Məzmuna keç

Hekayət (Omiros adlı bir həkimi-zaman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Hekayət
Müəllif: Seyid Əzim Şirvani


Omiros adlı bir həkimi-zaman
Ərzi-Yunanda olmuş idi əyan.
O həkimü ədibü şair idi,
Şer fənnində xeyli mahir idi.
Bir nəfər mərd söylədi anə -
Key hünərvər, həkimi-fərzanə.
Deyiləm gərçi mədhə mən layiq,
Həcvüvə lakin olmuşam şaiq.
Bir neçə beyt həcv qıl məzkur,
Ta olum cümlə aləmdə məşhur.
Etmədi ol sözü həkim qəbul.
O təmənnadə şəxs oldu məlul.
Dedi bəs, ey ədibi-mülki-cahan,
Deyərəm xəlqə kim, həkimi-zaman
Bim edir məndən ol bədikəlam.
Eyləməz həcvə xövfdən iqdam.
Gör lətifə həkimi-fərzanə
Nə cavab eylədi həkimanə:
Dedi ki, bəs desən ki, şiri-jəyan
Qorxudan vurmadı itə dəndan,
Hiç kəs səndən eyləməz bavər,
Şir fəzlin bilirlər əhli-hünər.
Dedi ol şəxs: - Eyyühəl-fazil,
Oldu səd şükr, mətləbim hasil.
Sağ ol, ey filosofi-danişvər,
Mənə bu həcv xud kifayət edər.