Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var
Görünüş
Könlüm çıxıb gedibdir, bilməm nə cur bəla var Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Könlüm çıxıb gedibdir, bilməm nə cür bəla var,
Mən ki, əziz tutardım, bəs bunda nə qəza var?
Zənnim çatan məkandan sordum, sorağın etdim,
Əldən düşüb, yoruldum, bu yolda çox cəfa var.
Hey axtarıb, soruşdum, bir tapmadım nişanə,
Ya Rəbb, onun başında nə gizli macəra var?
Etdim güman ki, bəlkə qaçmışdım- eşq əlindən,
Eşqə düşüb o, yoxsa zənnimdə bir xəta var?
Suymuş məgər çəkildi, torpağa hopdu, getdi.
Ya quş olub o uçdu, başında nə hava var?
Üç gün sorağın etdim, car çəkdim hər tərəfdə,
Ondan bu həndəvərdə nə sovt, nə səda var.
Kimdir xəbər verən bir yorğun, qərib ürəkdən?
Aya, bu darda axır bir dəva, bir dava var?
Dil açdı bir uşaq ki, Xaqani, olma qəmgin!
Bir afətin telində bir qəlbi mübtəla var.