Haləti-məstliyində nə olur, ey əyyaş!
Görünüş
Haləti-məstliyində nə olur, ey əyyaş! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Haləti-məstliyində nə olur, ey əyyaş!
Baxıb ayinəyə görsən əcəba surətini;
О kərahət, о səfalət, о rəzalət tökülən
Surətindən utanıb, anla nədir siyrətini?!