Haraya qərəz (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Haraya qərəz Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.113 |
Ərşin sütununda, mehrac evində
Adəmi yazdılar haraya qərəz?
Mən aşığam haraya,
Səda gəldi haraya.
Buyurdu Cəbrailə,
Təklif oldu hər aya.
Üç min kəlmə gəldi ol Mustafaya,
Sürdü səməndini haraya qərəz.
İbtida katiblər ayə yazdılar,
Külli-kainatı ayə yazdılar.
Mən aşığam, yazdılar,
Oxudular, yazdılar.
Əmr olundu Osmana,
Ol Quranı yazdılar.
O kim idi, mənəm, mənəm söylədi,
Saldılar şahpərin haraya qərəz?
Al əlinə mərd iyidin əlini,
Sərdar gördüm Şahi-Mərdan Əlini.
Mən aşığam, Əlini,
İsmi heydər Əlini.
Darda çağır haraya
Şahi-Mərdan Əlini.
Novrəs İman, üzmə haqdan əlini,
Çəksələr də səni haraya qərəz.