Həvəs
Görünüş
Həvəs Müəllif: Mirzə Ələkbər Sabir |
Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmatə;
Həvəs isal edər zatı səfayə,
Ətalət mübtəla eylər bəlayə;
Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczü kədərdir;
Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törər min-min xəcalət;
Həvəs səhrası əmniyyətfəzadır,
Ətalət təngnası bir xətadır;
Həvəs birlə tərəqqiyyat dərkar,
Ətalətdən əməl mənkusü idbar.
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 338