Məzmuna keç

Kitabi-tarixi Qarabağ/İyirminci fəsil

Vikimənbə saytından
Kitabi-tarixi Qarabağ/On doqquzuncu fəsil Kitabi-tarixi Qarabağ İyirminci fəsil

Kitabi-tarixi Qarabağ/İyirmi birinci fəsil
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


İBRAHİM XANIN TƏMƏNNASI İLƏ

RUSİYA QOŞUNU ƏVVƏL QARABAĞA
GƏLMƏYİNİ VƏ QIZILBAŞ LƏŞKƏRİ İLƏ
CƏNG VƏ MÜHARİBƏ VAQE OLMASINI

BƏYAN EDƏR

Belə ki, yuxarıda mərqum və məzkur oldu ki, məsihi ilinin 1805-ciilində - may ayının əvvəlində sərdar Sisianov Kürək çayına gəlib, İbrahim xan dəxi damadı Səlim xan şəkili ilə və Qarabağın və Şəkinin bəyləri və böyükləri ilə gedib orada görüb və əhdnamələr tərtib edib əhd və peymanı və itaəti Rus dövlətinə möhkəm etdilər. Oradan müraciət edəndə sərdardan qoşun və topxana təmənna etdilər. Ona görə sərdar Sisianov mayor Lisaneviçi beş yüz yeger adla-nan dəstə və topxana ilə Qarabağa - İbrahim (xanın) yanında olmağa təyin elədi. Bir dəstə dəxi Şəkiyə müqərrər və məmur eləmişdi. Elə ki İbrahim xan və Səlim xan və onlar ilə oraya gedən Qarabağın və Şəkinin əyanları Kürək çayından və sərdar hüzurundan müavidət edib, hər kəs öz yerinə və məqamına gəlib yetişdilər, haman əsnada İbrahim xana əhval və xəbər yetişdi ki, qızılbaş qoşunu Fətəli şahın əmri ilə Qarabağa azim olub, gəlməkdədirlər. Və yeger dəstəsi və mayor Lisaneviç dəxi topxana ilə gəlməkdə idilər. Təxir oldu. Qızılbaş ləşkəri gəlib yaxınlaşdı. Bu keyfıyyətə görə Məhəmmədhəsən ağa təcil və ixtirab edib, batalyonun istiqbalına əzm eylədi. Gedib batalyonu götürüb, o ilin aprel ayında gəlib, Xan bağına varid oldular. Və çün o vaxtda yaz fəsli idi. Arazın suyu daşıb, həddən ziyadə olmuşdu. İbrahim xan belə səlah gördü ki, əgər rus qoşunu ilə Qarabağ qoşunu gedib Xudafərin körpüsünü kəssələr, dəxi qoşun körpüdən keçməsə, qeyri yerdən keçmək məqdur olmaz. Bir-iki ay təxir olar. Onadək əhaliyi-Qarabağ, xüsusən Dizaq və Vərəndə mahalının əhlləri taxıl və əkinlərini cəm edib və döyüb götürərdilər ki, pamal olub Qızılbaş qoşunu qarət eləməzlər. İşin axır əncamını görələr necə olur. Bəlkə daldan qoşun gələ. Şayəd sərdar Sisianov öz qoşununu götürüb köməyə gələ. Əlhasil, bu mənzurələrə əsasən mayor Lisaneviç batalyon ilə Məhəmmədhəsən ağa İbrahim xanın böyük oğlu, varisi - Qarabağ və bəyzadələr ilə və çox atlı və piyada cəmiyyət ilə getdilər, ta Cəbrayıllı bağlarınadək ki, şimdi orada tamojni və qarantin olur. Amma ta bunlar oraya yetişənədək Qızılbaşın adamları xəbərdar olur. Çünki qızılbaşın məşhur sərkərdələrindən zübdə atlılar və küllü qoşun ilə körpünün ətrafında imişlər. Haman vaxtda piştdəstlik edib, körpüdən keçib, cəmiyyəti-təmam ilə gəlib, haman Cəbrayıllı bağlarından onlara düçar olub dava başladılar. Orada şiddət ilə savaş olub, ta axşamadək nayireyiqital və atəşi-cidal müştəil oldu. Hər iki tərəfdən adamlar qətlə yetişib, elə ki gün batıb gecə oldu, çünki xan və Məhəmmədhəsən ağa pareyi-Əbülfət xanın qohumları olan bəylərdən xatircəm deyildilər. Onlar Şuşa qalasında olurdular. Onlardan ehtiyat və əndişələri var idi. Məhəmmədhəsən ağa orada dava eləməyi məsləhət bilməyib, mühafizəti-qalanı ümdə mətləb bildilər. Məhəmmədhəsən ağa haman gecə oradan urus qoşununun əsbab və tədarükatını, dəxi sair qoşun atlılarının atlarına yükləyib birahə dağların üstündən aşıb, şul gecənin sübh vaxtı Tuğ qəryəsinə özlərini yetirdilər. Sabah olanda, Qızılbaş qoşunu xəbərdar olub, çöl və səhra yolu ilə ilqari-tamam və səy və cəhd etdilər ki, bəlkə Məhəmmədhəsən ağanın və qoşuni-Rusiyanın dağlarda qabaqlarını kəsib qoymayalar ki, qalaya daxil olalar. Dalıdan Abbas Mirzə naibüssəltənə dəxi, çox qoşun ilə gəlib, Şuşa qalasına müsərrəf olalar. Amma fikri-mahal idi ki, Şuşa qalasını almaq ola, bəlkə nifaq olan bəylərdən qala içində xəyanət edib, bir növ məğşuşluq ola biləydi. Əlqissə, haman günü Məhəmmədhəsən ağa Tuğ kəndindən gəlib, Rusiya qoşunu ilə qalaya varid oldular. Qalanın hasarının çölündə ordu edib, İbrahim xan və Məhəmmədhəsən ağa və rus batalyonu və tamam atlı və piyada Qarabağın qoşunu ilə çadırlar tikib, orada əyləndilər. Qarabağın və Dizaq və Vərəndənin mahalat kəndləri tamam köçüb dağlarda və möhkəm yerlərdə sığınaq elədilər. İlat və tərəkəmə əhli dəxi küllən yaylaq dağlara gedib, möhkəm oldular. Pəs naibüssəltənə Abbas Mirzə təmam qoşunu ilə gəlib Çanaxçı kəndində ordu eylədi. Əliqulu xan, sərdari-Şahsevən dəxi beş min qoşun ilə Əsgəran qalasının həvaləsinə gəlib ki, Tiflisdən gələn yolun üstü ola. Orada ordu edib və bir dəstə atlıları dəxi Tərtər çayınadək qarovula getdi. Qərara gəlmişdilər ki, hər iki tərəfdən yürüş eləyib, qalanı müsəxxər edələr, Əbülfət xan bir para Qarabağdan Qızılbaşa fərar edən bəylərlə, Qarabağın ilat və dihatın xah erməni və xah müsəlman naibüssəltənə hüzuruna itaətə aparıb, (onlara) ənam və xələtlər verirdilər. Erməni kəndlərinin məcmu məlikləri və koxaları təmamən Əbülfət xanın yanına gedib xələt və xatircəmlik hasil elədilər ki, qarət və əziyyətdən arxayın olalar. Bu müqəddimələri və əhvalatı İbrahim xan və mayor Lisaneviç təkrarən sərdar Sisianov hüzuruna hale elədilər. Pəs sərdar Sisianov dəxi polkovnik Karyagini yeger polku ilə ki, Bahadur adı ilə məşhur idi, topxana və podpolkovnik Kotlyarevski ilə Qarabağ əhlinin himayətinə məmur və məsul elədi. Onlar da tezlik ilə gəlib haman günü ki, əzm eləmişdilər ki, Əliqulu xan Əsgəran səmtindən və şahzadə Abbas Mirzə Çanaxçı kəndindən qala üstə yürüş edələr. Bu əsnada İbrahim xanın məmur elədiyi qarovul xəbər gətirdi ki, polkovnik Karyagin qoşun ilə Şahbulağa gəlib düşdülər. Naibüssəltənə Çanaxçıdan köçüb Şuşa kəndinin üstündən keçib, Əsgəran qalasına tərəf getməyə başladılar. Xan və Məhəmmədhəsən ağa belə təsəvvür edirdilər ki, qala üstə gələcəklər. Bu heyndə polkovnik Karyagin dəstəsi Şahbulaqdan Əsgərana tərəf zahir olub, topunun tüstüsü aşkar nümayan oldu. Naibüssəltənə həm qala səmtindən keçib, top və zənburək ata-ata getdi. Amma yollarda dava eləyə-eləyə gələn, Əliqulu xanın üstə olan qoşunu idi. Polkovnik qoşun ilə dava edə-edə Qarağacı mənzilinədək ki, əzim qəbiristan idi, gəldilər. Orada yolun içi qəbirlərin hasarları idi. Təng və çətin yerlər idi ki, ərradə keçib gələ bilməzdi. Xüsusən ki, Əsgəran qalalarını qızılbaş qoşunu tutub və möhkəmləndirmişdilər. Qaladan dağa kimi hər iki tərəfini möhkəm səngər qayırmışdılar ki, keçmək mümkün deyildi. Əlacsız qalıb, geri Şahbulağa tərəf qayıtmağı dəxi ar və namus bildi. Qəbiristanın kənarında iki kiçik balaca hasar var idi. Ərradələri oraya sürüb yerbəyer düşdülər. Və ətraflarını səngər elədilər. Aşkar idi ki, əgər Əsgəran qalalarının şul Qarağacı yerinin arasında daşlı və enişli-yoxuşlu dərələr olmasaydı, düz və səhra yer olsaydı, polkovnik və yeger batalyonu, xüsusən bahaduri-namdari-şardil Pyotr Stepanoviç Kotlyarevski Qızdbaş qoşununa qalib olub, Əsgəran qalalarınadək gedərdilər. Ləşkəri-qızılbaş onlara mane ola bilməzdi. Şul yerdə ki, batalyon səngər eləmişdi, ətrafı tamam səhra və düz yer idi. Qarqar çayı ilə onların arası bir verst olurdu. Qızdbaş qoşunu çox piyada batalyonla suyun arasında və qabaqlarında çoxlu möhkəm səngərlər qayırıb batalyonu mühasirə elədilər. Su aparmağa məqdur ola bilmədi. Batalyon iki gün əvvəl götürdükləri su ilə güzəran edib, ondan sonra susuz qaldılar. Quyu qazdılar ki, bəlkə su çıxa. Məqdur ola bilmədi. İki gündən sonra bir gecə bir rota qoşun su aparmağa çaya yürüş edib Qızılbaş ləşkərini suyun ətrafından kənar edib, bir dəfə beqədri-məqdur su apardılar. Sonra suyun ətrafını yerbəyer şöylə möhkəm eylədilər və kəsdilər ki, batalyon əslən su aparmağa məqdur ola bilmədi. Müddəti-on bir gün və gecə o tövr ilə dava edib ki, ətrafdan tüfəng və zənburəng batalyonun üstə barani-bahari kimi tökülürdü. Amma rəşid və cürətli və tab və taqətli olan batalyon şöylə zəhmət və məşəqqətlərə və səngərlərdə güllə dəyib ölməyə tab və taqətlər gətirib, yenə pozulmadılar. Bavicudi ki, polkovnik Karyagin dəxi yaralı olub və Kotlyarevski həm yaralı olub, qoşunun yarıdan çoxu qınlıb və zəxmdar olub, üç yüzə yavuq soldat ancaq qalıb, onlar da əksəri yaralı və susuz (idilər). Qızılbaş qoşunu ətrafdan səngərlərə yavuq yeriyib batalyonu məşəqqətə və müşkül hərə-kətə gətirdilər. On bir gün keçdi, bir yerdən kömək olmadı. Məlik Vanya o vaxt da yüzbaşı idi və batalyonun içində olurdu. Pyotr Stepanoviç ona şəfəqqətlər və məhəbbət etməyinə görə qulluq edərdi. On birinci gecə bələdçilik edib, əlhəq o səfər yaxşı qulluq edib, batalyonu və yaralı soldatları götürüb, gecə vaxtı səngərdən çıxıb və topxananı da götürüb birahədən Şahbulaq tərəfinə rəvanə oldu. Hərçənd ki, çox piyadə Qızılbaş qoşunundan Şahbulaq qalasında qoymuşdular ki, Rusiya qoşunu gəlib, qalaya daxil olmasınlar. Amma qoçaq bahadur namdar Kotlyarevski bavicudi-zəif və yaralı ki, dava umurunda səramənd idi, yürüş edib, qalanın qapısını dağıdıb, daxili-qala oldular. Qızılbaş qoşunundan ələ düşəni öldürüb və mabədisi qaladan yerə töküb, Əmirastan adlı sərkərdə dəxi qaladan yıxılıb vəfat etmişdi. Sabahı Abbas Mirzə gəlib İran ləşkəri ilə qalanı mühasirə edib, adamlar göndərib ümid və nəvidlər verdi ki, guya Pyotr Stepanoviç və polkovnik hər ikisi yaralıdırlar. Qoşun dəxi cüzvi və əksəri yaralı və aclıq dəxi qoşunda var. Bəlkə polkovnik rəyə gəlib, Abbas Mirzəyə itaət edə. Xəyalı xam idi. Rus qoşunu tamam acından qırılsa da, şöylə zillət ilə itaət etməzdi. Polkovnik cavabı-mülayim və vədeyi-fərib verib, üç gün orada məqs edib, soldatlar və yaralılar bir qədər aram hasil edib, yenə bir gecə Vanya yüzbaşı bələdçilik edib, tədbir ilə qaladan çıxıb xəlvət yol ilə Çöləbörd mahalının möhkəm və düşvar olan Cermuq dərəsində olan qalaya iki günədək gətirdi. Bir gecə, yolda qoşunu bir möhkəm dərədə şöylə xəlvət saxlamışdı ki, bir gün bir gecə qızılbaş əsgərləri nə qədər batalyonu axtarmışdılar və səy-təlaş ilə cüstəcu etmişdilər tapa bilməmişdilər. Məlik Vanya gedib dağlarda sığınaqlardan subay adamlar gətirib Çiləbördün kəndlərində quyulardan taxıl çıxarıb, özünün həm nə qədər buğdası varsa, çıxarıb un edib batalyona verib, cüt öküzlərini və camışlarını da onlara verib aclıqdan çıxartdı. Cermuq dərəsində üç-dörd gün qalıb, soldatlar dürüst fəraqət elədilər. Ondan suxarı və ət tədarük edib, Murov dağınm xəlvət yolları ilə Məlik Vanya batalyonu Gəncə şəhərinə gətirmişdi. Şul ilin haman günlərində Fətəli şah bu əzmə ki, bəlkə bir əlac edə, Şuşa qalası Rusiya qoşununun əlinə düşməyə, təmam qoşunu ilə Arazdan keçib, gəlib Quru çay üstə, Dizaq mahalında təxtitavus müsəmma olan mənzildə ki, Şuşa qalasının altı ağaclığında vaqedir, düşüb ordu elədi. Qarabağ xalqına küllü ənamlar verib, hüzuruna apardı ki, bu əhvalat və güzaridatı Tiflis şəhərində sərdari-əzəm Sisianov eşidib, qoşun ilə Tiflisdən çıxıb, Fətəli şah və Abbas Mirzənin müqabilində Qarabağa azim oldu. Ta, gəlib Tərtər çayına yetişənədək, Fətəli şaha daldan xəbər gəlmişdi ki, Rusiya qoşunu dövlət tərəfindən məmur olub, dəryayi-Xəzərdən keçib Talış və Rəşt-Ənzəli tərəfindən İrana gəlib davaya başlayıblar. Buna görə şah buradan Ərdəbil səmtinə qayıdıb getmişdi. Xüsusən, sərdar Sisianovun həm gəlmək əhvalını eşidib, onunla rubəru cəng etməyi məsləhət bilmədi. Abbas Mirzə naibüssəltənə dəxi səmtini xali görüb, polkovnik Karyagin Gəncə şəhərinə gedəndən sonra Şahbulaq ətrafında bir müddət ordu eləmişdi. Sonra Tiflisi çapıb və qarət etmək məqsədilə köçüb Gürcüstan tərəfinə Axısqa çayınadək getmişdi. Oradan dəxi Tiflisə getməyi məsləhət bilməyib, İrəvan vilayətinə getmişdi. Mayor Lisaneviç də ki, qalada idi, batalyonu götürüb Mehdiqulu ağa ilə Zəngəzur mahalına gedib, orada var idilər. Əbülfət xan ki, o vaxtlarda Qapan mahalından köçüb Arazın o tərəfinə keçmişdi. Bəd əz an Qapan və Zəngəzur və sair o tərəflər təmamən yenə Qarabağ hakimi İbrahim xana müti oldular. Sərdar Sisianov dəxi Xanaşen mənzilinə gəlib məlum oldu ki, Fətəli şah köçüb gedibdir. Oradan geri qayıtmalı oldu. Bu əsnada Məhəmmədhəsən ağa varisi-Qarabağ İbrahim xanın əmri ilə gedib oradan sərdar Sisianovu qalaya götürdü. Lazımeyi-çeşn və qonaqhq və şadyanəlik əmələ gətirdilər. Çünki sərdara məlum olunmuşdu ki, İbrahim xanın əmizadələri Mirzə Əli bəy, Feyzi bəy və Məhəmmədhəsən bəy və onlara tabe olanlar Əbülfət xana maildirlər. Hərçənd onu xan edib; və ona itaət etməyi zahirən özlərinə xiffət bilirdilər ki, İbrahim xanı və Məhəmmədhəsən ağanı tərk edib, Əbülfət xanı böyük edib, ona baş endirələr. Amma müstəqillən sahibi-hörmət olmağın istərdilər. Onu Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya həmçeşm qərar verdilər. Ona görə sərdar Sisianov qalaya varid olan vaxtda Mirzə Əli bəyi və Feyzi bəyi tutdurub, buyurdu ki, gərək evlərinizi götürüb, köçüb Tiflis şəhərinə gedəsiniz. Axırül-əmr İbrahim xan xahişmənd olmağa görə onlan buraxıb, amma Mirzə Əli bəyin böyük oğlu Behbud bəyi və Feyzi bəyin bir oğlu ki, qulluqçudan olmuşdu 15 yaşmda, hər ikisini zaval alıb Gəncə şəhərində Məhəmmədhəsən ağanın oğlu Şükrulla ağa ilə zaval saxladı. Ondan sonra bir para bəylərə ki, Əbülfət xana meyil idilər, onlara təhdid və pareyi-itab-xitab və qadağan eylədi. Bir para qərardadlar bina edib, haman üç nəfər dəxi qızılbaş xanlarından ki, İbrahim xan yanına Fətəli şah tərəfindən yuxarıda məzkur olunan mətaliblərdən elçiliyə gəlmişdilər, onlan da tutub; Qarabağdan kəmali-razı və xoşhallıq ilə yola düşüb Gürcüstana və şəhri Tiflisə rəvanə oldu.

Qeydlər

[redaktə]