tədbir vüsuluna mane olmaz və gülşəni-təqdirdə rəyahi-niümura nəsimi-və’dəyi-mürur yetsə, açılmaqda təvəqqüf qılmaz.

Həzrəti-İmam ol gün ol gecəyədək təhəyyürü təfəkkürlə səbr edüb, gecə kim, dəbdəbeyi-səltənəti-ruzi-nurani kövkəbeyi-istilayi-şəbi-zülmaniyə mübəddəl oldu və surəti-hali-ruzigar inqilabi-həvadisdən təğəyyür buldu, ol şəm’i-şəbistani-vilayət və çiraği-dudmani-İmamət Həzrəti-Rəsulullahın mərqədi-mübarəkləri üzərinə varub, giryan-giryan türabına yüz sürdü və nəhayəti-tə’zimü təkrim birlə səlam verdi. Şe’r:

Əssəlam, ey asitanun rəşki-firdövsi-bərin,
Xakrubi-dərgəhün müjgani-çeşmi-hurü ’eyn.
Əssəlam, ey xadimi-dərgahi-qədrin Cəbrəil,
Midhətün Qur’anü məddahun İlahilaləmin.
Ya Rəsulullah, bənəm kami-dili-Zəhra, Hüseyn,
Yüz sürüb dərgahinə gəldim diləfgarü həzin,
Ol bənəm kim, ümmətün hifzini əmr etdün bana.
Ol bənəm kim, gənci-əsrara bəni qıldun əmin.
Ümməti-zalim bana izhari-bidad etdilər,
Bikəsəm, biçarəyəm, sənsən bana ancaq mü’in.

Təmamiyi-şəb ta sübh təzərrö’lər qılub ibadətlər etdi, bir növ’lə ki, sədayi-təsbihü təhlili asimana yetdi. Əlqissə, ol gün dəxi gecəyədək ziyarət edüb, ikinci gecədə kəmali-heyrət nərgisi-şəhlasın müstəğrəqi-xab edüb və təfəkkürlə çeşmi-həqiqətbini bir zəman yuxuya gedüb vəq’əsində gördü ki, Həzrəti-Rəsul cəmi’iərvahimüqəddəsə ilə hazır olub, ol seyyidi-məzlumu bağrına basub dedi: "Ey cigərguşeyi-məzlum və ey İmamzadeyi-mə’sum, bənim şəfa’ətimə ümidvar olanlar və müsəlmanam deyüb də’vayi-batil qılanlar səni dəşti-Kərbəlada şəhid edələr və ol ərseyi-bəlada sənin və övladın qanından cuybarlər yürüdələr:

Gəldi ol dəm ki, sənün qanunla rəngin ola xak,
Edələr zülm ilə sən məzlumu zalimlər həlak,
Gəldi ol dəm kim, səni bidərdlər qətl edələr,
Olasan mülhəq bana zarü həzinü dərdnak.

Əmma haşa ki, anlara bənim şəfa’ətim nəsib ola və ri’ayətimdən ol tayifeyi-tağiyə bəhrə bula. Ey Hüseyn, Murtəza və Zəhra və Həsəni- Muctəba müntəziri-didarın və hurü qılman nigarani-mahi-rüxsarındür. Vəqtdir ki, şərbəti-vüsalın məhrəmi-daği-fəraq və pərtövi-cəmalun şəm’i-şəbistani-iştiyaq edəsən". Hüseyn ayıtdı: "Ya cəddah, hala ki, mülaqat müyəssər olubdur və talib mətlubun bulubdur, nola dünyaya müraci’ət qılmasam və bir dəxi ol dami-bəlaya giriftar olmasam". Şe’r:

Məlul oldum cəhani-bivəfadan,
Dutuldu könlüm ol möhnətsəradan.
Nola qət’ etsön andan irtibatım,
Götürsön ol güzərgəhdən büsatım.
Dua qılsan ki, lütfi-Həzrəti-Həq,
Bana göstərməyə dünyayı mütləq.

Həzrəti-Rəsul ayıtdı: "Ey Hüseyn, dərəceyi-şəhadət müstəlzimirü-cu’i-dünyadür, hala sana dünyaya müraciət etmək övladür".

Əsnayi-təkəllümdə İmam Hüseyn gördü ki, Həzrəti-Rəsulun rəngi-gülguni zə’fərani olmaqdadür və gisuyi-mü’ənbərlərinə gərdiküdurət dolmaqdadür. Müztərib olub sual etdi ki, ey gülzari-nübüvvət və ey sərvi-cuybari-risalət, bu nə əlamətbür? Ol Həzrət ayıtdı: "Ey nuri-dideyi-Zəhra, ey bərgüzideyi-Ali-Əba, bu qübari-meydani- bəla, yə’ni əsəri-rəstaxizi-Kərbəladür. Bu qübariküdurətdür ki, mir’ati-cəmiyyətündən Kərbəlada surəti-süruri nihan edər və bu gərdi-möhnətdür ki, müsibətün e’lami üçün ol badiyədən asimana gedər".

Həzrəti-Hüseyn iztirabla bidar olub, gah və’deyi-didarla xürrəm və gah təfəkküri-müfariqəti-əyalla pürğəm mənzili-şərifinə buyurub, Mədinə iqamətindən könül götürüb səfəri-Məkkə əzimətin müsəmməm qıldı, amma anda dəxi qərar dutmayub Kərbəlaya mütəvəccih olduğun kəndüyə müqərrər qıldı. Pəs, təriqi-vida’lə Həzrəti-İmam Həsən mərqədi-münəvvəri üzrə gedüb, səlam verüb ayıtdı. Şe’r:

Əlvida, ey sərvi-gülzari-İmamət, əlvida!
Əlvida, ey şəm’i-bəzmi-istiqamət, əlvida!
Əlvida, ey zəhr tə’sirilə rəngin səbzfam!
Əlvida, ey səbzeyi-baği-Qiyamət, əlvida!

Andan dəxi nəqli-məkan edüb sərvi-qamətin şəm’i-məzari-Zəhra qıldı və ol rövzeyi-mübarəkdə gülbüni-dərdindən gunə-gunə güllər açıldı. Hər zəman bir növhə ilə dəmsaz və hər dəm bir sürudla həmraz olub derdi: "Əssəlam, ey sədəfi-gövhəri-həyatım, vey mə’dəni-cövhəri-zatım, iltifat et ki, vidaya gəlmişəm və bu axir ziyarətdür".

Rəvayətdir ki, rövzeyi-mübarəkdən bir avaz gəldi ki, və əleykəssəlam ey fərzəndi-ərcümənd və ey nütfeyi-səadətmənd, bir müddətdür ki, təşneyi-zülali-vüsal və müştaqi-afitabi-cəmalam. Cəhd et ki, ənqərib pərdeyi-hicabı tiği-ə’dayla çak və mir’ati-zatun qübariküdurətdən seyqəli-sinani-bədxahla pak edəsən. Həzrəti-İmam andan nəqli-məkan edüb, mükərrərən mərqədi-Rəsulullah üzərinə gəlüb, təcdidi-ziyarət edüb vida etdikdən sonra mənzilinə dönüb, təhiyyeyi-əsbabi-səfər qılub, şəbi-cüm’ə Şə’ban ayının dördüncü günündə dövləti-[şəhadət] ümmidiylə saəti-sə’d ixtiyar edüb əmr etdi ki, hicabi-bargahi-rif’ət, sərapərdeyi-izzü iqbal və şadirəvani-əzəmətü iclallərin xaki-Yəsribdən götürüb bədrəqeyi-səadətlə xitteyi-Hicaza rəvan olalar və rayəti-nüsrət və livayinüzhətlərin Mədinə meydanından Məkkə canibinə mütəhərrik qılalar. Şe’r:

Yükləndi barxanə, çəkildi qətarlar,
Əflaka çıxdı ruyi-zəmindən qübarlar.
Asari-nə’li-sümmi-səməndi-sipahdan
Nəqşi-məcərrə qıldı əyan rəhgüzarlar.

Təmamiyi-ə’yanü əşrafi-Mədinə bir mənzil müşayə’ə təriqilə həmrah olub, müraci’ət qılub, Həzrəti-İmam kəndü xəvasi-hümayunla mütəvəccih oldu. Əmma mənzil-mənzil qət’i-rah etdükcə mənzildə və mərahildə əksəri-övqat gah Həzrəti- Müsanun Fir’ondan qaçub xunxar biyabanlarda heyran qaldığun rəvayət qılurdı və gah Həzrəti-İbrahimün Nəmruddan fərar edüb, hövlnak badiyələrdə sərgərdan olduğun hekayət edərdi. Və buyururdu ki, əlameyi-qürbi-İlahi təcərrö’i-həlahili-möhnətü bəladür və nişaneyi-qəbuli-dərgahi-Mə’bud təhəmmüli-məsaibi-rəncü ənadür. Şe’r:

Cövri-əğyara səbr eyləməyən,
Bulmaz əhliyyəti-təqərrübi-yar.
Sərbəsər xardür gül ətrafı,
Səngdir lə’l mə’dəninə hisar.

Əsnai-təriqdə bir gün Əbdüllah bin Müti’ ki, mühibbi-xanədan idi və Məkkədən gəlib Mədinə canibinə rəvan idi, ol həzrətin mülaqati-şəriflərinə müşərrəf olub və dövləti-mülazimətlərindən səadəti-üzma kəsb qılub izhari-səna qıldı. Şe’r:

Mərhəba, ey nuri-ruyindən münəvvər kainat,
Cövhəri-zati-şərifin came’i-hüsni-sifat.
Mərhəba, ey varisi-elmi-Rəsuli-Haşimi,
Müqtədayi-əhli-iman, hadiyi-rahi-nəcat.

Və Həzrəti-İmamun məzmuni-məqalat və qərayini-halatlarında şəmmeyi-mafiz-zəmirlərin mə’lum edüb, təriqi-ədəb birlə ərz etdi ki: "Ey bərgüzideyi-afaq və ey seyyidi-ələlitlaq, əgərçi cəmi’i-dəqayiqiəhval zəmiri-münirinizə rövşəndür və bizdən Həzrətinüzə nisbət izhari-nəsihət tərki-ədəb olduğu mühəqqəqü müəyyən, əmma iqtizayi-hüsni-sədaqət və kəmali-müxalisət təklifi-cür’əti-təkəllüm qılur. Ya İbn Rəsulullah, Məkkeyi-Müəzzəməyə buyurduqda bilürəm ki, ə’yani-Kufə məkatibü mərasil irsal edüb Həzrətinizə təklifi-hüzur edərlər. Zinhar, ol kəlimati-kizbə e’timad etməyəsiz və Məkkədən Kufə canibinə getməyəsiz ki, ol bivəfalarda öylə ki, bən gördüm, vəfa imkanı yоxdur və ol güruhun səlahdan fəsadları çoxdur. Yəqin ki, əgər Məkkədə tərhi-iqamət buraxub təmkin bulsanuz və ol büq’eyi-şərifdə təvəttün etməgə rəğbət qılsanuz, əhli-Məkkə sizdən qeyrisin ixtiyar etməzlər və siz anda olduqca qeyr hökmün onda yürütməzlər". Həzrəti İmam anun kəlimatın təsdiq edüb, vida qılub rəvan oldu.

Mürurla mərahilü mənazil qət’ olub, imarati-Məkkə və əlamati-Bətha əyan olduqda, əşrafü əizzeyi-Məkkə xəbərdar olub, təriqi-istiqballa pabusi-şərifindən kəsbi-sə’adət qılub, ol Həzrəti kəmali-tə’zimilə və nəhayəti-təkrimilə gətürdükdə zəbani-küngüreyi-Zəmzəm bu ədayla mütəkkəllim oldu. Şe’r:

Mərhəba, ey məsnədarayi-səriri-izzü cah,
Mərhəba, ey şahi — qüdsi-mülki-ruhanisipah.
Mərhəba, ey ərseyi-imana əhkamın rəvan,
Mərhəba, ey hövzeyi-İslama iqbalın pənah.
Qibləgahi-Kə’bə didari-şərifindür sənin,
Gərçi xaki-Kə’bədür əhli-cəhana qibləgah.

Həzrəti-İmam sə’adətü iqballa nüzul edüb mütəməkkin olduqda əşrafi-Hicaz güruh-güruh xidməti-şəriflərinə gəlüb, mübarəkbadi-mənzil qılub, övqati-xəmsdə ol Həzrətə iqtidayi-nəmaz edərlərdi və andan bey’ət alub gedərlərdi. Rəvayətdir ki, Yezid qibəlindən valiyi-Məkkə olan Sə’d bin As əkabiri- Hicazın Həzrəti-İmama müraciə’tin gördükdə, təvəhhüm qılub Məkkədən Mədinəyə fərar qıldı və keyfiyyəti-əhvalı ol nabəkara ərz qıldı. Əlqissə, bu xəbər cəmi’i-biladü büqa’ə müntəşir olub, xüsusən Kufədə şaye’ oldu və iştihar buldu ki, Həzrəti-Hüseyn Yezidin bey’ətindən imtina’ edüb, Mədinədən Məkkəyə təşrif buyurub, ə’vanü ənsar cəm’ etməkdədir.

Kufədə olan həvadarlar Süleyman Xüzai hücrəsinə cəm’ olub bu səlahı gördülər ki, təriqi-mü’avinətü müzahirət məsluk edüb, Həzrətiİmama ərzisədaqət qılalar və anın rikabi-hümayununda dərəcatinəcati- dünyavü axirət bulalar. Əkabirü əşraf Kufədən yetmiş nəfər mö’təmid kimsənələr Müseyib və Rifa’ə bin Sədad və Həbib bin Müzahir və Məhəmməd bin Əş’əs Şüreyh Qazi hüzurunda qəsəm yad edüb ittifaq etdilər ki, xanədani-nübüvvət və vilayət təriqiməvəddətində malü can diriğ etməyələr və Hüseyn İbn Əlidən qeyrin hökmün Kufədən yürütməyələr və Həzrəti-İmama bir məktub imla etdilər bu məzmunla ki: "Əlminnətü lillah, rayizi-tövfiqi-hidayət və qayidi-tə’yidi-sə’adət ’inanitövsəni- e’tiqadımızı təriqi-zəlalətdən münhərif qılub şəhrahi-nəcata mün’ətif qılmış və çehreyi-amalımıza miftahi-iqbal əbvabi-məvəddəti-xanədani-vilayət məftuh edüb zəmirimizə məhəbbəti-Əhli-Beyt salmış. Həmvarə ana talib və peyvəstə ana rağibüz ki, səhifeyi-əmri-xilafətdən izaleyi-nəqşi-xilaf etməkdə və cərideyi-hökmi-İmamətdən rəf’i-ricsi-müxalifət qılmaqda kəmali-iqdam və nəhayəti-ehtimam izhar edəyüz, əmma İmamımız və müqtədamız yоxdur. Hala böylə istima’ olundu ki, əşəddi-ə’dayidin və əzəlli-əzdadi-xanədani-seyyidül-mürsəlin Yezid bin Mü’aviyə ədəmi-istehqaqla istid’ayi-cülusi-məsnədi- xilafət qılub, ol afitabiövci- vilayət və şahbazi-aşiyani-risaləti bey’ətə təklif etmiş və ol Həzrət dəxi imtina’ edüb, asari-müxalifət pərdeyi-xəfada ikən dərəceyi-zühura yetmiş. İmdi ol sərvi-cuybari-kəramət və şükufeyi-növbəhari-səadətdən mütəveqqe’ və mütərəqqib oldur ki, təriqi- ’inayətü iltifat məsluk olunub və bu canibə livayi-nüsrət təhrik bulub, bu müxlislərini qüdumi-səadətlüzümlə müşərrəf qılalar və bu bəndələri kəndüyə əhibbayi-sadiq və əviddayi-müvafiq bilələr. Şe’r:

Vəqtdir kim, səbzəzari-xüşksali-firqəti
Rəşheyi-lütfiylə sirab edə əbri-növbəhar.
Vəqtdir kim, pərtövi-xurşidi-aləmtabdan
Zümreyi-əhbaba pürnur ola çeşmi-intizar.

Əgər bu sə’adət müyəssər olsa və bu dua icabət bulsa, Kufəyə qədəm basdıqda Yezid qibəlindən hakim olan Nüman Bəşiri ki, bir pirizəifdir, şəhərdən ixrac etməmiz müqərrərdir. Mücmələn, müqavimətiə’da üçün hər nə əsbab məqsud isə bu gün Kufədə müyəssərdir".

Namə tamam olduqda Əbdullah Məsmə’i-Həmədani və Əbdullah Bəkriyə təslim edüb irsal etdilər. Cavabı gəlmədən mütə’aqib bu məzmunla bir namə dəxi Bəşir bin Təmir və Əbdürrəhman bin Əbdullah ilə rəvanə qıldılar. Anların əqəbincə Xan bin Hani və Sə’d bin Əbdullah Xəşə’i və anların əqəbincə Şis bin Rəbi’i və Ürvə bin Qeys, Ömər bin Həccac və Sə’d bin Əbdullah rəvanə olub, əlqissə, mütəvatir bu məzmunla yüz igirmi kitabət göndərüb, izhari-kəmali-sədaqət etdikdə Həzrəti-İmam əhli-Kufənin məkatibi-mütəvatirlərün kəndüyə hüccət bilüb və niyyəti-icrayi-Həq zəmiri-münirlərində rüsuxi-təmam bulub, tərvici-ümuri-din üçün diyari-Kufəyə əzimət müsəmməm qıldı. Əgərçi ol diyarda mübtəlayi-bəliyyat olduğun mühəqqəq bildi, əmma müqərrər qıldı ki, kəndüdən müqəddəm Müslimi-Əqili ol diyara rəvanə qıla və kəndü dəxi mütə’aqib mütəvəccih ola.

Pəs, əkabiru əşrafi-Kufəyə bir namə təhrir etdi bu məzmunla ki: "Həmdibihəd ol mübdə’i-əşya və müxtəre’i-masivaya ki, növ’iinsanı tövfiqi-əqlü ixtiyarla sayir məxluqatdan mümtaz etmiş və sipasi-biqiyas ol müsəvviri-əşkali-karxaneyi- dünya və müdəbbiri-əhvali-darül-qərari-üqbaya ki, cəmi’i-növ’iinsandan firqeyiənbiyaya tövfiqi-təfəvvüq verüb, şərəfi-imtiyaz birlə sərəfraz etmiş və dürudi-namə’dud və sələvati-naməhdud ol sərvəri-kainata ki, firqeyi-ənbiyadan cövhəri-iste’dadı əşrəfü ə’ladır və təhiyyati-biqayət və təslimati-binəhayət ol ftrqeyi-əhibbaya və zümreyi-əshaba ki, qəbuli-söhbəti-sədri-risalət bulub, ana itaətləri cəmi’i-əməldən övladür. Əmma bə’d, bu namyei-nami və məktubi-girami ki, mütəzəmmini-kəmali-nəsihət və mütəkəffili-vüsuli-səadətdür, bəndən ki, Hüseyn bin Əliyi-Murtəzayam, sizə ki, ə’izzeyi-əşrafiKufəsiz, ey firqeyi-əhibbayi-sadiqül-e’tiqad və ey zümreyi-əviddayi-xalisül-vidad, məkatibi-müxalisət- məknunuz ki, təriqi-ittihad və caddeyi-e’tiqaddan təbliğ olunmuşdu, vasil olub məzmuninə ki, məhzi-izhari- xülüsi-təviyyət və kəmali-bəyani-sifayi-niyyət idi, ittila’ hasil olduqda, istid’anıza icabət lazım gəlüb, ol canibə əzimətimiz təsmim bulub, hala MüslimiƏqili ki, ə’qəli-əşrafi-BəniHaşim və ərşadi-cəm’i-əkabirü ə’azİmdir, kəndü qibəlimdən ol canibə irsal etdüm. Gərəkdir ki, məqdəmi-şərifin müğtənəm bilüb, təriqi-mürafiqət və müvafiqətində dəqiqə diriğ etməyəsiz və canibi-şərifinizdən təsəlliyi-xatir bula. Yəqin ki, bənim təhriki-livayirif’ətim ol canibə anın nəsimi-əxbari- hüsuli-müraatına məşrutdur və rişteyi-ehtizazi-rayəti-hümayunum ol diyara anın silsileyi-e’lamihüsni-rizasinə mərbutdur". Şe’r:

Ey görənlər anı, təşrifimdən olman naümid
Kim, bəhari-aləmaradır güli-sirabımın.
Ey görən anı, bana ümmidvar olsan nola,
Sübhdür ol sadiqü xurşidi-aləmtabımın.

Məktubi-şərif şərəfi-itmam bulduqda Həzrət, Müslimi-Əqilə təslim edüb buyurdu ki: "Ey bənim məhaliki-şiddətdə ə’zami-ə’vanım və məzayiqi-qürbətdə əqrəbi-ixvanım, məhəlli-mürafiqət və zəmanimüvafiqətdir. Bu canibdən ümməti- Məhəmməd üzərimizə hüccət buraxub izhari-həq etməgə tərğib edərlər. Nə üzrlə ehmal etmək olur? Və bir canibdən ə’dayi-din ittifaq edüb həlakımıza qəsd etmişlər. Müqavimət etmək olmaz, fərar edüb qanda getmək olur? Şe’r:

Tufani-fitnə qopdu, gəlin qərqə olmadan,
Rəxti-səlahımız çəkəlüm bir kənarəyə.
Olduqca hüsni-əql və tədbirə ehtimal,
Dil şişəsini urmayalım səngi-xarəyə.

Hala bir neçə mö’min kimsənələr məkatib irsal edüb bizi də’vət etmişlər. Təğafül etmək olmaz və tə’əllül etməklə naireyi-istilayi-’ədu intifa bulmaz. Səlah oldur ki, sən bəndən müqəddəm ol diyara təvəccöh edüb təfəhhüs edəsən. Filvaqe’, əf’alı əqvalla müvafiq görsən e’lam edəsən, bən dəxi təvəccöh edəm". Müslimi-Əqil Həzrəti-İmamın hökmi-şərifinə inqiyad edüb həm ol gün mütəvəccih oldu. Hənuz bir mənzil qət’ etmədən Müslümün canibi-yəminindən bir səyyad çıqa gəlüb, əlində bir seydi olub, filhal zibh etdi. Müslim ol qəziyyəyi kəndüyə mübarək görməyüb, mü’avidət edüb Həzrəti-İmama ayıtdı: "Bənim Kufəyə getməgim səlah degil, zira bu yolda bu hala sataşdım". Həzrəti-İmam ayıtdı: "Ey Müslim, təriqi-riyazi-Həq müxatirədir, qəbul edən salik olur. Və gövhəri-məqsəd girdabi-bəladədür, qəvvas olan anı alur. Qüvveyi-vahimən qalib isə bir qeyr kimsənə tə’yin edəlim. Müslim gördü ki, Həzrəti-İmamın rizası anın getməgindədir, ziyadə mübaliğə etməyüb ərzi-üzr etdi ki: "Ya İmam, bənim vəhmim fövtü mövtdən degil, əmma andandır ki, minbə’d didari-şərifinizi görməyüb məhrum qalam və dövləti-mülazimətindən binəsib olub qürbətdə öləm". Şe’r:

Ey cəmalın mətləi-xurşidi-iqlabım bənim,
Gün yüzündəndir mübarək müttəsil falım bənim.
Dövləti-zövqi-vüsalındır bəni хoşhal edən,
Bilməzəm səndən cüda düşsəm nolur halım bənim?!

Həzrəti-İmam dəxi bu hala giryan olub derdi. Şe’r:

Ey könül, ah eylə kim, ah eyləmək həngamıdır,
Ey gözüm, qan ağla kim, qan ağlamaq əyyamıdır.
Ayrılır bəndən bu gün halım pərişan eyləyüb,
Ol ki, göz nüri, könül mətlubi, can aramıdır.

Əlqissə, Müslimi-Əqil dideyi-giryan və dili-büryanla vida’ edüb, Məkkədən çıxub Mədinəyə təvəccöh qılub, Həzrəti-İmam təhiyyeyiəsbabi- səfər əmrinə məşğul oldu.

Rəvayətdir ki, səbəbi-ə’davəti-Hüseyn müxalifəti-surivü mə’nəvidür. Əmma müxalifəti-mə’nəvi iki vəchlədir: Biri ol ki, ağazixilqəti- mövcudat və bidayəti-icadi məknunatda cəmi’i-cəvahiri-nüfusi-insaniyyə bir dəf’ədə məxluq olub, tədriclə təngnayi-qüvvətdən fəzayi-fe’lə təvəccöh etmişlər və məzmuni-hədisi- "Ələrvahu cunudun mucən-nədətun"[12] müqtəzasincə rəngi-tənakür və tə’arüf dutmuşlar. Lacərəm sabiqeyi-irtibat bulub, ol məcmə’də birbirinə qərib olan ərvah aləmi-əşbahda bir-birin bulduqda aralarında silsileyi-ülfəti-sabiq mütəhərrik olur və bə’id olanlar bir-birin gördükdə aralarında nifrəti-əzəli, əlbəttə, əsəri-müxalifət salur. Hər ayinə bu iqtizadəndür ol müxalifət ki, Əbdüş-şəms ovladı Haşim və Üməyyə arasında idi və ol ədavət ki, Əbdülmüttəlib və Hərb arasında idi və ol niza’ ki, Həzrəti-Rəsulullah və Əbu Süfyan arasında idi və ol fitnə ki, Hüseyn və Yezid arasında idi. Və müxalifəti-mə’nəvinin bir vəchi dəxi oldur ki, zati-paki- Vacibül-vücud məsdəri-sifati cəlaliyyə və cəmaliyyə olub, iqtizayi-zühur etdikdə ixtilafi-müzahir lazım gəlüb, iste’dadi-nüfusi-insaniyyə istehqaqi-qəhrü lütf üçün hikmət müqtəzasınca iki qism olmuş, biri müstəcme’i-[cəmi’i]-fəzayil və ol ərvahi-ənbiyavü övliya və süləhavü ətqiyadır. Və biri müstəcme’icəmi’i- rəzayil və ol ərvahi-küffar və füccarü fisəqə və əşrarü əşqiyadır. Lacərəm bu iki güruh həmişə müxalifət üzrə olub, HəzrətiHüseyn bin Əli firqeyi-əvvəlindən və Yezidipəlid zümreyiaxirətindən vaqe’ olmuş.

Və müxalifəti-suri dəxi hər canibdən iki vəchlədir. Əmma Həzrəti-Hüseynin Yezidə izhari-xüsumət qılduğunun iki vəchi var. Biri ol ki, çün əmri-xilafət təsəddiyi-əhkami-şər’iyyə və təkəffülitənfizi- ümuri-’ürfiyyədir və iqtizayi-sidqü səlah edər və Yezid ki, xümmarü facirü fasiq olub, əsla irtikabi-mənahidən ictinab etməzdi və ri’ayəti-namusi-şəri’ət təriqin dutmazdı, lacərəm qeyrəti-İmamət və məsnədi-xilafəti anunla aludə rəva görmədi və anın xilafətinə riza vermədi. Və bir vəchi dəxi ol ki, Həzrəti-Hüseyn dəxi Yezidin bey’ətin qəbul etsəydi, Bəni-Üməyyənin də’vayi-xilafətlərinə təsdiq vaqe’ olub qət’ən şəkk qalmazdı. Lacərəm Hüseyn bin Əli nəqdihəyatın sərf edüb ol sirri-nihanı zühura gətürdi və Bəni-Üməyyənin bütlani-də’valərin dərəceyi-vüzuha yetürdi. Və Yezidin dəxi izhari-ədavət qılduğunun iki vəchi var: Biri ol ki, məsnədi- xilafətdə qərar etdikdə Həzrəti-Hüseyni bey’ətə təklif edüb, Həzrəti-İmam imtina’ etdi. Və bir vəchi oldur ki, Əbdullahi-Zübeyrin bir cəmilə övrəti olub, Yezid anın avazeyi-hüsnü cəmalın istima’ edüb aşiq olmuşdu. Ənva’i-hiylələrlə ol övrətlə Əbdullahi-Zübeyrin arasına müfariqət salub, təlaq aldırıb təzvicinə fürsət bulmuşdu.

Əlqissə, Əbu Musa Əş’ərini irsal edüb ol övrətə talib olduqda və Əbu Musa bu məsləhət üçün təvəccöh qıldıqda təriqi-təvəccöhündə Həzrəti-Hüseynə mülaqi olub, Həzrəti-İmam ayıtdı: "Ya Əbu Musa, təvəccöhün nə canibədir?". Cavab verdi ki, ya İbn Rəsulullah, mütəlləqeyi-İbn Zübeyri Yezid bin Mü’aviyə içün mütalib qılmağa əzm etmişəm. Hüseyn ayıtdı: "Ey Əbu Musa, əgər ol məsturə Yezidin əqdindən imtina’ etsə, bənim içün tələb qıl". Əbu Musa üç şəxsin vəkili olub, ol xatunun hərəmsərayına yetdikdə xatun ənva’i-e’zazü ehtiram etdikdən sonra ayıtdı: "Ya Əbu Musa, bu bəndəxanəyə təşrif buyurduğunuzdan qərəz ola?" Əbu Musa ayıtdı: "Ey müxəddəreyizəman vey məstureyi-dövran, sən kibi nazəninə künci-’üzlət və guşeyi-vəhşət bəkləyüb oturmaq münasib görünməz. Bə’zi kimsənələr əlaqeyi-təzvicinə talib olmuşlar, əgər rüxsət var isə, ərz edəyim". Ol məsturə ayıtdı: "Ya Əbu Musa, əhli-səadət səlahından [təcavüz murisişəqavətdir, xüsusən sənin səlahından] ki, mütəzəmminikəmali- səadətdir". Əbu Musa ayıtdı: "Vüsalına talib və təzvicinə rağib olanların biri Yezid bin Müaviyə, biri Hüseyn bin Əli, biri Əbdullah bin Ömər və biri bənəm". Xatun ayıtdı: "Ey Əbu Musa, bən bir növcəvanam, sən bu qərəzdən fərağət qıl və biqərəz bəyan et ki, ol üç şəxsdən qansı bana ənsəb və əlyəqdir". Əbu Musa ayıtdı: "Əgər hökumət muradın isə, Yezidi qəbul et və əgər hüsni-surət istərsən, Əbdullah bin Ömər ittisalına rəğbət qıl və əgər səadəti-axirət təmənna qılsan, Hüseyn [bin] Əlinin daməniittisalın əldən buraxma". Xatun ayıtdı: "Hökumət əsri-zaildir və hüsni-surət fənaya qabildir. Xatirim nicati-axirət və müsahibətiZəhraya maildir". Pəs, bu vəchlə iqrar olub Əbu Musa ol xatunu Hüseyn üçün əqd qıldı və bu xəbər Yezidə yetdikdə mühərrikisilsileyi- ədavət əsli oldu. Şe’r:

Çərx hər fitnə kim, istər qıla aləmdə ’əyan,
Əshəli-vəch ilə əsbabına əncam verür.
Salub ol fitnə binasının əsasın əvvəl,
Ruzigar ilə ana surəti-itmam verür.

  1. Cənnətdə Əli, Həsən və Hüseyn üçün süddən bir çay vardır.
  2. Bəli, övladlarımız ciyərlərimizdir.
  3. Ey Abdullanın babası, ey göylərin və yerin zinəti, həyatına and olsun!
  4. Qəbul etdim və qəbul edirdim.
  5. Оnlar qəzəblərini basanlar və insanların qüsurlarını bağışlayanlardır. Allah da yaxşılıq edənləri sevər (Qur’an, 36, 134).
  6. Оnlar ki qəzəblərini basanlardır.
  7. Qəzəbini basmaq.
  8. İnsanları bağışlarlar.
  9. Allah yaxşılıq edənləri sevir.
  10. Biliniz ki, Allah sizdən, Əhli-Beytdən çirki yох etdi və sizi pak qıldı (Qur’an, 33, 33).
  11. Arzu edilən budur.
  12. Ruhlar silahlanmın əsgərlərdir.