Hədiqətüs-süəda/Səkkizinci bab
| ←Yeddinci bab. Həzrəti Sultan Hüseynin Mədinədən Məkkəyə təvəccöh etdigin bəyan edər | Hədiqətüs-süəda. Səkkizinci bab. Müslimi-Əqilin şəhadətin bəyan edər Müəllif: Məhəmməd Füzuli |
Doqquzuncu bab. Həzrəti İmam Hüseynin Məkkədən Kərbəlaya gəldigin bəyan edər→ |
| Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, “Şərq-Qərb”, 2005, səh. 217-240 |
Rəvayətdir ki, ol afitabi-zülmətsuzi-risalət və mahtabi-aləmə fruzi-sə’adət,
yə’ni "Yucahidunə fi-səbi-li’llahi"[1] təriqinin müqtədası və "Və cahidil-kuffarə"[2]
mə’rəkəsinin sahiblivası. Şе’r:
Şahi-eyvani-risalət, mahi-gərduni-vəfa,
Mə’dəni-ehsanü rə’fət mənbə’i-sidqü səfa.
Xazini-gənci-şəriət, məzhəri-əsrari-din,
Sərvi-gülzari-nübüvvət, dürri-dürci-istəfa.
Buyurmuş: "İnnəl’əbdə əzisbəqət ləhu mənzilətun ləm-yəbluğha bi’-aməlihi ibtəlahu’llahu fi-cəsədihi əv fi-malihi əv fi-vələdihi summə səbbərəhu ’əla zalikə hətta yəbluğə mənzilətu’lləti səbəqət ləhu"[3], yə’ni bir bəndeyi-qabil ki, sabiqeyifitrətdə iste’dadi-fitri ilə bir dərəceyi-ə’la və bir mərtəbeyi-ə’mali-salehə və əf’ali-sütudə ilə hasil etmək mümkün olmaya, lacərəm ol bəndəyi Vacibül-vücud bəlalar ilə imtahan edüb, ya mövti-övladla qərarın alur və ol müsibətlərdə ana səbr verüb, ol səbrlə müstə’iddi-idraki-mərtəbeyi-miqdar qılur. Şе’r:
Hər təmənna qılsan ey arif, bəladan istə kim,
Hər bəla zimnində bir rahət müqərrərdür sana.
Etmək olmaz bibəla idraki-neyli-hər murad.
Gər bəla çəksən, muradi-dil müyəssərdür səna.
Filvaqe’ çün dünya badiyeyi-fənadır və cəmi’i-əhvalı bibəqadır, dünyada bəla çəkən dünyadan çıxdıqda xilas olduğun idrak etsə, şükr etməzmi və rahətdə olan tərki-dünya qıldıqda fövt olan rahət təəssüfünün əzabı ana yetməzmi?
Hüseyni-Mənsuri-Arifdən məşhurdur ki, bir gün münacatında derdi: "İlahi, həqiqətin həqqi üçün xəzaneyi-bəlayyatın əbvabını məftuh edüb, hər bəla var isə, bana ruzi et və bəni cəmi’i-bəlada imtahan qıl. Əgər təriqi-məhəbbətdə’inani-iradətimi zərrəyi münhərif görsən, bəni silsileyi-əsdiqadan ixrac edüb mərdud eylə. Həqqa ki, əgər miqrazi-riyazət birlə zərrə-zərrə ə’zayi-vücudumu qət’ etsələr hərgiz kəmali-iradətimdə nöqsan olmaya və surəti-sədaqətim təğəyyür bulmaya". Şе’r:
Aşiq oldur ki, cəfa tiğindən ikrah etməyə,
Zərrə-zərrə qılsalar ə’zasını, ah etməyə.
Qan içə, səbr eyləyə, hər dəm fəğanü ah edüb,
Dərdi-eşqi-yardan əğyarı agah etməyə.
"Ruhül-ərvah"dan nəqldir ki, bir gün bir ’əziz bir bimar dərvişin ibadətinə varub və anı ənva’i-bəliyyata giriftar görüb təsliyə təriqilə ayıtdı: "Ey dərviş, aşiq mə’şuqun cəfalarına səbr etməsə, də’vayiməhəbbətdə sadiq degil". Dərviş ayıtdı: "Ey əziz, qələt dedin, ’aşiq mə’şuqun bəlalarından zövq bulmasa, ’aşiq degil. Şе’r:
Aşiq oldur kim, bəla zövqünü idrak eyləyə,
Eşq dərdi dəmbədəm könlün fərəhnak eyləyə.
Ey ’arif, əhli-məhəbbət bəlaya səbr etməklə sayir xəlqdən mümtaz olurlar və ərbabi-vəfa cəfaya təhəmmül qılmaqla hərimi-vüsala təriqi-məhrəmiyyət bulurlar". Şе’r:
Də’vayi-məhəbbət etmək asan olmaz,
Cəm’ olmaz əgər könül pərişan olmaz.
Aşiq qəm oduna yanmasa şəm’sifət,
Məqbuli-hərimi-vəsli-canan olmaz.
Əbdullahi-Mübarək rəvayət etmiş ki, bir gün əziməti-Kə’bə qılub səhrada tənha yürürkən bir tifl gördüm ki, şəm’i-rüxsarından afitabitaban nur alurdı və gisuyi-müşkbarı afitaba sayə salurdı. Mütəhəyyir olub dedim. Şе’r:
Хizrdir bu tifl, ya İlyas, ya abi-həyat,
Kim yürür tənha, bulur anı görən qəmdən nəcat.
İstiqbal edüb səlam verdim, cəvab verdi. Dedim: "Kimsən?" Dedi: "Həq bəndəsi". Dedim: "Qandan gəlürsən?" Dedi: "Həqdən gəlürəm". Dedim: "Qanda gedərsən?" Dedi: "Həqqə gedərəm". Dedim: "Bu səhrada nə tələb edərsən?" Dedi: "Haq rizası". Dedim: "Tuşeyi-rahın nədür?" Dedi: "Təqvadır". Dedim: "Bu badiyeyi-xunxarda tənha necə tərəddüd edərsən?" Dedi: "Ziyarətinə mütəvəccih olduğum bəndən qafil olmaz". Dedim: "Ey məxdumzadə, əgərçi surətdə tiflsən, əmma mə’nidə kamil görünürsən. Aya, qansı qabilədənsən?" Dedi: "Ey İbn Mübarək, biz surətdə kuyi-məhəbbət bəlakeşləriyüz və guşeyi-möhnət müşəvvəşləriyüz, yə’ni məzlumlar və məhmumlərüz. Gah istilayiə’dadan xatiri-pərişanımız müztər və gah qübari-vadiyi-qürbətdən mir’atimuradımız mükəddər. Əmma həqiqətdə, səlatini-məmaliki-qürbü qəbuluz və sükkani-süradiqati-məqami-vüsuluz. Bizdəndir gərmiyyəti-həngameyi-Məhşər və bizdəndir ifazeyi-zülali-Kövsər". Beyt:
Biz bəqa mülkünün istiqlalla sultaniyüz,
Mə’ni ilə baqiyüz, surətdə gərçi faniyüz.
Bunu deyüb nəzərimdən qayib oldu və xatirim müfariqətindən qayətdə küdurət buldu. Təvafi-Kə’bə müyəssər olduqda gördüm ki, ol tifl bir məcmə’də məsayili-həramü həlalü nəql edər. Həqiqətin sual etdikdə dedilər: "Bu adəm AliƏba və nuri-dideyi-Mustəfavü Murtəzadür. Budur müqtədayi-əhli-yəqin, yə’ni Əli ibn Hüseyn Zeynəlabidin". Pəs, xidməti-şərifinə müşərrəf olub, əlin öpüb üzrlə ayıtdım: "Ya İbn Rəsulullah, nə kim qəbuli-məsaibdən və rif’əti-məratibdən şərh etdinüz, sərihü səhihdir. Filvaqe’, bəla nişaneyi-qürbi olmaseydi, əhibbaya nəsib olmazdı və möhnət iqtizayi-kəmal bulmaseydi, ərbabi-ta’ətə ixtisas bulmazdı". Şе’r:
Qabili-feyzi-bəla şayisteyi-dərgah olur,
Hiç şək yох kim, bəla məxsusi-əhlullah olur.
Bu şərtlə ki, bəla nişaneyi-qürbi-İlahi və mövcibi-hüsuli-sə’adəti-namütənahidir. Kəmali-qürbü qəbul Həzrəti-Rəsul övladü ətba’ində həsr olunmuşdur və nəhayəti-ülüvvi-mənzilət anlarda ixtitam bulmuşdur. Zira zümreyi-növ’i-bəni-Adəmdən, bəlkə cümleyi-məxluqati-əhli- ’aləmdən heç afəridə anlarca bəlaya səbr etməmiş və heç fərdə anlarca asari-bəla yetməmiş. Ol cümlədəndür Müslimi-Əqilün və övladının keyfiyyəti-şəhadətləri və vəqayei-ənbuhü möhnətləri.
Əncümənarayi-məcalisi-möhnətü qəm və çehrəxəraşi-ərayisimatəm bu sürudla növhə bünyad etmiş və bu növhə ilə şəhidlər matəmin dutmuş ki, Müslimi-Əqil Həzrəti-İmamı vida’ edüb, Məkkədən Mədinəyə gəldikdə kəsrəti-müxalifdən ehtiraz edüb, gecə ilə şəhrə girüb Həzrəti-Rəsulin mərqədimübarəklərin ziyarət edüb, vida’ etdi və məzari-şərifdən kəndü mənzilinə getdi. Əlqissə, qərar etməyüb iki növrəs oğlu var idi; biri Məhəmməd nam səkkiz yaşında, lətafəti-hüsnlə bir xurşidi-aləmtab və biri İbrahim nam yeddi yaşında, təravəti-rüxsarlə bir laleyi-sirab. Anları belə alub və baqi ’əyalü ətfalla vida’qılub, həm ol gecə Kufə əzimətinə rəvan oldu. Şе’r:
Ahi-bərqasayla bir əbri-atəşbardı,
Rəhgüzarı əşki-alindən qamu gülzardı.
Rəhbəri göz yaşı, kusi-rehləti sövti-fəğan,
Tuşəsi qəm, həmdəmi daği-dili-əfgardı.
Çeşmi pürxun, əşki gülgun, könlü məhzun, qəddi xəm,
Qüssədən hər gün pərişan, hər gecə bimardı.
Bu təriqilə qət’i-təriq edüb mənazildə və mərahildə ənva’i-məkkarə və əsnafi-şədaid görüb, gah zülməti-dudi-ahla əlamətimənazil edüb, acizü sərgərdan olmaqla bir müddətdən sonra Kufəyə yetdi. Dari-Muxtar deməklə mə’ruf bir mənzilə nüzul etdi. Əşrafü ə’yani-Kufə qüdumindən xəbərdar olub, güruh-güruh gəlib, izharişövq edərlərdi və təriqi-mütavi’ət göstərüb, bey’ət alub gedərlərdi. Əlqissə, cüz’vi zəmanda on səkkiz bin mübarizi-nami daireyibey’ətə girüb dəsti-iradət daməni-təvəllasinə möhkəm etdilər. Müslimi-Əqil ol taifənin mir’ati-əməllərində surəti-ixlas müşahidə qılub, xatiri-cəm’lə Həzrəti-İmama anların ita’ətü inqiyadlərin е’lam edüb, hüzuri-şərifin istid’a qıldı. Nümani-Bəşir ki, Kufədə Yezid canibdən hakim idi, Müslimin gəlüb Hüseyn üçün xəlqdən bey’ət alduğun mə’lum eidikdə əhli-Kufəyi bir gün came’i-Kufəyə cəm’ edüb, kəndü bizzat minbərə çıxub nida qıldı ki: "Ey əhli-Kufə, bu mə’lum oldi ki, siz Müslimi-Əqili gətürüb ağazifəsad etmişsiz. Bu hərəkət münasib degil. Yezid hakimi-qəhhar və məlikicəbbardür. Bu əhvala ittila’ bulduqda sizə siyasət lazım gəlür və qəzəb mütəvəccih olur". Gördü ki, mücərrəd təhdidlə ol fitnə təskin bulmaz və nəsihətilə islahpəzir olmaz.
Yezidin Kufədə olan müxlisləri, misli-Əbdüllah bin MüslimiBahili və Əmmar bin Vəlid və Ömər bin Sə’d Yezidə surəti-hal ittifaqilə vaqiəyi ’ərz etdilər bu məzmunla ki: "Şəhbazi-şikarəndazinişiməni- izzü ’əla Hüseyn bin Əliyyi-Murtəza fəthi-məmalik həvasiylə aşiyanəsindən pərvaz edüb, ibtidayiəzmində şəhpərinüsrətsayəsin diyari-Kufəyə bıraxmışdır. Və ol sərçeşməyi-tufani-cəladətdən bir cuybari-bəla canibi-İraqa axmışdır. Əgər vəqtlə bu əmrə tədarük olunmasa və vəqtlə bu dərdə dəva bulunmasa, mürurla sərrişteyi-tədbiriümur əlindən gedər və bu diyarın təmamiyi-əşrafü ə’yanı ana təvəccöh edər. Əgər Kufəyə ehtiyacun var isə, bir valiyisahibsiyasət irsal et". Yezidi-pəlid bu əxbari-məlalətasara ittila’ bulduqda və bu surətiəhvala müttəle’ olduqda, təvəhhümi-zəvali-ne’mət dili-biqərarının qərarın alub və xövfi-izaleyi- dövlət ol bisəbatı iztiraba salub, diqqətitəmamla mülkünün nizamına mütəvvəcceh oldu. Və həm ol saət töhməti-təqsirlə Vəlid bin Ütbəyi Mədinə əyalətindən ’əzl edüb yerinə İbnül-Əşdəqi nəsb qıldı və Kufə xüsusunda ə’zamiə’yani- dövlət və əqdəmi-ərkani-həşməti olan Sərhun [nam vəzirlə müşavirət qıldıqda Sərhun] ayıtdı: "Ey xəlifə, əgər muradın isə bu fəsad rəf’ olmaq və bu naireyi-fitnə intifa bulmaq, Nümani-Bəşiri ki, bir piri-həqirdir, Kufədən ’əzl edüb yerinə Bəsrə hakimi olan Übeydullahi-Ziyadı nəsb qıl ki, ol əmri-əmarətdə nadirdir və dəf’i-hər fəsada qadirdir". Şе’r:
Хari-divari-riyazi-mülkü millət hifziçün,
Nuki-tiği-abdari hakimi-xünriz olur.
Hökm miqdarincə hakimdə siyasət həm gərək,
Nişə kim, ifratı hər fe’lin fəsadəngiz olur.
Yezid Sərhun səlahın qəbul edüb Übeydullahi-Ziyada bir namə yazdırdı bu məzmunla ki: "Haliya əlsineyi-əhibbayi-sadiq və əfvahi-əviddayi-müşfiqdən bu müstəfad olundu ki, Hüseyn bin Əli bənim ki, xəlifeyi-zəmanam, bey’ətimdən inhiraf edüb, ətrafü cəvanibə namələr göndərüb xəlqi kəndiyə də’vət etməkdədir. Xüsusən Bəsrə əhlinə və Kufə xəlqinə andan nəvazişnamələr gəlüb, anlardan ana məkatibü mərasil getməkdədür. İmdi sən ki, Übeydullahi-Ziyadsan, misali-vacibül-imtisalım varid olduqda və məknunü və məzmunü vüzuh bulduqda gərəkdir ki, bu əmri nəfsi- Bəsrədə təvəhhüs edüb, bu fitnəyə bais olanları buldurub dəf’ü rəf’ etdikdən sonra kəndü canibdən bir mö’təmid kimsənə Bəsrədə naib edüb bizzat Kufə diyarinə təvəccöh qılasan. Və ol diyarın dəxi əyalət və hökumətin kəndünə müqərrər bilüb zəbtü rəbtində mücidd olasan. Və bilmiş ol kim, bənim xaniiltifatımdan nəvaleyi-ehsana ol vəqt istehqaq bulursan və xəzaneyimərhəmətimdən təşrifi-istehsana ol dəm müstəhəqq olursan ki, me’mari-fərasətin səngi-hərasətdən ətrafi-İraqa bir hisari-müstəhkəm çəküb və tərəddüdi-ə’da rəhgüzarinə səngrizeyi-tədbirü tədarük töküb, fürsət verməyəsən ki, Hüseyn bin Əlinin minbə’d nəsimi-təsəvvürü ol gülzara güzar edə və ol büq’ə əhlindən ana mütəvatir rüsulü rəsail gedə. Və anda olan mühibbü müxlisləri buldurub dəf’ü rəf’ edüb, inayətimə ümidvar olasan".
Yezidin məktubi Übeydullaha irişdikdə İttifaqən həm ol zəmanda Həzrəti- Hüseynin Səlman nam bir məmlüki məktublar gətürib bə’zi kimsənələri təriqihəqqə irşad etmək iştiğalində idi. Übeydullahi-Ziyad vaqif olub və bə’zi müsəlmanları dəxi anınla müttəhim qılub qətl etdikdən sonra yerinə qarındaşın tə’yin edüb Kufə canibinə rəvan oldu və kəmali-ehtimamla İraq hifzinə təvəccöh qıldı.
Bə’zi təvarixdə bu məsturdur ki, ol müfsid Kufə qürbinə yetdikdə təhəmmül etdi, ta gecədən iki saət ötdü. Pəs, təğyiri-surət qılub başına bir əmmameyi-mişkin sarub, haşimilər kibi teyləsan buraxub niqabla rəvan oldu. Əşrafü ə’yani- Kufədən mütərəssidi-qüdumi-Həzrəti-İmam olub intizar çəkənlər ol vəz’ü vüqarla anı Hüseyn bin Əli təsəvvür qılub istiqbal edüb rikabi-hümayüninə yüz sürüb derlərdi. Şе’r:
Əlminnətü lillah ki, murad oldu müyəssər,
Şad eylədi aşiqlərini vəsl ilə dilbər.
Təbdil olunub ruzi-vüsala şəbi-hicran,
Xurşid çıxub eylədi afaqı münəvvər.
Və önünə düşüb nəhayəti-tə’zimü təkrimlə darül-əmarəyə yetdikdə Nümani- Bəşir vəhm edüb, darüləmarə dərvazəsin bağlayub, üzərinə çıxub avaz yetirdi ki, ey nütfeyi-Rəsulullah, bu fitnəyə bais olma və təsəvvür qılma ki, bu mülkü Yezid sənin təsərrüfində qoyub təəllül qıla. Nə rəva bir zəhmətə irtikab etmək ki, əqrəbi-zəmanədə zayе’ola? Şе’r:
Aqil oldur ki, etdügi əməlin,
Fikr edə ibtidadə əncamın.
Ol degil kim, təəmmül eyləməyüb,
Keçirə qəflət ilə əyyamın.
Hala səlah oldur ki, bu gecə bir qeyr mənzildə aram dutub istirahət qılasan. Sabah olduqda nə kim, səlah isə, əməl oluna. Əhli-Kufə Nümani-Bəşirə tə’n edüb təhdid edərlərdi ki, ey bədbəxt, bu Hüseyn bin Əliyyi-Murtəza və nəqdi-bərgüzideyi-Mustəfadır. Darül-əmarə düxulindən mən’ etmə və təriqi-müxalifətü mü’anidət dutma. Müslimi-Əqil ol məcmə’də idi. Həqiqəti-hal mə’lum edüb nida qıldı ki, ey qövm, bu şəxs Hüseyn bin Əli degil. Məftuni olman, hiləsinə е’timad qılman. Übeydullahi-Ziyad hücumi-’ammdən ehtiraz edüb, çehreyi-napakdan niqab alub kəndüsin izhar etdikdə Nümani-Bəşir andan vaqif olub, dərvazeyi-qəsri açub, Übeydullahi-Ziyad qəsrə girüb, sayir əhli-Kufə novmid olub mütəfərriq oldılar və güruh-güruh mənzillərinə təvəccöh qıldılar.
Sübhdəm ki, sədayi-kusi-növbəti-səlatini-zalimpişə dideyi-sükkani-sərapərdeyi- rahətdən xabi-qəflət aldı və zümzümeyi-füssaqi-səbuhikeş dimaği-ərbabi- ləhv dəğdəğeyi-tərəddüdi-fəsad saldı, Übeydullahi-Ziyad istiqlalla məsnədi-hökumətdə qərar dutub və ə’yanü əşrafi-Kufəyə tövqi’i-hökumətü əyalətin ibraz edüb, gah məva’idi-əşfaqü əltafla cəbbari-kəsri-qülub oldu və gah və’iditəhdidlə anları siyasətdən xəbərdar qıldı.
Müslimi-Əqil bu halətdən xəbərdar olduqda, xatiri-şərifinə vəhm müstövli olub dari-Muxtardan çıxub Hani bin Ürvə mənzilinə gəlüb ayıtdı: "Ey Hani, bən bu mülkdə qəribəm və səndən qeyrə е’timad etməzəm və hala bu əhvalın sərəncamı mə’lum olanadək bana sənin mənzilində olmaq münasibdür". Hani bin Ürvə mübahatlar qılub, ol Həzrətə kəndü sərayində münasib mənzil tə’yin edüb və ol şərəfdən əfsəri-’izzü е’tibarı asimana yetdi. Həm ol daireyi-bey’ətində olan müxlislər mülazimətində tərəddüd edərlərdi və xidmətinə gəlüb gedərlərdi. Əmma Übeydullahi-Ziyad, ol müdbiri-pürfəsad, şamü səhər Müslimin təcəssüsü təfəhhüsündə olub, bir gün Müfəzzəl nam bir məmlükinə ayıtdı: "Ey Müfəzzəl, Müslimin bu şəhərdə olub Hüseyn üçün xəlqdən bey’ət alduğın təhqiq etmişəm, əmma bilməzəm qandadır. Əgər təcəssüs edüb, mə’lum edəcək olsan, səni malımdan azad edərəm, bəlkə ənva’i-əltafla dəxi bərmurad edərəm". Müfəzzəli-bidövlət ol xidməti qəbul edüb təcəssüs edərkən bir gün came’i- Kufədə bir pakizəsurət mö’min görüb xatirində cəzm etdi ki, bu Müslimin mütəəlliqatından olacaqdır. Hüzuruna gəlüb ayıtdı: "Ey mö’mini paksirət, bən mö’təqidi-Hüseynəm və bin aqça nəzr etmişəm və gətürmişəm ki, Müslimə verəm. Əmma bilməzəm ki, qandadır? Bir lütf et, anı bən fəqirə göstər". Şе’r:
Gərdənimdən, kərəm et, silsileyi-qeydi götür,
İltifat eylə, bəni mənzili-məqsuda yetür.
Ol mö’min ayıtdı: "Ey əziz, bunca xəlq arasında nə bildin ki, bən şi’еyi- Hüseynəm?" Müfəzzəl ayıtdı: "Hüsni-xisalın və lütfi-əf’alın şəhadət verdi". Ol mö’mini-dilqafil anın qövlinə təsdiq verüb ayıtdı: "Ey arif, qələt etmədin, bən ol tayifədənəm və bənə Müslimi-Əvsəcə derlər". Şе’r:
Еy bəsa sidq kim, zərər yetürür,
Qailə möhnətü bəla gətürür.
Əlqissə, Müslim bin Əvsəcə ol məl’unu alub Müslimi-Əqilin xidmətinə gətürdi və hadiyi-tövfiq olub, mənzili-məqsudinə yetürdi. Müfəzzəl Müslimin didarına mübahat qılub, əlin öpüb, nəzrin mülazimlərinə təslim edüb, müshəf gətürib, qəsəm yad edüb bey’ət alub andan çıxdıqda Übeydullahi-Ziyadı əhvaldan vaqif etdi.
Übeydullahi-Ziyad ol vaqi’ədən müttəle’ olduqda filhal məcmə’iamm edüb, ol məcmə’də Əsmayi-Xaricədən və Məhəmmədi-Əş’əsdən Hani bin Ürvənin əhvalın istifsar edüb ayıtdı: "Ol qandadır ki, görünməz?" Dedilər: "Ya əmir, ol bihüzurdur". İbn Ziyad ayıtdı: "Ol bihüzur degil, əmma eşitdim ki, bir mane’i var. Nə qədər mane’ var isə, bir zəman bu məclisə gəlmək olur".
Hani bin Ürvəyə xəbər göndərib Übeydullahi-Ziyadın şövqün izhar edüb hüzurun lazım etdilər. Hani bin Ürvə əziməti-mülaqat edüb, mənzilindən çıxub qəsri-əmarəyə yetdikdə əshabinə ayıltdı: "Ey əzizlər, bu gün bu qəsrdən bənim könlümə bir vəhm müstövli olub, əcəb ki, bu gün bu qəsrdən bana bir zərər irişməyə". Əshabü əhbab ana təsəlli verib ayıtdılar: "Xatir təsəlli et, nolacaqdır?".
Hani bin Ürvə qəzaya riza verüb və daireyi-təslimü təfvizə girüb, məclisə qədəm basub, səlam verdikdə İbn Ziyad anın səlamn kinayə ilə alub ana surətiqəzəb göstərdi. Hani ayıtdı: "Ey əmir, nə vaqe’ oldu?" İbn Ziyad ayıtdı: "Nə vaqi’ə bundan ziyad ola ki, Müslim bin Əqili mənzilində pünhan edüb, zəmanzəman xəlqi bey’ətə təklif qılub, mülk əhvalın pərişan edərsən". Hani inkar etdi. Übeydullah Müfəzzəli hazır edüb ana infi’al verdi. Hani gördü ki, inkara məcal yох, mö’tərif olub üzrlə ayıtdı: "Ey əmir, həqqa ki, anı bən ixtiyarımla mənzilümə gətürmədim. Kəndü istilayi-şövkətinizdən mütəvəhhim olmağın bənim mənzilümə pənah gətirüb, bana dəxi anın mən’ində həya mane’ oldu. İmdi çün bənim mənzilimdə anın olduğuna rizayişərifiniz yоxdur, müraciət etdikdə ixrac edəyim". Übeydullah ayıtdı: "Heyhat, heyhat, sən Müslimi gətürüb təslim etməyincə getməgün mümkin degil". Hani ayıtdı: "Bu hərgiz müyəssər olmaz və surət bulmaz ki, bən Müslimi sənə təslim edəm".
Übeydullaha qəzəb müstövli olub anın həbsinə əmr etdi. Əsmayi-Xaricə fəryada gəldi ki, ey qəddari-nabəkar, vey bədəhdi-çəfakar, biz bu dərdməndi bir əhdlə və şərtlə məclisünə gətürdük, hala bu nə əməldür? Übeydullahın qəzəbi ziyadə olub, Əsmayi-Xariciyə izalar etdirüb buyurdu ki, Hani bin Ürvənin bədəni-zəifin üryan etdilər və beş yüz taziyanə urub iqabinə çəkdilər. Və Hani bin Ürvə səksən doqquz yaşında bir pir idi. SöhbətiRəsulullaha müşərrəf olmuş mö’təmidi-səhibtövqir idi. Hüzzari-məclis istişfa edüb anı endirdilər. Yer yüzünə düşdükdə rəhmətə vasil oldu. Şе’r:
Qıldı cəlladi-fələk xunrizlik bünyadini,
Etdi zahir dövri-zalim adəti-mö’tadini.
Bağbani-dəhr açub xuni-cigər sərçeşməsin,
Qan ilə sirab qıldı gülşəni-bidadini.
Bu xəbər Müslimi-Əqilə irişdikdə ol Həzrət iki oğlun Şüreyh Qazi evinə göndərüb, kəndü iste’dadi-hərblə mühəyya olub daireyi bey’ətdə olan yekcihətlərə nida etdirdi ki, ey təriqi-müsa’idətdə mərdanəyəm deyən səadətməndlər, vey meydani-mücahidətdə sərbazlıq də’vasın qılan sərbüləndlər! Bismillah, bu gün izhari-əqidət günüdür və bu dəm isbati-cəladət dəmidür. Rəvayətdir ki, filhal igirmi bin miqdarı sipahi-xunxar və mübarizi- xəncərgüzar iste’dadi-rəzmlə Müslim hüzurində qəsriəmarəyə mütəvəccih oldılar. Və ol qəsri-rəfi’ül-bünyanı nigini-xatəm kibi əhatə qıldılar. Übeydu Uahi-Ziyad ol hala vaqif olub, kəndü qəsr içində qalub sayir əskərə Məhəmmədi- Kəsiri sərəskər edüb, rüxsətiməqatilə və müharibə verdi. İki canibdən nirani-müharibə işti’al bulub və həngameyi-rəzm gərm olub. Şе’r:
Əfsəri-rayət oldu gərdunsay,
Çıxdı çərxi-bərinə naleyi-nay.
Kus fəryadı oldu aləmgir,
Müjdeyi-mərg verdi sövti-nəfir.
Qoymayub yerdə nə’li-rəxş dəfin,
Ərseyi-məhşər oldu ruyi-zəmin.
Bəs ki, toprağa çərxi-kəcrəftar
Xəlqin abi-həyatın etdi nisar.
Içüb əczayi-xak abi-həyat,
Dirilüb oldu qabili-hərəkat.
Yer yüzündən qopub Süha manənd,
Eylədi meyli-asimani-bülənd.
Züləmat etdi rəzmgahı qübar,
Ruzi-rəzm oldu gərddən şəbi-tar.
Ol şəbi-tarə şəm’i-bəzməfruz,
Oldi nuki-sinani-aləmsuz.
Ol mə’rəkeyi-pürşur və məhləkeyi-pürfütura növbaveyi-gülzari Bəni-Xəlil, yəni əşcə’i-sənadidi-ərəb Müslim bin Əqil səməndi-kuhtəmkini-bərqseyrlə cövlana gəlüb və bir əlinə əf’iyi-rəmhi-xunxar və bir əlinə əjdəhayi-tiğisa’i-qəkirdar alub, hər həmlədə bir cümləyə zəhri-fəna içürirdi və hər nə’rə ilə bir güruhün tüyuriərvahin aşiyani-bədəndən uçururdu. Şе’r:
Dönərdi gəh yəminü gəh yəsarə,
Salurdı lərzə xəsmi-biqərarə.
Dəmadəm rəzm bazarın qılur tiz,
Tökərdi qan, çalardı tiği-xunriz.
Ururdu Heydəri-Kərrardan dəm,
Anın rəzmində bir zal idi Rüstəm.
Übeydullahi-Ziyad ki, qəsrdən mə’rəkeyi-məsafa nəzzarə qılurdı və Müslimi-Əqilin keyfiyyəti-şüca’ətin bilürdi, kəndü ləşkərin məğlub və Müslim ləşkərin qalib görüb hüzurində olan rüəsayiKufəyə hökm etdi ki, əhli-Kufəyə təhdid edələr. Pəs, Kəsir bin Şihab, Məhəmməd bin Əş’əs və Şimr Zilcövşən kibi bədbəxtlər nida yetürdilər ki, ey əhli-Kufə, budur Şamdan ləşkəri-bihesab bu canibə təvəccöh etmişdir, bəlkə həvaliyi-şəhrə yetmişdir. Vəqtdir ki, cəmi’iəhlü əyalınız əsir ola və cümleyi-malü mənalınız nöqsani-qarət bula. Kəndünizə rəhm edin və fürsət var ikən hər birinüz bir canibə gedün. Şе’r:
Rə’dü bərq ilə bu səhraya təvaccöh qılmış,
Mərg baranını yağdırmağa bir tirə səhab.
Qopun, ey qəmzədələr, seyl güzərgahindən,
Getmədən suya fərağət evi manəndi-hübab.
Əhli-Kufə ki, zatlərində səbati-е’tiqad yох idi, bu hekayətdən mütəvəhhim olub güruh-güruh həzimətə təvəccöh qıldılar və Pərvin kibi cəm’ ikən Bənatünnə’ş kibi mütəfərriq oldular.
Əlqissə, aftab qürub edənədək igirmi bin mübarizdən otuz nəfər qaldı və anlar dəxi Müslim nəmaza məşğul olduqda gedüb, Müslim tənha qalub mütəhəyyir oldu. Cismi aləti-hərbdən azürdə və halı ənduhi-qürbətdən əfsürdə. İztirabla şəhrdən çıxmaq qəsdinə tərəddüd edərkən Sə’id bin Əhnəf ol Həzrətə uğrayub ayıtdı: "Ey seyyid, ehtiyat eylə ki, əbvabi-şəhrə sərhənglər tə’yin olunub, sənin qəsdindədirlər". Müslim ayıtdı: "Məsləhət nədir?" Sə’id ayıtdı: "Bənimlə gəl".
Müslim mütabiət qılub, Sə’id Müslimi Məhəmməd Kəsir mənzilinə gətürüb е’lan etdükdə Məhəmməd Kəsir çıxub, minnətitəmamla е’zazü ehtiram edüb Müslimi-Əqili evində pünhan eylədi. Ol gecə gedüb sübhdəm ki, me’mari-sərayi- afəriniş qəsri-lacivərdfamı zərəndud etdi və xəncəri-şü’ai-xürşidlə şəbistanlar şəm’inin rişteyi-həyatında və’də yetdi. Şе’r:
Pərdeyi-setri nəsimi-sübh bərbad eylədi,
Fitnəyi bidar edüb bidadı bünyad eylədi.
Übeydullahi-Ziyad qəmmazlərdən və casuslərdən ol əhvalı mə’lum edüb, Məhəmməd Kəsir məclisə gəldikdə ayıtdı: "Ey Məhəmməd Kəsir, Müslim sənin mənzilindədir, gətirməz isən sənə siyasət edərəm".
Məhəmməd Kəsir sahibi-şövkət kimsənə idi, kəsrəti-qəbailinə е’timad edüb cəvab verdi ki, ey İbn Ziyad, bən dəxi Hani bin Ürvə degiləm ki, bənə hökmün cari ola. Bu sözdə ikən sədayi-nayi-rəzmi və xüruşi-kusi-hərbi aləmə qovğa bıraxdı.
Übeydullahi-Ziyad ayıtdı: "Bu nə qovğadır?" Dedilər: "Ey əmir, Məhəmməd Kəsirin əqvamı müsəlləh olub, on bin miqdarı mübariz qəsri-əmarəyə mütəvecceh oldılar və cidalü qitala əzimət qıldılar". Übeydullahi-Ziyad ol fitnədən vəhm edüb, Məhəmməd Kəsirin oğlun yanında mühafizə qılub kəndüyə rüxsət verdi ki, çıxub qövminə təskin verə.
Məhəmməd Kəsir qəsrdən çıxub, qövminə təskin verib mənzilinə gəldikdə Süleyman Sürədi Xüzai və Muxtar bin Əbu Übeydə və Rifa’ə Azib hazır olub ayıtdılar: "Ey əziz, ittifaqla cəhd et ki, yarın oğlunu bu zalim qeydindən qurtaralım və Müslimi alub, kəndü qəbiləmizə gedüb, bir əzim ləşkər cəm’ edüb Hüseyn bin Əli mülazimətinə varalım".
Məhəmməd Kəsir əqvamıyla bu məsləhətdə qərar vermiş ikən İttifaqən canibi-Şamdan Amir bin Tüfeyl ki, Übeydullahi-Ziyad müavinətinə müqərrər olub gəlirdi, ol zəmanda on bin mübarizlə yetüb, Übeydullahi-Ziyad ol ləşkər qüvvətiylə məğrur olub, Məhəmməd Kəsirin ehzarinə əmr etdi. Məhəmməd Kəsir dəxi otuz bin miqdarı ləşkər qövmindən hazır edüb, qəsri-əmarəyə mütəvəccih oldu. Əmma ləşkərin dışrada qoyub, kəndü tənha qəsrə girüb Übeydullah ilə mülaqat etdi. Übeydullahi-Ziyad ayıtdı: "Ey Məhəmməd, Müslimi-Əqili sevərmisən, ya kəndü canını?" Məhəmməd ayıtdı: "Ey İbn Ziyad, Müslimin canı Allah hifzindədir və bənim canım otuz bin mübariz hisarində". Übeydullahi-Ziyad anın sözündən qəzəbnak olub, bir dəvatla urub nüsxеyisərnivişti- təqdir olan cəbini-mübarəkin məcruh etdi. Məhəmməd Kəsir dəxi biməhaba tiği-abdar çəkib Übeydullahi-Ziyada həvalə qıldıqda ə’yani-Kufə araya girüb, bir növbət hayil oldılar. İkinci kərrə tiğ həvalə qıldıqda Übeydullah fərar edüb, mülazimlərindən birin həlak etməgin Übeydullahi-Ziyadın dəxi mülazimləri ol piri-natəvanı ortaya alub çox müqatiləvü müharibədən sonra şəhid etdilər. Rəhmətullahi əleyh. Şе’r:
Еy хoş ol kim, nəqdi-can bəzlində ehmal etmədi,
Rəxtü bəxtin qeydi-mülkü malı pamal etmədi.
Həq yolunda dutmadı xari-təəllüq damənin,
Paybəndi-mülk olub əndişeyi-mal etmədi.
Məhəmməd Kəsirin oğlu ol halı görüb, diliranə hərblər qılub babasının intiqamın aldıqdan sonra bir namərdin sinani-zəhrəşikafiylə şəhadət buldu. Şе’r:
Оl nihali-növrəsi sındırdı dövran, ey diriğ,
Qıldı ol gənci fələk xak içrə pünhan, ey diriğ.
Ləm’еyi-rüxsarı xurşidi-cəhanəfruz ikən,
Eylədi pünhan səhabi-gərdi-hirman, ey diriğ.
Bu hala müqarin Übeydullahi-Ziyad əmr etdi ki, qəsrin qapusın açub ləşkəri dışra çıxub Məhəmməd Kəsirin ləşkəriylə cəng edələr. Ol dilavərlər dəxi təqsir etməyüb, sübhdən şamədək əskəri-Kufə ilə ləşkəri-Şam bir cidad etdilər ki, dideyi-ruzigar anın kibi karzar görmüş degil. Şе’r:
Fitnə dəryası yenə mövc urdu, tüğyan eylədi,
Əmn mülkün qərqeyi-seylabi-tufan eylədi.
Növbəhari-fitnədən açıldı afət gülləri,
Seyli-xun hər yan ’ələm sərvin xuraman eylədi.
Səfheyi-təsvirtək tər guşə nəqqaşi-əcəl,
Surəti-bicanı zibi-lövhi-meydan eylədi.
Ərseyi-heycadə düşdükcə mübariz küştəsi,
Badpa nə’li ləhəd həfr etdi, pünhan eylədi.
Qopdu bir qovğa ki, xəmi-navəki-bidadi-tiğ
Çоxları ol rəzm ’əzmindən peşiman eylədi.
Axirul-əmr, Übeydullahi-Ziyad ayıtdı: "Bu qövmin cidalı Məhəmməd Kəsir üçündür. Başın qəl’ədən dışra atın, görüb təsəlli olsunlar". Məhəmməd Kəsirin və oğlunun başların qəsrdən dışra bıraxdıqda əhli-Kufə görüb, novmid olub, pərişanhal güruh-güruh mütəfərriq olmağa başladılar. Gecə olduqda о ləşkəri-kəsirdən dəyyar qalmadı. Muxtar Əbu Übeydə gördü ki, inaniixtiyar əldən getdi, əqvamı ilə qəbileyi-Bəni-Sə’də yüz dutdu və Süleyman Sürədi Xuzai ləşkəri məğlub olduğun bildi. Ol dəxi bir yana əzimət qıldı. Çün Müslimi-Əqil Məhəmməd Kəsirin şəhadətin və ləşkərinin mütəfərriq olduğun mə’lum etdi, məlulü məhzun olub derdi. Şе’r:
Еy fələk, bir gün bənim rə’yimlə dövran etmədin,
Dərd çox verdin, vəli bir dərdə dərman etmədin.
Hiç mənzildə bənim müxlislərim cəm’ olmadı
Kim, bir əngiz ilə ol cəm’i pərişan etmədin.
Əlqissə, mükəddərü müztərib mənzilindən çıxub, şəhrdən çıxmağa yüz dutdu. Gedərkən yolda Möhkəm bin Tüfeylin əskərinə sataşdı. Andan müraci’ət qılub, bir qeyr yana təvəccöh etdikdə məhəlleyi-Dari-Rəbi’də Xalid bin Ziyadın ləşkərinə uğradı. Gördü ki, hər yana təvəccöh qılsa, ləşkərdir. Naçar diliranə bir cəmaət qəlbinə urub çıxdı.
Əmma bir məhəlləyə düşdü ki, ol məhəllənin şəhrdən çıxmağa yolu yох idi və ol məhəllədə münafiqlər çox idi. Bir bədbəxt anı ol hey’ətü səlabətlə görüb, Müslim olduğun bilüb filhal Übeydullahi-Ziyada е’lam etdi. Übeydullahi-Ziyad, Nüman Hacibi əlli mübarizlə anın qəbzinə rəvan eylədi. Əmma Müslim gedərək gördü ki, yol çıxmaz. Müraci’ət qıldıqda gördü ki, Nüman Hacibin qulları gəlür. Nacar atından yenüb bir xərab məscidə pənah gətürdi.
Nüman Hacib Müslimin mərkəbin bulub, kəndüsindən əsər bulmayub Übeydullaha gəlüb xəbər verdi. Übeydullah tamamiyişəhrə münadilər buraxub hökm etdi ki, hər kimin evində Müslimi-Əqil çıxacaq olursa siyasətə müstəhəqq olur və hər kim bulub gətürsə, bəndən cəmi’i-muradın bulur.
Əmma Müslimi-fəqir ol məscidi-viranədə ol gün qərar edüb, şəbi-zülmani ki, zali-zəmanə şəm’i-cəhanəfruzi-aftabi-aləmtabı şəbistani-məğribdə nəzərdən nihan etdi və daməni-gərduni qəriblər və bixanümanlar dudi-ahı dutdu, Müslimi-sərgərdan ol məscidiviranədən çıxub, təriqi-nəcat istəyib hər tərəf tərəddüd edərkən bir salehə övrətin mənzilinə yetüb, təskini-hərarətçün bir şərbət su tələb etdi. Ol övrət su gətirib verdikdən sonra ayıtdı: "Ey əziz, bu şəhr bir qovğalu şəhr olmuşdur və bu məmləkət hala fitnə ilə dolmuşdur. Bənim mənzilim önündən get ki, bana mövcibi-töhmət olmayasan". Müslim ayıtdı: "Ey salehə, bən qəribəm, kimsənə bilməzəm, xanədaninübüvvət və vilayətdənəm. Mümkün olmazmı ki, bana mənzilində bir pənah verəsən və bəni hifz edib bir səvaba girəsən?" Övrət ayıtdı: "Sənə kim derlər?" Müslim ayıtdı: "Bən [Müslimi]-Əqiləm".
Ol övrət Müslimə tərəhhüm edüb əlin öpdü və ayağına düşüb, hərəmsərayində mənzil tə’yin edüb xidmətinə qiyam etdi. Müslimi-Əqil əgərçi anda qərar dutmuşdu, əmma xatiri-şərifi cəmi’i-cəvanibdən mütəfərriq idi. Gah Hüseyn bin Əli xəyalında idi ki, aya ol məzlumun bu zalimlərlə əhvalı nəyə müncər ola? Və gah kəndü övladı əndişəsində idi ki, aya bu qürbətdə anların ri’ayətlərin kim qıla? Və gah kəndü fikrində idi ki, aya bənim keyfiyyəti-halım nə surət bula? Bu təfəkkürlə gahi dili-püratəşdən ahi-həsrət çəkərdi və gahi dideyi-nəmdidədən əşki-nədamət tökərdi.
Rəvayətdir ki, ol övrəti-salehənin bir oğlu var idi nabəkari-bədkirdar. Ol dəxi ən’amü iltifat ümidiylə Müslim mütalibətində ikən mətlubu müyəssər olmayub tə’əbnak mənzilinə gəldikdə anasın хoşhal görüb səbəb sorduqda, ol salehə ayıtdı: "Ey fərzəndi-sə’adətmənd, dövləti-üqba bizə təvəccöh edüb, Müslimi-Əqil bizim bəndəxanəmizə pənah gətirmişdir. İnşallah, Qiyamət günü anın sə’adətsərası bizim pənahımız olmaq müqərrərdir". Ol bədbəxt heç cəvab verməyüb sabahədək təhəmmül edüb, ələssəbah ki, hüdudişə’şəeyi- xurşid miftahi-əbvabi-tərəddüd oldu və əngizi-fitnəvü fəsad üçün qəmmaz olan səlatini-zalimpişə qürbinə rüxsət buldu, ol məl’un Übeydullahi-Ziyada surəti-hal bildirüb, Übeydullahi-Ziyad Ömər bin Harisə əmr etdi ki, Məhəmməd Əş’əslə üç yüz adam tə’yin et, Müslimi-Əqili dutub gətürsünlər və anın küdurətin mir’atimülkdən götürsünlər.
Məhəmməd Əş’əs üç yüz mübarizlə ol övrətin möhnətxanasin mühasirə qılub, Müslim nəmazda ikən sədayi-sümi-sütür istima’ edüb, yerindən durub, silahın mürəttəb edüb dışra çıxdıqda ol güruhimüxalif Müslimə həmlə qıldılar. Ol əxtəri-bürci-nübüvvət aftabi aləmtab kibi tənha tiği-atəşbarla cövlan edüb hər tərəfə əzm etsə, sitarəvar pərişan etməgin ol üç yüz mübarizin əksərin həlak edüb tətimməsin hərasan etdi. Məhəmməd Əş’əs İbn Ziyada peyğam etdi ki, bana mədəd göndər. İbn Ziyad ayıtdı: "Ey namərd, üç yüz adamla bir adama hərif olmamaq nə himmətdir? Dut gətür, yоxsa bu xidmətə qeyri tə’yin edirəm". Məhəmməd Əş’əs gördü ki, müharibə ilə fürsət bulmaz və simurğiQafi-şuca’ət zərbi-dəstlə seyd olmaz, hiylə ilə ayıtdı: "Ey Müslim, bu cədəldən nə hasil olur? Bilirsən ki, cəmi’i-ləşkəriŞama tənha hərif olamazsan. Barı, silahın bıraxub kəndüni bana təslim et. Səni ilətüb Übeydullahdan səninçün aman istərəm". Müslim ayıtdı: "Ey namərd, sənin əmirindən aman istəməzəm. Bilirəm ki, qəddar və birəhmdir".
Əlqissə, anın hiyləsin qəbul etməyüb mübarizət meydanında cəladətdən təqsir etmədi. Ləşkər ol halı görüb, bə’zi yer yüzündə anınla cədəl qılub və bə’zi damlara və divarlara çıxub, jaləvəş ol gülbüni-baği-dövlətə daşlar yağdırub, laləvar ə’zasını parə-parə və əndamını çak-çak edüb və baran kibi оxlar tökülmədən gülbüni-cismi bir qönçeyi-peykan oldu. Əlqissə, ol şahbazi-övcisəadət kəsrətisihami- ə’dadan balü pər peyda qılub canibi-firdövsi-bərinə pərvaz qılmaqda ikən və ol mə’dəni-cövhəri-şəhadətin xəzaneyi-cismişərifi tiğimüxalifdən rövzənlər açub nəqdi-ruhi-lətifi nisarimüjdeyi-şəhadət olmaqda ikən nagah bir həramzadə bir daşla cəbinimübarəklərin məcruh etdi. Məhasinişəriflərinə qan rəvan oldu. Ol zəxmin zəhməti özgə zəxmlərə izafə olub, Müslimi qayətdə süst etdikdə Bəkr bin Həmranın divarsərasinə pərtövi-aftabi-əsr kibi təkyələndi. Bəkr bin Həmrani-bədbəxt evindən çıxub, bir tiği-bidiriğ urub ləbimübarəkin qönçeyi-dəhanindən bərgi-gül kibi çüda qıldı. Müslim dəxi ol həramzadəyi bir zərblə həlak edib yenə divara təkyə qıldı və kəndüyə məşğul oldu. Əmma qayətdə ətəş müstövli olmağın bir şərbət su iltimas etdi. Ol qövmibirəhm əsla iltifat etməyüb, axirüləmr, bir övrət rəhm edüb, bir qədər su ol çeşmeyi-həyata sundu. Müslim ol suyu içmək tədarükində ikən ləbimübarəkindən qədəh dideyi-üşşaq kibi pürxun oldu və əşki-həsrət kibi anı tökmək lazım gəldi. Ol övrət bir dəxi qədəhi doldurub verdükdə ol dəxi qanla dolub, üçüncü növbətdə qələbeyi-ətəşdən mübarək dişləri gövhər kibi dürcidəhanindən qədəh içinə töküldü. Müslim sudan əl yuyub bildi ki, bu, müjdeyi-şərbəti-şəhadətdir. Pəs, bir həramzadə qafil gəlib zərbi-nizə ilə ol sərəfrazı gerü yanından yüzü üzrə buraxdı. Hər tərəfdən hücum edüb ol şiri-bişeyi-şücaəti dutdular və qıldıqları əhdü peymanları unutdular. Şе’r:
Dutuldu afitabi-övci-dövlət,
Zəmanə tirəvü tar olmasınmı?
Ayaqdan düşdü sərvi-gülşəni-din,
Anınçün didə xünbar olmasınmı?
Əlqissə, Müslimi-Əqili müqəyyəd edüb Übeydullahi-Ziyad hüzurinə gətürdilər. Ol həramzadə ayıtdı: "Ey Müslim, nişə İmamizəmana xüruc etdin?". Müslim ayıtdı: "Ey zalım, İmami-zəman Hüseyn bin Əlidir və bən anın fərmanıyla bu şəhrə gəlmişəm. Əlminnətü lillah, bir İmamın xidmətinə iqdam etmişəm ki, təriqi-rizasında ölsəm, şəhidəm və əgər öldürsəm ğaziyəm. Ey İbn Mərcanə, bilirəm ki, bəni qətl edərsən, zira birəhmsən. Hala səndən bir iltimasım var: Bir kimsənə tə’yin et qəbileyi-Qüreyşdən, bir qaç vəsiyyətim var, əda qılayım". Übeydullahi-Ziyad ol iltiması qəbul edüb, Ömər bin Sə’də əmr etdi ki, vəsiyyətin istima’ edə. Müslim ayıtdı: "Ey Ömər, sənə üç vəsiyyətim var: Biri bu ki, bu şəhərdə yeddi yüz dirəm deynim var və bənim atım Nü’man Hacibdədir. Alub deynimi əda qılasan. İkinci vəsiyyət oldur ki, bəni qətl etdikdən sonra cəsədimi dəfn etdirəsən. Üçüncü vəsiyyət oldur ki, bana vaqe’ olan əhvalı yazub, Həzrəti-İmam Hüseynə irsal edüb tənbeh edəsən ki, bu canibə mütəvəccih olmaya".
Vəsiyyət təmam olduqda Übeydullahi-Ziyad ayıtdı: "Kİmdir ki, Müslimi-Əqili çıxarub qətl edə?" Bəkr ibn Həmran ayıtdı: "Ya əmir, bu bənim işimdir, zira bu gün bənim atamı qətl edibdir". Pəs, Müslimin əlindən dutub dışra çıxartdı və Müslim Məkkəyə qarşu səlavat gətirüb oturdu və təvəccöh canibi-Hüseynə qılub, izhari-niyaz eylədi ki, "Əssələmu-əleykə, ya İbn Rəsulullah, bənim halım budur. Aya, sənin halın nədir? Muradım bu idi ki, mülazimətində nəqdi-can nisar edəm. Əlminnətu lillah ki, müyəssər oldu və bu xüsusda qıldığım dua dərəceyi-icabət buldu". Və zəbani-halla bu əbyatı inşa qıldı. Şе’r:
Buq’еyi-Bəthaya bir lütf eyləyib var, ey səba,
Qıl Hüseyni hali-zarimdən xəbərdar, ey səba.
Gör bəni könlumdə yüz bin dərdi-dil, üstümdə tiğ,
Necə kim gördün, ana şərh eylə, zinhar, ey səba.
Cəhd qıl, mən’ eylə ol məzlumi meyli-Kufədən,
Öp ayağın, çizginüb başına, yalvar, ey səba.
Bən xud oldum mübtəlayi-möhnəti-ə’dayi-din,
Olmasın bu möhnətə ol həm giriftar, ey səba.
Pəs, Vacibül-vücuda həmdü səna və əhli-Kufəyə nifrinü nasəza deyüb, kəlimeyi-şəhadət ’ərz edüb müntəzir olduqda Bəkr bin Həmran istədi ki, ana şəmşir həvalə qıla, əlləri titrəyüb əlindən tiğ düşdü. Übeydullahi-Ziyad andan xəbərdar olub səbəb sual etdikdə ayıtdı: "Ey əmir, qətlinə mübaşirət etdikdə müqabilimə bir mühib kimsənə gəlüb, barmağın dişləyüb təəssüf edərdi. Bən andan vəhm etdüm". Übeydullah təbəssüm edüb ayıtdı: "Ey Bəkr, hənuz cahilsən. Çün xilafiadət bir əməl etmək edərsən, dəhşət sənə qalib olur". Pəs, bir qeyr kimsənəyə əmr etdi. Ol dəxi gəldikdə ol şəxsi görüb zəhrəsi çak oldu. Axirül-əmr, Şam əhlindən bir namərd gəlüb ol məzlumu şəhid etdi. Şе’r:
Ah kim, rayəti-İslam nigunsar oldu,
Gün batub dideyi-əhbabə cəhan tar oldu.
Gövhəri-feyzi-şəhadət ələ girməz asan,
Nəqdi-can verdi, ana kim ki, xəridar oldu.
Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqilin və Hani bin Ürvənin cəsədlərin qənarələrdən ibrətçün asdırub, başların Şama göndərub, Yezidə vaqe’ olan surəti-halı ərz etdi. Yezidi-pəlid ittila’ bulduqda bəşarətlər edüb ol əzizlərin başların dərvazeyi-Diməşqdən asdırdı. Şе’r:
Fərəhdən güllər açıldı riyazi-Şama ol dəm kim,
Töküldü hər tərəf toprağına məzlumlar qanı.
Səri-xunin asıldı hər tərəf dərvazeyi-Şama,
Bəzəndi tükmeyi-lə’l ilə ol şəhrin giribanı.
Andan sonra Übeydullahi-Ziyada bir namə irsal etdi ki: "Afərin sənə və iqdaminə və ehtİmaminə ki, cəm’i-əf’alın bana mərzivü müstəhsəndir. İmdi böylə istima’ olundu ki, Hüseyn bin Əli Hicazdan çıxub əziməti-İraq etmiş. Bu surət vaqe’ olduqda, kəmali-ehtiyat və nəhayəti-ehtirazla cəmi’i-türüqü şəvari’i məzbut edüb, əbvabi-fitnəyi məsdud edəsən və hər nə vəchlə olursa, dəf’in və rəf’in kəndüyə lazım biləmən". Übeydullahi-Ziyad Yezidin məva’idü ehsanına mütəzəmmin məktubu gəldikdə qayətdə хoşhal oldu və həsbülfərman HəzrətiHüseynin dəf’ü rəf’inə müqəddimələr tərtib etməgə şüru’ qıldı.
Rəvayətdir ki, Übeydullahi-Ziyad Müslimi-Əqil əmrin sərəncam edüb fariğ olduqda ğəmmazlar ol məl’una iğmaz etdilər ki, Müslimin övladın qanda olsalar, dutub gətirməyən siyasətə müstəhəqq olur. Şüreyh Qazi ol təhdiddən təvəhhüm edüb tədarüki-əhval etməkçün ol mə’sumləri hüzurinə gətürdükdə ixtiyarsız giryan olub fəğana başladı. Şahzadələr ol halətə mütəhəyyir qalub səbəb sual etdikdə ayıtdı: "Ey mə’sumlar və məzlumlar. Şе’r:
Bəla seyli səbatü səbr bünyadın xərab etdi,
Sitəm bərqi məhəbbət əhlinin bağrın kəbab etdi.
Bİraqmışdı qəza bu kişvərə bir dürci-pürgövhər,
Zəmanə sındırub ol dürci qəsdi-dürri-nab etdi.
Şahzadələr bu kinayədən Müslimin şəhadətin təhqiq edüb ittifaqla bir zəman naləvü fəğan etdilər. Bir zamandan sonra dəsti-təzzərrö’lə Şüreyh Qazinin damənin dutdular ki, ey məxdum. Şе’r:
Ağazi-ömr mövsimi-eyşü nişat ikən,
Çərxi-sitəmgər etdi bizi mübtəlayi-bim.
Əhvalınız nolur, nedəlim, qanda varalım?!
Həm tifl, həm qərib, həm avarə, həm yetim!
Qazi ayıtdı: "Ey məzlumlar, Übeydullahi-Ziyad sizin tələbinizdədir və bən bu diyarda məhəbbəti-Əhli-Beytlə məşhuram, əgər ehtiyat etsəm, mə’zurəm. Olmaya ki, düşmənlər bir fəsada fürsət bulalar və təğəllübü təsəllütlə sizi bəndən alalar. Hala bən bu səlahı görmüşəm ki, sizi Mədinə canibinə rəvan edəm". Hər ayinə ol şahzadələrə təsəlli verüb və bir miqdar zərü sim həmrah edüb Əsəd nam oğluna ayıtdı: "Ey fərzəndi-əziz, eşitdim ki, dərvazeyi-İraqda bir karvan cəm’ olub, istid’ayi-səfəri-Mədinə qılub, bu gün rəvanə olurlar. Bu iki dürdanəyi ilətib karvanda bir əmin kimsənəyə təslim et ki, Mədinəyə irişdikdə əqrəbasına təslim edələr". Əsəd ol məxdumzadələri alub rəvan oldu. Əmma gecə hənuz qaranqu olub, bunlar yetincə karvan rəvan olmuşdu, əmma əsərləri görünürdü. Əsəd ayıtdı: "Ey şahzadələr, bana sabahadək bunda olmaq mövcibi-töhmətdir. Siz yürün bu karvana yetün".
Əsəd müraciət qılub, şahzadələr qəribü müztərib qalub, karvan ardınca sərasimə gedərkən araya hayil düşüb əsəri-karvan nəzərlərindən qayib oldi. Şahzadələr mütəhəyyir olduqda hər tərəf tərəddüd edərkən nagah əsəslərə sataşdılar. Əsəslər bildilər ki, anlar Müslim oğlanlarıdır. Filhal dutub Übeydullahi-Ziyad hüzuruna ilətdilər və Übeydullah anları zindana göndərüb Yezidə bir namə yazdı ki: "Müslimin iki növrəsidə oğlun dutdum, biri yeddi yaşında və biri səkkiz yaşında və hala həbsimdədirlər. Netə ki, əmr olunursa, əməl oluna".
Rəvayətdir ki, zindanban Məşkur nam mö’mini-pakе’tiqad idi. Ol şahzadələrə bir neçə gün е’zazü ehtiram edüb bir gün ayıtdı: "Ey şahzadələr, rəva görməzəm ki, bir zərər sizə vaqe’ ola. Nisfül-leyl anları zindandan çıqarub və şəhrdən dışra ilətüb, yol göstərüb barmağından xatəmin [çıqarub] anlara verdi. Və sifariş qıldı ki, bu yolla gedin, Qadisiyyə nam mülkə yetərsüz. Bənim qarındaşım anda hakimdür. Bu xatəmi nişanə təriqiylə ana verüb, deyin ki, sizi Mədinəyə vasil edə.
Zindanban müraciət edüb, ol şahzadələr rəvan olduqda, çün müqərrərdir ki, təqdirə tədarüki-tədbir təğyir verməz və hakimiməhkəmeyi-qəza əhkamına təğəyyür rəva görməz, ol şahzadələr canibi-yəminə getməlü ikən qəza ’inaniəzimətlərin canibi-yəsara mün’ətif qılub məqsəd təriqin itürdilər və ol gecə sabahədək pərgarsan cizginüb sübh olduqda kəndlülərin əvvəlki məqamda gördülər. Mütəvəhhim olub, bir bağa girib bir su üzərinə qərar dutdular. Ol halətə müqarin şəhrdən bir həbəşi cariyə çıqub, anları görüb və cəmalibakəmallarinə heyran qalub sual etdi ki, aya, sizə kim derlər? Şahzadələr ahidərdnak çəküb ayıtdılar: "Biz qəriblərüz, biz yetimlərüz". Cariyə sordu: "Kimin oğlunlarısız?". Şahzadələr növhəvü fəğan etdikdə cariyə fərasətlə fəhm edüb ayıtdı: "Ey əzizlər, öylə mə’lum olur ki, siz Müslim övladlarısız". Şahzadələr ayıtdılar: "Nə’əm, biz ol dilşüdələrüz və möhnətzədələrüz". Cariyə ayıtdı: "Ey məxdumzadələr, heç vəhm etmənüz, bənim bir salehə məxduməm var ki, bəqayət mö’minə və mühibbi-xanədandandır. Durun, sizi anın hüzuruna ilətüb anı хoşhal edəlim".
Əlqissə, şahzadələri cariyə rəhnümun olub, ol salehə xatunun hüzuruna yetürdükdə ol salehə xəbərdar olub е’zazü ehtiramla anları bir münasib yerdə pünhan etdi. Əmma Übeydullahi-Ziyad anların fərarından vaqif olub, Məşkurizindanbanı hazır edüb sual etdi ki, Müslimin övladın netdün? Məşkur ayıtdı: "Anları azad qıldım". Übeydullah ayıtdı: "Bəndən heç vəhm etmədinmi?" Məşkur ayıtdı: "Ey qəddari-sitəmkar, İzədi-cəbbar vəhmi sənin vəhmindən ziyadədir. Tutalım ki, Müslim mübaşərəti-karzara qadir bir mübariz idi, qətl etdin. Bu iki mə’sumlara nə gunahla qəsd etmişsən?" Übeydullah ayıtdı: "Sənə siyasət etmək lazım gəldi". Məşkur ayıtdı: "Bin canım olsa, anlara fəda olsun". Pəs, cəllada buyurdu ki, anı iqabına çəküb əvvəl yüz taziyanə urub andan sonra qətl edə. On taziyanə urduqda Məşkur ayıtdı: "Bismillahir-rəhmanir-rəhim". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, səbrü təhəmmül ruzi et". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bana qüfran nəsib qıl". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bana Əhli-Beyt üçün siyasət edərlər". On taziyanə dəxi urduqda ayıtdı: "Ya Rəb, bəni Əhli-Beytə mülhəq et". Andan sonra bir ah çəküb xəmuş oldu. Yüz taziyanə tamam olduqda bir qətrə su istədi. Übeydullah ayıtdı: "Su vermən". Bir qətrə su verməyib ol məzlumun qətlinə əmr etməgin Ömər bin Haris şəfaət edüb qurtarub mənzilinə ilətdikdə rəhmətə vasil oldu. Əmma Müslimin məxdumzadələri ol salehənin mənzilində yüz bin qüssə ilə yuquya getdikdə ol övrətin Haris nam bir cüfti-bədbəxti olub nagah gəldi qayətdə tə’əbnak. Övrət keyfiyyəti-hal sual etdikdə ayıtdı: "Ey övrət, bu gün sabah əmiri Kufə Müslim oğlanların bulmağa münadi etdirdi. Bən dəxi ən’amu iltifat istid’asıyla ol tələbdə idim. Atım dəxi səqət oldu, anlardan əsər bulmadım". Övrət ayıtdı: "Ey həmsəri-mehriban, sənin Əhli-Beytlə nə ədavətin var?" Ol namərd ayıtdı: "Mövcibi-tə’əb Übeydullahın ən’amü ehsanıdır". Övrət ayıtdı: "Nə namərd ola ki, zəxarifi-dünya üçün bir neçə məzlumu zalimlər əlinə təslim edə".
Əlqissə, bu münaqişə ilə yuquya vardılar. Nisfül-leyldə Məhəmməd ki, bəradəri-əkbərdir, İbrahimi oyadub ayıtdı: "Ey bəradər, gözün aç, yatmaq məcalı degil. Hala babayi-büzürgvarımı gördüm vaqi’əmdə, Həzrəti-Mustafa və Murtəza və Həsəni-Muctəbayla behişt içində seyr edərlər. Həzrəti-Risalət bizdən yana baxub babamıza ayıtdı: "Ey Müslim, nişə bu məzlumları zalimlər arasında bikəsü qərib bıraxdın?".
Babamız ayıtdı: "Ya Rəsullullah, ənqərib xidməti-şərifə müşərrəf olurlar". İbrahim dəxi ayıtdı: "Ey Məhəmməd, bən dəxi bu vaqi’əyi gördüm". Bunu deyib ol iki güldəsteyi-baği-lətafət və nihali növrəsigülzari-məlahət bənövşəvar bir-birinin boynuna əl buraxub, hay-hay ilə ixtiyarsız ağlarkən Harisi-bədbəxt ol nalədən bidar olub, filhal çırağla üzərlərinə girib gördü ki, iki tifl bir-birin qucub ağlaşurlar. Haris ayıtdı: "Sizə kim derlər?" Şahzadələr ol məl’unu dost sanub dedilər: "Biz Müslimi-Əqil övladıyuz". Ol həramzadə ki, bir yanadan mərkəbin qüssəsiylə və bu yanadan tərəddüdün ənduhiylə bihüzur idi, hər birinə bir tapancə urub, güli-rüxsarlərin azürdə qılub, gisuyimübarəklərin ki, Həblülmətini- urvatül-vüsqa idi, bir-birinə bağlayıb, üzərlərinə hücrə qapusın məsdud edüb dışra çıxdı ki, sabah oldıqda anları qətl edə. Ol övrəti-pakizənihad hər necə təzərrö’vü təşəffö’ edüb əlin öpdü, ayağına düşdü, faidə qılmadı. Sübhdəm ki, cəlladi-fələk rişteyi-şüayi-xurşidlə ətfali-kəvakib dəf’inə iqdam etdi və nəsimi-dəmsərdi-sübhi-kazibdən şəm’lər və çıraqlar həlakinə və’də yetdi, ol nabəkari-rusiyah tiği-bidiriğ alub və ol şahzadələri önünə salub, kənari-Fərata rəvan olub, siyasətlərinə iqdam etdükdə ol məl’unun övrəti və oğlu və bir qulu əqəbincə gedüb, şəfa’ət qıldıqda qəzəbi ziyadə olub quluna əmr etdi ki, tiğlə bunları həlak eylə. Qul ayıtdı: "Ey xacə, bu mə’sumları qətl etməgə əlim varmaz". Ol bədbəxtin qəzəbi ziyadə olub əlindəki şəmşirin qula həvalə qıldı. Qul ayıtdı: "Ey xacə, çün bəni öldürürsən, barı bən dəxi qanımı almış olam". Harisə həmlə qıldı, aqibət Haris qalib olub qulun bir qolun düşürdü. Oğlu ol halı görüb ayıtdı: "Ey baba, bu qul qarındaşım kibidir, nişə bu cəfayı ana rəva gördün?" Haris ayıtdı: "Ol cəzasına yetdi, sən bu tiği alub bunları qətl et, yоxsa səni dəxi həlak edərəm". Oğlu ayıtdı: "Hərgiz bən bu əmrə irtikab etmək rəva görməzəm və sənin dəxi iqdamuna riza verməzəm". Və ol övrət dəxi ilhah edərdi ki, ey Haris, bu mə’sumlara qıyma. Barı, bunları Übeydullahi-Ziyada təslim et, neylərsə, ol eyləsin. Haris ayıtdı: "Bu cəma’ətin Kufədə həvadarları çoxdur, şayəd ki, şəhrə girdikdə hücum edüb əlimdən alalar və bənim sə’yim zayе’ ola". Axirüləmr, kəndü tiğ çəkib ol mə’sumlara mütəvəccih olduqda şəhzadələr ağlaşub təzərrö’ etdilər ki bizim yetimligimizə rəhm et. Əgər muradın malidünya isə gisulərimizi qırxıb, bizi məmluk məsabəsində satub bəhamızı təsərrüf qıl. Haris ol təzərrö’lərə iltifat etməyüb, qətllərinə cazim olduqda ol övrətlə oğlu mən’inə qiyam etdilər. Haris gördü ki, övrətlə oğlan vücuduyla anları qətl etmək mümkün degil, əlindəki tiği-bidiriği oğluna təxvif təriqilə həvalə qılıb həlak etdi. Övzət gördü ki, oğlu həlak oldu, biehtiyat ana mütəvəccih olduqda övrətə dəxi bir zəxmi-mühlik urub, mücmələn, anların mən’indən fariğ olub, şəhzadələrə mütəvəccih oldu.
Şəhzadələr gördülər ki, əbvabi-nəcati-rəhmət cəmi’-cəhətdən məsdud olub və binayi-tədbirü tədarük xələl bulub, qəzaya riza verməkdən qeyri çarə qalmadı. Harisə ayıtdılar: "Bizə möhlət ver ki, vüzu qılub iki rik’ət nəmaz edəlim". Haris ayıtdı: "Vallah ki, möhlət verməzəm". Şəhzadələr ayıtdılar: "Ol Vacibülvücud həqqiçün ki, hala ismin zikr etdin, ol qədər aman ver ki, ana səcdə edüb niyazımız ərz edəlim". Haris ayıtdı: "Aman mümkün degil". Ayıtdılar: "Ey zalım, bu nə ədavətdir?".
Axirül-əmr, ümmidi-nəcatıqət’, edüb ol məl’undan hər biri "əvvəl bəni qətl eylə" – deyüb təqdimi-şəhadət təvəqqə’ edərlərdi. Əlqissə, ol həramzadə əvvəl Məhəmmədin səri-mübarəkin bədəndən cüda qılub cəsədi-şərifin Fərata bıraxdı, andan sonra İbrahimin başın kəsüb təni-pakin anın cəsədinə mülhəq etdi. Həqqa ki, ol sitəmdən zəminü zəman tirəvü tar olub, zümreyi-məlayikdən xüruşü qülqülə sükkanitəhtüssərayə irişdi və atəşi-tüğyani-ələm dili-ərbabi-möhnət kibi sineyi-mehrü maha düşdü. Şе’r:
Dərda ki, bəzmgahi-vilayətdə bisəbəb
Söndürdü iki şəm’i-müniri sitəm yeli!
Va həsrəta ki, baği-sə’adətdə bigünəh
Sındırdı iki nəxli-lətifi cəfa əli!
Əlqissə, Harisi-bədbəxti-rusiyah ol şəhzadələri bigünah qətl edüb cəsədlərin Fərata salub, başların Übeydullahi-Ziyada ilətdikdə Übeydullahi-Ziyad ayıtdı: "Ey Haris, bunlar nədir?" Ol məl’un ayıtdı: "Müslim oğlanlarının başlarıdır". İbn Ziyad ol güli-rüxsarlara və ol gisuyi-müşkbarlara nəzər etdikdə ixtiyarsız əbribəhar kibi əşkbar olub və bavücudi-qilzəti-təbulə rəhm qılub ayıtdı: "Ey səngdil, bu tiflləri nişə qətl etdin?" Haris ayıtdı: "Sənin iltifatın ümidiylə". Übeydullahi- Ziyad ayıtdı: "Ey məl’un, bən Yezidə namə yazmışam ki, bunlar həbsdədir. Nişə bana gətirmədin?" Dedi: "Vəhm etdim ki, hüçumi-amm əlimdən alub, bən sənin iltifatindən məhrum qalam".
Übeydullahi-Ziyad ətrafına nəzər qılub, məclisində bir Müqatil nam kimsənə hazır idi ki, nasiyəsində məhəbbəti-xanədani-nübüvvət zahir idi və İbn Ziyad anın əqidəsin bilürdi. Əmma pəsəndidə nədim olmağın tə’ərüz etməyib təğafül edərdi. İşarət qıldı ki, ey Müqatil, bu bədbəxti ilət, anda ki, bu tiflləri şəhid etmişdir, cəzasına yetür və başları dəxi mümkün isə bədənlərinə ilhaq et". Müqatil şad olub, ol məl’unu möhkəm bağlayub və başları alub, rəvan oldu. Və xəlqi-Kufə ol başlara nəzzarə qılub, ol hala ittila’ bulduqca ol məl’unu səngsar edüb iza qılurlardı.
Əlqissə, ol mənzilə yetdikdə Müqatil gördü bir qulla bir oğlan dəxi məqtul olub, bir övrət dəxi məcruh düşübdür. Müqatil övrətdən həqiqəti-hal sual etdikdə ayıtdı: "Ey əziz, bən bu bədbəxtin mənkuhəsiyəm və bu oğlan oğludur və bu qul quludur. Biz ittifaqla bu məzlumlar qətlinə mane’ olduğumuz cəhətdən bizə bu siyasətləri caiz gördü. Əlminnətü lillah, ol dəxi cəzasına irdi". Müqatil ol məl’unun qətlin etməgə mərkəbdən endikdə və ol şəhidlərin qanın gördükdə fəryada gəlüb, nalələr qılub başları suya bıraxdıqda, rəvayətdir ki, ol başlar suya düşdükdə ol cəsədlər sudan çıxub, hər baş kəndü cəsədinə mülhəq olub, ol iki mə’sumlar bir-birin qucaqlayub suya batdılar.
Müqatil ol halətə bir dəm heyrət edüb buyurdu ki, ol məl’unun əllərin və ayaqların kəsüb və gözlərin çıxarub, andan başın kəsüb suya buraxdılar və su anı qəbul etməyüb dışra bıraxdı. Axirül-əmr, xarü xaşak cəm’ edüb ol pəlidi yaxdılar və ol mücahidətdə şəhid olan qulun və oğlanın cəsədlərin dəfn edüb, əhibbayi-Əhli- Beyt şəhzadələr əzasinə məşğul oldular. Qit’ə:
Оl iki gövhəri-xəzaneyi-din,
Ol iki sərvi-cuybari-yəqin.
Dutdular mə’dəni-bəqada məqam,
Qıldılar canibi-behiştə xüram.
Nəzəri-xəlqdən olub məstur,
Oldular dürri-guşvareyi-hur.
Ya Rəb, anlar rəhi-vəfasında,
Ol Vəlizadələr əzasında,
Kim ki, bir qətrə abi-çeşm tökər,
Kim ki, bir ahi-dərdnak çəkər,
Vasili-əcri-bihesab eylə,
Əməlin qabili-səvab eylə.