Məzmuna keç

Kitabi-Dədə Qorqud/Salur Qazanın evi yağmalandığı boyı bəyan edər

Vikimənbə saytından
Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey! Kitabi-Dədə Qorqud. Salur Qazanın evi yağmalandığı boyı bəyan edər

Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey

Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. Altun ayaq sürahilər düzilmişdi. Doquz qara gözlü, xub yüzlü, saçı ardına örilü, köksi qızıl dügməli, əlləri biləgindən qınalı, barmaqları nigarlı məhbub kafir qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi.
İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı; yüriyəlim, a bəglər, av avlayalım, quş quşlayalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” Qıyan Selcük oğlu Dəlü Dondar aydır: “Bəli, xan Qazan, məsləhətdir”. Qaragünə oğlı Qarabudaq aydır: “Ağam Qazan, məsləhətdir”.
Anlar eylə digəc At ağızlu Aruz qoca iki dizinin üstinə çökdi, aydır: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?”
Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə dursun!” - dedi. Qonur atın çəkdirdi, butun bindi. Təpəl-qaşqa ayqırma Dondar bindi. Gög bədəvisin tutdurdı, Qazan bəgin qarındaşı Qaragünə bindi. Ağ bədəvisin çəkdirdi. Bayındır xanın yağısın basan Şir Şəmsəddin bindi. Barasarın Bayburd hasarından parlayub uçan Beyrək Boz ayğırına bindi. Qonur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğırına bindi. Saya varsam, dükənsə olmaz, Qalın Oğuz bəgləri bindi. Ala dağa ala ləşkər ava çıqdı. Kafirin casusı casusladı, vardı kafirlər azğunı Şökli Məlikə xəbər verdi. Yedi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü din düşməni, alaca atlu kafir bindi yılğadı, dün bucuğında Qazan bəgin ordusına gəldi. Altun ban evlərin kafirlər çapdılar. Qaza bənzər qızı-gəlini çığınşdırdılar. Tövlə-tövlə şahbaz atlarını bindilər. Qatar-qatar qızıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar. Qırq incə bellü qızla Boyı uzun Burla xatun yesir getdi. Qazan bəyin qarıcıq olmış anası qara dəvə boynında asılu getdi. Xan Qazanın oğlı Uruz bəg üç yüz yigidlən əli bağlu, boynı bağlu getdi. İlək qoca oğlı Saru Qalmaş Qazan bəgin evi üzərinə şəhid oldı. Qazanın bu işlərdən xəbəri yoq.
Kafir aydır: “Bəglər, Qazanın tövlə-tövlə şahbaz atlarını binmişüz, altun-aqçasını 2 yağmalamışuz, qırq yigidlən oğlı Uruzı dutsaq etmişüz, qatar-qatar dəvələrini yetmişüz, qırq incə bellü qızlan Qazanın halalını tutmışuz; bu hayıfları biz Qazana etmişüz”, - dedi.
Kafirin biri aydır: “Qazan bəgdə bir hayfımız qaldı”.
Şöklü Məlik aydır: “Mərə aznavur, nə hayfımız qaldı?” Kafir aydır: “Qazanın qapulu Dərvənddə on bin qoyum vardır. Şol qoyunları dəxi götürsək, Qazana ulu heyf edərdik,” - dedi. Şöklü Məlik aydır: “Altı yüz kafir varsun, qoyum gətürsin!” - dedi.
Altı yüz kafir atlandı, qoyunun üzərinə alqar vardı. Gecə yatırkən Qaracıq çoban qara qayğulu vaqiə gördi. Vaqiəsindən sərmərdi uru durdı. Qıyan güci, Dəmir güci - bu iki qardaşı yanına aldı, ağılın qapusını bərkitdi. Üç yerdə dəpə kibi daş yığdı, ala qollu sapanın əlinə aldı.
Nagahandan Qaracıq çobanın üzərinə altı yüz kafir qoyıldı. Kafir aydır:
Qaranqu axşam olanda qayğulu çoban,
Qarla yağmur yağanda çaqmaqlu çoban,
Südi-peniri bol qaymaqlu çoban!
Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz.
Tövlə-tövlə şahbaz atlarını biz binmişüz.
Qatar-qatar qızıl dəvəsini biz yetmişüz.
Qarıcıq anasını biz gətirmişüz.
Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz.
Qaza bənzər qızı-gəlini biz yesir etmişüz.
Qırq yigidlən Qazanın oğlını biz gətürmişüz.
Qırq incə bellü qızla Qazanın halalını biz gətürmişüz.
Bərə çoban, irağından-yaqınından bərü gəlgil!
Baş endirüb bağır basğıl!
Biz kafirə salam vergil!
Öldürməyəlim, Şökli Məlikə səni ilətəlüm,
Sana bəglik alı verəlim!
Çoban aydır:
İlaqırdı söyləmə, mərə itüm kafir!
İtümlə bir yalaqda yundım içən azğun kafir!
Altındağı alaca atın nə ögərsin,
Ala başlu keçimcə gəlməz mana!
Başmdağı tuğulğanı nə ögərsən, mərə kafir,
Başımdağı börkümcə gəlməz mana!
Altmış tutam göndərini nə ögərsin, murdar kafir,
Qızılcıq dəgənəgimcə gəlməz mana!
Qılıcunı nə ögərsən, mərə kafir,
Əgri başlu çovkanımca gəlməz mana!
Biləgündə doqsan oqun nə ögərsən, mərə kafir.
Ala qollu sapanımca gəlməz mana!
İrağından-yaqınından bərü gəlgil!
Yigitlərin zərbini görgil, andan ötgil!
- dedi. Bitəkəllüf kafirlər at dəpdilər, ox səpdilər. Ərənlər əvrəni Qaracuq çoban sapanının ayasına daş qodı, atdı. Birin atanda ikisin-üçin yıqdı, ikisini atanda üçin-dördin yıqdı.
Kafirlərin gözinə qorxu düşdi. Qaracıq çoban kafirin üç yüzini sapan daşıyla yerə bıraqdı. İki qardaşı oxa düşdi, şəhid oldı. Çobanın daşı dükəndi; qoyun deməz, keçi deməz, sapanın ayasına qor atar, kafiri yıqar. Kafirin gözi qorqdı. Dünya-aləm kafirin başına qaranu oldı; aydır: “Yarımasun-yarcımasun bu çoban bizim həpimiz qırar olamı?!” - dedilər; daha durmayıb qaçdılar. Çoban şəhid olan qardaşların Haqına qodı, kafirlər leşindən bir böyük dəpə yığdı, çaqmaq çaqub od yaqdı; dəxi kəpənəgindən qurumsı edüb yarasına basdı, yolun qıyısın alub oturdı, ağladı- sıqladı, aydır: “Salur Qazan, bəg Qazan! Ölümisin, dirimisin, bu işlərdən xəbərin yoqmıdır?” - dedi.
Məgər, xanım, ol gecə Qalın Oğuzun 10 dövləti, Baymdır xanın güyəgisi Ulaş oğlı Salur Qazan 11 qara qayğılu vaqiə gördi. Sərmərdi uru durdı, aydır: 12 “Bilürmisin, qarındaşım Qaragünə, düşümdə nə görindi? Qara qayğulu 13 vaqiə gördüm, yumruğumda talbınan şahin bənim quşumı alur gördüm, D43 1 gögdən ıldırım ağ-ban evim üzərinə şaqır gördüm, düm qara
2 pusarıq ordumun üzərinə tökilür gördüm, quduz qurtlar 3 evimi dələr gördüm, qara dəvə ənsəmdən qarvar gördüm, qarğu kibi 4 qara saçım uzanır gördüm, uzanuban gözümi örtər gördüm, 5 biləgimdən on barmağımı qanda gördüm. Necə kim bu düşi gördüm, 6 şundan bərü ağlım-ussum dərə bilmən. Xanım qardaş, mənim bu düşümi 7 yorğıl mana!” - dedi.
Qaragünə aydır: “Qara bulut dedigin sənin 8 dövlətindir. Qar ilə yağmur dedigin ləşkərindir. Saç 9 qayğudur. Qan qaradır. Qalanısın yora bilmən, Allah yorsun!” - 10 dedi.
Böylə digəc Qazan aydır: “Mənim avımı bozma, ləşkərimi dağıtma. 11 Bən bu gün Qonur ata qaqaram, üç günlik yolı bir gündə aluram, 12 öylə olmadın yurdum üstinə varıram; əgər sağdır-əsən13dir, axşam olmadın genə bən sana gəlürəm. D44 Ordum sağ-əsən 1 degil isə, başınuza çarə edin; mən dəxi getdim,”
- dedi2. Qonur atın mahmuzladı, Qazan bəg yola getdi.
3 Gəli-gəli yurdının üzərinə gəldi. Gördi kim, uçarda quzğun qalmış, 4 tazı dolaşmış, yurtda qalmış. Qazan bəg burada yurd- lan 5 xəbərləşmiş, görəlim, xanım, nə xəbərləşmiş:
Qazan aydır:
Qovm-qəbilə mənim 6 quma yurdum,
Qulanla sığın-keyikə qonşı yurdum,
Səni yağı 7 nerədən danmış, gözəl yurdum?!
Ağ-ban evim dikiləndə yurdı 8 qalmış,
Qarıcıq anam oluranda yeri qalmış,
Oğlum Uruz ox 9 atanda buta qalmış,
Oğuz bəgləri at çapanda meydan qalmış,
10 Qara mudbaq dikiləndə ocaq qalmış...
D45
D46
Bu halları gördügində 11 Qazanın qara qıyma gözləri qan- yaş doldı, qan damarları 12 qaynadı, qara bağrı sarsıldı. Qonur atını ökcələdi, 13 kafir keçdigi yola düşdi, getdi. Qazanın öninə bir su 1 gəldi.
Qazan aydır: “Su Haq dizarın görmüşdür, bən bu su ilə 2 xəbərləşəyim,” - dedi. Görəlim, xanım, necə xəbərləşdi:
Qazan aydır:
3 Çağnam-çağnam qayalardan çıqan su,
Ağac gəmiləri oynadan 4 su,
Həsənlə Hüseynin həsrəti su,
Bağ və bostanın ziynəti 5 su,
Ayişə ilə Fatimənin nigahı su,
Şahbaz atlar gəlüb içdigi 6 su,
Qızıl dəvələr gəlüb keçdigi su,
Ağ qoyunlar gəlüb 7 çevrəsində yatduğı su,
Ordumun xəbərin bilürmisin, 8 degil mana!
Qara başım qurban olsun, suyum, sana! - dedi.
Su 9 qaçan xəbər versə gərək?! Sudan keçdi, bu gəz bir qurda tuş 10 oldı. “Qurd yüzi mübarəkdir, qurdlan bir xəbərləşəyim,” - dedi.
11 Görəlim, xanım, nə xəbərləşdi:
Qazan aydır:
Qaranqu axşam 12 olanda güni doğan,
Qar ilə yağmur yağanda ər kibi duran,
13 Qaraquc atları gördügində kişnəşdirən,
Qızıl dəvə gördügində bozlaşdıran,
1 Ağca qoyun gördügində quyruq çırpub qamçılayan, Arqasını 2 urub bərk ağılın ardın sökən,
Qarma-bükəc səmüzin 3 alub tutan,
Qanlu quyruq üzüb çap-çap yudan,
Avazı 4 qaba köpəklərə ğavğa salan,
Çaqmaqluca çobanları dünlə 5 yügürdən,
Ordumun xəbərin bilürmisin, degil mana!
Qara başım 6 qurban olsun, qurdum, sana! - dedi.
-«***§#1 41 §* §« » -
D47
D48
Qurd qaçan xəbər versə 7 gərək?! Qurtdan dəxi keçdi, Qaraca çobanın qara köpəgi Qazana 8 qarşu gəldi. Qazan qara köpəkləm xəbərləşdi; görəlim, xanım, nə 9xəbərləşdi. Aydır:
Qaranqu axşam olanda vaf-vaf ürən,
10 Acı ayran tökiləndə çap-çap içən,
Gecə gələn xırsızları 11 qorqudan,
Qorquduban şamatasıyla ürküdən,
Ordumun xəbərin 12 bilürmisin, degil bana!
Qara başım sağlığında eyilüklər edəm, 13 köpək, sana!
dedi. Köpək qaçan xəbər versə gərək? Köpək Qazanın 1 atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan 2 bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi 3 yola getdi. Qazan köpəgi qovlayı, Qaraca çobanın üzərinə 4 gəldi. Çobanı gördügində xəbərləşdi, görəlim, xanım, nə 5 xəbərləşdi:
Qazan aydır:
Qaranqu axşam olanda qayğulu çoban!
6 Qarla yağmur yağanda çaqmaqlu çoban!
Ünüm anla, sözüm dinlə:
7 Ağ-ban evim şundan keçmiş gördünmi, degil mana Qara başım qurban 8 olsun, çoban, sana! - dedi.
Çoban aydır:
Ölmüşmiydin, yitmişmiydin, 9 a Qazan!
Qanda gəzərdin, nerədəydin, a Qazan!
Dün yoq, ötəki 10 gün evin bundan keçdi,
Qarıcıq anan qara dəvə boynmda 11 asılu keçdi.
Qırq incə bellü qızıyla halalın, - Boyı uzun 12 Burla xatun ağlayuban şundan keçdi. Qırq yigidlən oğlun 13 Uruz başı açuq, yalın ayaq kafirlərin yanınca tutsaq 1 getdi.
Tavla-tavla şahbaz atların kafir binmiş,
Qatar-qatar qızıl 2 dəvələrin kafir yetmiş,
Altun-aqça, bol xəzinəni kafir 3 almış!
Çoban böylə digəc Qazan ah etdi, ağlı başından 4 getdi, dünya-aləm gözinə qarannu oldı; aydır:
D49
D50
Ağzın qurusun, 5 çoban!
Dilün çürisün, çoban!
Qadir sənin alnına qada yazsın, 6 çoban! - dedi.
Qazan bəg böylə digəc çoban aydır:
Nə qaqırsan 7 bana, ağam Qazan,
Yoxsa köksündə yoqmıdır iman?
Altı 8 yüz kafir dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid 9 oldı. Üç yüz kafir öldürdüm, ğəza etdim; səmüz qoyun, 10 arıq toqlı sənin qapundan kafirlərə vermədim. Üç yerdə 11 yaralandım, qara başım bunaldı, yalnuz qaldım; suçum bu- mıdır? - 12 dedi.
Çoban aydır:
Qonur atın vergil mana,
Altmış tutam 13 göndərüni vergil mana,
Ap-alaca qalqanını vergil mana.
1 Qara polat uz qılıcın vergil mana,
Sadağında səksən oqun 2 vergil mana.
Ağ tozluca qatı yayın vergil mana,
Kafirə mən 3 varaym,
Yenidən toğanın öldürəyin,
Yenümlə alnum qanın 4 bən siləyin,
Ölürsəm, sənin uğruna bən öləyim,
Allah Taala 5 qorsa, evini bən qurtarayın! - dedi.
Çoban böylə digəc Qazana 6 qəhər gəldi, aldı yüriyü verdi. Çoban dəxi Qazanın7 ardından yetdi. Qazan döndi baqdı, “Oğul çoban, qanda 8 gedərsin?” - dedi.
Çoban aydır: “Ağam Qazan, sən evin 9 almağa gedərsən, mən dəxi qanndaşım qanın almağa gedərəm,” - dedi.
Böylə degəc Qazan aydır: “Oğul çoban, qarnım acdır; heç nəsnən 11 varmıdır yeməgə?” - dedi. Çoban aydır: “Bəli, ağam Qazan, gecədən 12 bir quzı bişürüb dururam. Gəl bu ağac dibində enəlüm, yiyəlim!” - dedi.
13 Endilər; çoban dağarcığı çıqardı, yedilər. Qazan fikr eylədi, 1 aydır: “Əgər çobanla varacaq olursam, Qalın Oğuz
-*«|s§8 43 SK**-
bəgləri 2 bənim başıma qaqınc qaxarlar; çoban bilə olmasa, Qazan kafiri alamazdı,” 3 deyərlər”, - dedi.
Qazana qeyrət gəldi. Çobanı bir ağaca sara-4sara möhkəm bağladı; eyləndi, yüriyü verdi. Çobana aydır: 5 “Mərə çoban! Qamın acıqmamışkən, gözün qararmamış ikən bu 6 ağacı qoparı gör, yoxsa səni bunda qurtlar-quşlar 7 yer,” - dedi.
Qaraca çoban zərb eylədi, qaba ağacı yeriylə - 8 yurdıyla qopardı, arqasma aldı, Qazanın ardına düşdi.
9 Qazan baqdı gördi çoban ağacı arqasma almış, gəlür. Qazan aydır: “Mərə çoban, bu ağac nə ağacdır?” Çoban 11 aydır: “Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafiri basarsan, 12 qamın acığar, mən sana bu ağacla yemək bişürərin,” - dedi.
D51 13 Qazana bu söz xoş gəldi. Atından endi, çobanın əllərin 1
çözdi, alnında bir öpdi, aydır: “Allah mənim evimi qurtaracaq 2 olursa, səni əmiraxur eyləyəyin,” - dedi. İkisi bilə yola 3 girdi.
Bu yana Şökli Məlik kafirlərlə şin-şadman yeyüb-4içüb otururdı. Aydır: “Bəglər, bilürmisiz, Qazana necə heyf 5 eyləmək gərək? Boyı uzun Burla xatunını gətürüb, sağraq 6 sürdürmək gərək!” - dedi.
Boyı uzun Burla xatun bunı eşitdi, 7 yürəgiylə canına odlar düşdi. Qırq incə bellü qızın 8 içinə girdi; ögüt verdi, aydır: “Qanqınuza yapışurlarsa, 9 “Qazan xatunı qanqınızdır” deyü, qırq yerdən avaz verəsiz,” - dedi.
Şökli Məlikdən adam gəldi, “Qazan bəgin xatunı 11 qanqınuzdur?” - dedi. Qırq yerdən avaz gəldi, qanqısıdır 12 bilmədilər. Kafirə xəbər verdilər: “Birinə yapışdıq, qırq yerdən 13 avaz gəldi; bilmədik, qanqısıdır,” - dedilər.
D52 Kafir aydır: “Mərə, 1 varın, Qazanın oğlı Uruzı dartın,
çəngələ asun. Qıyma-2qıyma ağ ətindən çəkün, qara qavurma bişürüb, qırq bəg qızma 3 ilətün; hər kim yedi, ol degil; hər kim yemədi, oldur. Alun gəlün, 4 sağraq sürsün!” - dedi.
Boyı uzun Burla xatun oğlınun 5 yamacına gəldi; çağırub oğlına soylar, görəlim, xanım, nə soylar?
6 Aydır:
Oğul, oğul, ay oğul,
Bilürmisin, nələr oldı:
-«*s§iä 44 §*§«»-
7 Söyləşdilər fısıl-fısıl,
Kafirin felin duydum.
Dünlügi altun 8 ban evimin qəbzəsi oğul,
Qaza bənzər qızımın-gəlinimin 9 çiçəgi oğul,
Oğul, oğul, ay oğul,
Doquz ay dar qarnımda götürdügüm oğul,
On ay deyəndə dünyaya gətürdügim 11 oğul,
Dolması altun beşikdə bələdügim oğul,
kafirlər tərs danışmışlar:12”Qazan oğlı Uruzı həbsdən çıqarun, boğazından orğanla 13asun, iki dalusından çəngələ sancun, D53 qıyma-qıyma ağ ətindən 1 çəkün. Qara qavırma edüb, qırq bəg
qızına ilətün; hər kim yedi, 2 ol degil; hər kim yemədi, ol Qazan xatunıdır; çəkün döşəgimizə 3 gətirəlim, sağraq sürdü- rəlim!” - demişlər. Sənin ətündən, oğul, 4 yiyəyinmi, yoxsa sası dinlü kafirin döşəginə girəyinmi? Ağan 5 Qazanın namu- sını smdırayınmı? Necədəyin, oğul, hey?! - dedi.
6 Uruz aydır: “Ağzun qurısun, ana! Dilün çürisün, ana! 7” Ana haqqı-Tanrı haqqı” denilməsəydi, qalqubanı yerimdən duraydım, 8 yaqanla boğazından tutaydım, qaba ökcəm altına salaydım, ağ 9 yüzüm qara yerə dəpəydim, ağzun ilə bumundan qan şorladaydım, can datlusın sana göstərəydim! Bu nə sözdür? Saqın, 11 qadın ana! Mənim üzərimə gəlməyəsin, mənim içün ağlamayasan. 12 Qo bəni qadın ana, çəngələ ursun- lar, qo ətimdən çəksünlər, 13 qara qavurma etsünlər, qırq bəg D54 qızının öninə ilətsünlər. 1 Anlar bir yedigində sən iki yegil!
Səni kafirlər bilməsünlər-duymasunlar; 2 ta kim, sası dinlü kafirün döşəginə varmayasan, sağrağın 3 sürməyəsən, atam Qazan namusını sımayasan. Saqın!” - dedi.
4 Oğlan böylə digəc buldur-buldur gözinin yaşı rəvan 5 oldı. Boyı uzun, beli incə Burla xatun boynıyla qulağın 6 aldı düşdi; güz alması kibi al yanağın dartdı yırtdı; 7 qarğu kibi qara saçını yoldı; “oğul, oğul!” deyübən zarılıq 8 qıldı, ağladı.
Uruz aydır:
Qadın ana! Qarşum alub, nə 9 bögrərsən?
Nə bozlarsan, nə ağlarsan?
Bağrımla yürəgim nə dağlarsan?
Keçmiş mənim günimi nə andırarsan?
Hey, ana! Ərəbi 11 atlar olan yerdə Bir qulum olmazmı olur?
Qızıl dəvələr 12 olan yerdə Bir köşəgi olmazmı olur?
Ağca qoyunlar olan 13 yerdə Bir quzıcığı olmazmı olur?
Sən sağ ol, qadın 1 ana, babam sağ olsun,
Bir mənim kibi oğul bulmmazmı olur? - 2 dedi.
Böylə digəc anasının qərarı qalmadı; yüriyü 3 verdi, qırq incə bellü qızın içinə girdi.
Kafirlər 4 Uruzı alub, qənarə dibinə gətürdilər, Uruz aydır: 5 “Mərə kafir, aman! Tanrının birliginə yoqdur güman! Qon məni bu 6 ağacla söyləşəyim,” - dedi. Çağırub ağaca soy- lamış, 7 görəlim, xanım, nə soylamış:
“Ağac, ağac!! Dersəm sana, ərlənmə 8 ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Musa Kəlimün 9 əsası ağac!
Böyük-böyük suların köprisi ağac!
Qara-qara dənizlərin gimisi ağac!
Şahi-mərdan Əlinin 11 Düldülinin əyəri ağac! Zülfiqarın qınıyla qəbzəsi 12 ağac!
Şah Həsənlə Hüseynün beşigi ağac!
Əgər ərdir, 13 əgər övrətdir, qorxusı ağac!
Başın ala baqar olsam, 1 başsız ağac!
Dibin ala baqar olsam, dibsüz ağac!
Məni sana 2 asarlar, götürməgil ağac!
Götürəcək olursan, yigitligüm səni tutsun, 3 ağac! Bizim eldə gərək idin, ağac!
Qara hindu qullarıma buyuraydım,
4 Səni para-para doğrayalardı, ağac!
Andan ayıtdı:
Tavla-tavla 5 bağlananda atuma yazıx!
Qartaş deyü; saqlayanda yoldaşıma yazıx!
46
Yumruğmda 6 talbmanda şahin quşuma yazıx! Yetər ilə tutanda tazıma yazıx!
7 Bəgligə doymadın özümə yazıx!
Yigitliginə usanmadın canıma 8 yazıx! - dedi, yumru-yumru ağladı, yanıq cigərcigini dağladı.
D57
D58
9 Bu məhəldə, sultanım, Salur Qazanlam Qaraca çoban çapar yetdi. Çobanın üç yaşar dana dərisindən sapanının 11 ayasıydı; üç keçi tüyindən sapanının qollarıydı. 12 Bir keçi tü- yindən çatlağucıydı. Hər atanda on iki 13 batman daş atardı. Atdığı daş yerə düşməzdi.
Yerə dəxi 1 düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç 2 yıladaq daşı düşdügi yerin otı bitməzdi. Semiz qoyun, aruq 3 toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanın 4 qorqu- sından. Eylə olsa, sultanım, Qaraca çoban sapan 5 çatlatdı. Dünya-aləm kafirin gözinə qarannu oldı.
Qazan 6 aydır: “Qaracıq çoban, anamı kafirdən diləyəyim, at ayağı 7 altında qalmasun,” - dedi.
At ayağı külük, ozan dili 8 çevik olur. Qazan kafirə çağırub soylamış, görəlim, xanım, 9 nə soylamış:
Aydır:
Mərə Şökli Məlik!
Dünlügi altun ban evlərimi gətürüb durursan,
sana kölgə olsun!
Ağır xəzinəm, 11 bol aqçam gətürüb durursan,
sana xərclıq olsun!
Qırq incə 12 bellü qızla Burla xatunı gətürüb durursan,
sana yesir olsun!
13 Qırq yigidlən oğlum Uruzı gətürüb durursan,
qulun 1 olsun!
Tavla-tavla şahbaz atlarım gətürüb durursan,
2 sana binət olsun!
Qatar-qatar dəvələrim gətürüb durursan,
3 sana yüklət olsun!
Qarıcıq anamı gətürüb durursan,
Mərə kafir, 4 anamı vergil mana,
Savaşmadın, uruşmadın qayıdayım - gerü dönəyim, 5 gedəyim, bəllü bilgil! - dedi.
-«*s§iä 47 gÄf»®-
- Mərə Qazan!
Dünlügi 6 altun ban evini gətürmişiz, - bizimdir!
- Qırq incə bellü qızla
7 Boyı uzun Burla xatunı gətürüb durur, - bizimdir!
- Qırq 8 yigidlən oğlun Uruzı gətürmiş, - bizimdir! Tavla-9tavla şahbaz atların,
qatar-qatar dəvələrin gətürmişiz, - bizimdir.
Qancıq ananı gətürmişiz, - bizimdir!
Sana verməziz, Yayxan 11 Keşiş oğlma verəriz, Yayxan Keşiş oğlmdan oğlı 12 doğar,
Biz anı sana ğarım qoruz, - dedilər.
Böylə digəc Qarıcıq 13 çobanın acığı tutdı, dodaqları təpsərdi.
D59 Çoban 1 aydır:
Mərə dini yoq, ağılsız kafir!
Ussı yoq, dəməksiz kafir!
2 Qarşu yatan qarlı qara dağlar
qarıyubdur otı bitməz.
Qanlu-3qanlu ırmaqlar
qarıyubdur suyı gəlməz. Şahbaz-şahbaz 4 atlar
qarıyubdur qulun verməz.
Qızıl-qızıl dəvələr
qarıyubdur 5 köşək verməz.
Mərə kafir, Qazanın anası
qarıyubdur oğul 6 verməz.
Dölin almaqdan səfan varsa, Şökli Məlik, qara 7 gözlü qızın varsa, gətür Qazana ver! Mərə kafir, sənin qızından 8 oğlı doğsun, siz anı Qazan bəgə qədim qoyasız, - dedi.
9 Bu məhəldə Qalın Oğuz bəgləri yetdi. Xanım, görəlim, kimlər yetdi:
Qara Dərə ağzında Qadir verən, qara buğa dərisindən beşiginin yapuğı 11 olan, acığı tutanda qara daşı kül eyləyən, bığın ənsə12sində yedi yerdə dügən, ərənlər əvrəni Qazan bə-
Kafir aydır:
-«*s§iä 48 §*§«»-
D60
D61
D62
gin qar13daşı Qaragünə çapar yetdi “Çal qılıcın, qardaş Qazan, 1 yetdim!” - dedi.
Bunun ardınca, görəlim, kimlər yetdi:
Dəmir 2 qapu Dərvənddəki dəmür qapuyı dəpüb alan, altmış tutam 3 ala göndərinin ucmda ər bögürdən Qıyan Selcik oğlı 4 Dəli Dondar çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - 5 dedi.
Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: Həmidlən 6 Mərdin qalasın dəpüb yıqan, dəmür yaylı Qıpcaq Məlikə 7 qan qusduran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzun 8 aq sa- qallu qocaları görəndə ol yigidi təhsin9ləyən, al mahmuzı şalvarlı, atı bəhri xotazlı Qaragünə oğlı Qara Budaq çapar yetdi: “Çal qılıcın, 11 ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görəlim, xanım, 12 kimlər yetdi: Dəstur- suzca Bayındır xanın yağısın 13 basan, altmış bin kafirə qan qusduran, ağ-boz atının 1 yelisi üzərində qar durduran Qəflət qoca oğlu Şir 2 Şəmsəddin çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
3 Bunun ardınca görəlim, xanım, kimlər yetdi: Parasarın Bayburd 4 hasarından parlayub uçan, apalaca gərdəginə qarşu gələn, 5 yedi qızın umudı, Qalın Oğuz imrəncəsi, Qazan bəgün 6 inağı, Boz ayğırlu Beyrək çapar yetdi: “Çal qılıcın, ağam 7 Qazan, yetdim!” - dedi.
Bunun ardınca, xanım, görəlim, kimlər yetdi: 8 Çaya baqsa çalımlu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, 9 qulağı altun kübəli, Qalın Oğuz bəglərini bir-bir atından yıqıcı Qazlıq qoca oğlı bəg Yegnək çapar yetdi: “Çal 11 qılıcın, ağam Qazan, yetdim!” - dedi.
Bunun ardınca görəlim, 12 xanım, kimlər yetdi: Altmış ögəc dərisindən kürk eyləsə, topuqlarını 13 örtməyən, altı ögəc dərisindən külah etsə, qulaqlarını örtməyən, 1 qolı-budı xaranca, uzun baldırları incə, Qazan bəgün 2 dayısı At ağızlu Aruz qoca çapar yetdi: “Çal qılıcın, 3 bəgüm Qazan, yetdim!” - dedi.
Bunun ardınca, görəlim, kimlər yetdi:
Varıban Peyğəmbərin yüzini görən, gəlübəni Oğuzda səhabəsi olan, 5 acığı tutanda bıqlarından qan çıqan, Bığı qanlu Bügdüz Əmən 6 çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” - dedi.
-«*s§iä 49 gÄf»®-
Bunun 7 ardınca, görəlim, kimlər yetdi:
Kafirləri it ardına bıraqıb 8 xorlayan, eldən çıqub Ayğır gözlər suymdan at yüzdürən, 9 əlli yedi qalanın kilidin alan, Ağ Məlik Çeşmə qızın nikah edən Sofi Sandal Məlikə qan qusduran, qırq cübbə 11 bürinüb otuz yedi qala bəginin məhbub qızlarını çalub 12 bir-bir boynın qucan, yüzində-dodağın- da öpən İlək 13 qoca oğlı Alp Ərən çapar yetdi: “Çal qılıcın, D63 ağam 1 Qazan, yetdim!” - dedi.
Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. 2 Həp yetdilər. Arı sudan abdəst aldılar. Ağ alınların 3 yerə qodılar. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədə 4 salavat gətürdilər. Bitəkəllüf kafirə at saldılar, qılıc çaldılar. 5 Gumbur-gumbur naqaralar dögildi. Burması altun tuc 6 borılar çalındı.
Ol gün cigərində olan ər yigitlər bəlürdi. 7 Ol gün müxən- nətlər sapa yer gözətdi. Ol gün bir qiyamət 8 savaş oldı, meydan dolu baş oldı. Başlar kəsildi 9 top kibi. Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi. Ala-ala göndərlər süsildi. Qara polat uz qılıclar çalındı, 11 yalmanı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni 12 düşdi. Qiyamətin bir güni ol gün oldı. Bəg nökərindən, 13 nökər bəgindən ayrıldı.
D64 Daş Oğuz bəgləriylə Dəli Dondar 1 sağdan dəpdi. Cılasun
yigitlərlə Qaragünə oğlı Dəli 2 Budaq soldan dəpdi. İç Oğuz bəgləriylə Qazan dopa 3 dəpdi, Şökli Məlikə həvala oldı, Şökli Məliki bögür4dübəni atdan yerə saldı, ğafillücə qara başın alub 5 kəsdi, qaxışdın alca qanın yer yüzinə dökdi. Sağ 6 tərəfdə Qara Tükən Məlikə Qıyan Selcük oğlı Dəli Dondar 7 qarşu gəldi. Sağ yanını qılıcladı, yerə saldı. Sol 8 tərəfdə Bu- ğacıq Məlikə Qaragünə oğlı Dəli Budaq qarşu 9 gəldi. Altı bərli gürz ilə dəpəsinə qatı tuta urdı. Dünya-aləm gözinə qaranu oldı. At boynın qucaqladı, 11 yerə düşdi.
Qazan bəgün qardaşı kafirin tuğıyla 12 sancağı qılıcladı, yerə saldı. Dərələrdə, dəpələrdə 13 kafirə qırğun girdi, leşinə D65 quzğun üşdi. On 1 iki bin kafir qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri 2 şəhid oldı. Qaçanını Qazan bəg qomadı, aman deyəni 3 öldürmədi. Qalın Oğuz bəgləri toyum oldı.
Qazan 4 bəg ordısmı, oğlanım-uşağını, xəzinəsini aldı, ge- rü 5 döndi altun taxtında. Yenə evini dikdi. Qaracıq çobanı 6
§8 50 S e h -
D66
əmiraxur eylədi. Yedi gün, yedi gecə yimə-içmə oldı. 7 Qırq baş qul, qırq qımaq oğlı Uruz başına azad 8 eylədi. Cılasun qoç yigitlərə qalaba ölkə verdi; şalvar, 9 cübbə, çuqa verdi.
Dədəm Qorqut gəlübən boy boyladı, 10 soy soyladı. Bu oğuznaməyi düzdi-qoşdı, böylə 11 dedi:
Qanı dedigim bəg ərənlər?
Dünya mənim deyənlər?
Əcəl aldı, 12 yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimlü-gedimlü dünya 13 Axır son ucı ölümlü dünya!
Yum verəyim, xanım:
Qarlı 1 qara dağlarun yıqılmasun!
Kölgəlicə qaba ağacın kəsilməsün!
2 Qamın aqan görklü suyun qurımasun!
Qadir Tanrı səni 3 namərdə möhtac etməsün! Çaparkən ağ-boz atın büdrəməsün!
4 Çalışanda qara polat uz qılıcın gedilməsün! Dürtüşərkən 5 ala göndərin avanmasun!
Ağ saqallu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Axır-sonı arı 7 imandan ayırmasun!
“Amin!” deyənlər dizar görsün!
Ağ 8 alnunda beş kəlmə dua qılduq, qəbul olsun! Allah verən 9 umudun üzülməsün! Yığışdırsun-durışdursun günahınızı 10 Adı görklü Məhəmməd Mustafa yüzi suyına bağışlasun, 11 xanım, hey!.. 51

İzahlar

[redaktə]