Hədisi-tövbəni at bir kənara, badə gətir!
Görünüş
Hədisi-tövbəni at bir kənara, badə gətir! Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Hədisi-tövbəni at bir kənarə, badə gətir!
Xumarı dəf eləmə, mən xumarə badə gətir!
Rəva deyil iki qiblə namaz, ya badə,
Nəmazə hövsələ yoxdur, dübarə badə gətir!
Demə: səhər gülə oxşar, qara gecə mişkə,
О ətrü rəngdə mey tap, bu zarə badə gətir!
Könüldə dini tutub, vermə yol xürafatə,
Ki, mane olmaya mən meyküsarə badə gətir!
Ömür keçir yaxasın yırtaraq, ətəklə onu,
Salıb bu məclisə, ol biqərarə badə gətir!
Şərab carçısına hazıram deyəm "ləbbeyk",
Mənimlə həmdəm olan dosta, yarə badə gətir!
Səhər duası nədir, istərəm səhər qədəhin,
İcazə al, məni-büxtiyarə badə gətir!
Behiştin arxına, Xaqani, ehtiyacın yox,
Behişt ürəkdi, dur ol cuybarə, badə gətir!