Koroğlu (opera)/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Koroğlu. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü pərdə


X o r--
 
Çәnlibel ölkәm, hәr yeri möhkәm, möhkәm.
Quş keçә bilmәz bu sәngәrlәrin üstündәn,
Qәsd edә bilmәz bu yerlәrә heç bir düşmәn.
Qәhrәmanlar yurdu Çәnlibel,
Basılmaz bir ordu Çәnlibel.
Mәskәn saldıq Çәnlibeldә, hey....
Әlbir olduq Çәnlibeldә,
Çәnli-çәnli, Çәnlibeldә, Çәnlibeldә hey....
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları;
Azad etdi yoxsulları,
Qurtardı dәrddәn, qurtardı qәmdәn,
Dәrddәn, qәmdәn, zalım xanların zülmündәn,
Zalım xanların zülmündәn, hey!...
Çәnlibel ölkәm, hәr yeri möhkәm, möhkәm,
Quş ötә bilmәz bu sәngәrlәrin üstündәn,
Qәsd edә bilmәz bu yerlәrә heç bir düşmәn.
Qәhrәmanlәr yurdu Çәnlibel,
Basılmaz bir ordu Çәnlibel,
Çәnli bel, Çәnli bel....
Mәskәn saldıq Çәnlibeldә, hey....
Düşmәn vurduq Çәnlibeldә, hey....
Әlbir olduq Çәnlibeldә, Çәnlibeldә, Çәnlibeldә hey....
Koroğlu vurdu, yıxdı, qırdı,
Tökdü xan-paşaları,Azad etdi yoxsulları,
Qurtardı dәrddәn, qurtardı qәmdәn,
Dәrddәn, qәmdәn, zalım xanların zülmündәn,
Zalım xanların zülmündәn, hey!...
 
K o r o ğ l u--
 
Darmadağın eylәmişәm xanın qoşunlarını,
Ölkәsini dağıtmışam, almışam canlarını,
Talan edib qoymamışam daş üstündә daşını,
Hәsәn xanlar ala bilmәz Kor oğlunun başını.
Mәrd igidlәr nәrә çәksin davada....
 
X o r--
     
Hey!... Hey!...
 
K o r o ğ l u--
 
Şikar etsin tәrlan kimi havada,
Dövran etsin misri qılınc davada,
Bağırsaq cәmdәyә dolanmaq gәrәk.
 
X o r--
     
Hey.... Hey!... (2 dәfә)
 
K o r o ğ l u--
 
Dövran etsin misri qılınc davada,
Bağırsaq cәmdәyә dolanmaq gәrәk.
Koroğludur içәn düşmәn qanını,
Nәrәsindәn davalarda tanını.
Qırın vәzirlәrin, tutun xanını,
Leş-leş üstә bir-bir qalanmaq gәrәk.
Qırın vәzirlәrin, tutun xanını,
Leş-leş üstә bir-bir qalanmaq gәrәk.
 
X o r--
 
Koroğlusan, mәrd oğlusan, (2 dәfә)
Sәnsәn mәzlum xalqın dostu,
Xanların qatil düşmanı,
Cox sag ol!...
 
K o r o ğ l u--
 
Xanlarından zülm görmüş ermәnilәr, gürcülәr,
Başlayıb üsyana; bizlәrdәn gәlib yardım dilәr.
Ermәnilәr, gürcülәr, kürdlәr--bu miskin kәndlilәr.
Mәn gәtirdim bu camaat yoldaş olsun sizlәrә,
Xan cәfasından qaçanlar qoy qoşulsun bizlәrә.
Әlbir olsunlar bu yoxsullar bizimlә bir kәrә,
Müttәfiq qüvvәtlә zәrbә endirmәk düşmәnlәrә,
Qan içәn düşmәnlәrә,
Mәhv edәn düşmәnlәrә,
Zülm edәn düşmәnlәrә.
 
X o r--
 
Hәr kәs olsa yoxsuldan,
Qaçmış olsa bәy-xandan,
Gәlsin, hәr nә mәzlum var,
Gәlsin, Çәnlibeldә yeri var.
Gәlsin, hәr nә mәzlum var,
Gәlsin, Çәnlibeldә yeri var, hey!...
 
K o r o ğ l u--
 
Çәnlibeldә zülm olmaz,
Burda xan-bәy yaşamaz.
Azad olmaq istәyәn gәlsin,
Rahat olmaq istәyәn gәlsin.
Azad olmaq istәyәn gәlsin,
Rahat olmaq istәyәn gәlsin.
 
H a m ı--
 
Burda hәr kәs qardaşdır,
Bir-birilә yoldaşdır.
Böylә bir söz verdik,
Әhdi-peyman etdik;
Mülkәdara qarşı, zülmkara qarşı,
Hiylәgәrә qarşı saldırmaq, mәhv etdirmәk.
 
K o r o ğ l u--
     
Hey ... saldırmaq, mәhv etdirmәk.
 
X o r--
 
Cümlә mülkәdarı, cümlә zülmkarı,
Cümlә hiylәkarı mәhv etdirmәk.
 
H ә m z ә b ә y--
 
Yandım, allah (2 dәfә)
Ver bir içim su....
 
X o r--
     
Kimdir bu, kimdir bu?
 
H ә m z ә b ә y--
 
Mәn yazığam, siz mәnә rәhm edin,
Mәn fağıram, siz mәnә rәhm edin.
Bir kәsim yox, siz mәnә rәhm edin.
Mәnә gәlin rәhm edin, rәhm edin....
 
X o r--
 
Rәdd ol get!
 
H ә m z ә b ә y--
 
Yazığam.
 
X o r--
 
Rәdd ol get!
 
H ә m z ә b ә y--
     
Yazığam.
 
X o r--
     
Hiylәgәr, rәzil adam, rәdd ol get!
 
H ә m z ә b ә y--
 
Yazığam.
 
X o r--
 
Rәdd ol get!
 
H ә m z ә b ә y--
 
Yazığam.
 
X o r--
 
Bәdsifәt, sәfil adam.
 
H ә m z ә b ә y--
 
Mәn yazığam, rәhm edin siz mәnә,
Gәlin mәnә rәhm edin bir kәrә.
Mәn fağıram rәhm....
 
K o r o ğ l u--
 
Dayan! Kimsәn, nәçisәn, sәnәtin nәdir?
Bura belә gәlmәkdә mәqsәdin nәdir?
 
H ә m z ә b ә y--
 
 
Sәnәtim atlara baxmaqdır,
Bu yolda çox mahirәm.
Xanların zülmündәn qaçmışam,
Sәnә, sәnә mailәm.
 
K o r o ğ l u--
 
Aparın bunu tövlәyә,
İş görsün orada fәraqәt;
Hәr gün, hәr gecә Qıratı
Bәslәtsin, eylәsin rahәt.
 
X o r--
 
Rövşәn, sәn әbәs yerә eylәdin bunu qәbul,
Sәndәn çıxmayan bir iş, ehtiyatsız bir üsul....
Bәlkә xan tәrәfindәn gәlmiş olsun bu füzul.
 
K o r o ğ l u--
 
Cәsus olsaydı әgәr, verәrdi xәbәr Nigar,
Bunda olsaydı xәtәr, Nigar eylәrdi xәbәr,
Gözlәyir o yar mәni, gözlәyir Nigar mәni,
Düşdü yadıma Nigar, getdi әldәn ixtiyar.
Sәn çәk orda min cәfa,
Biz görәk burda sәfa, ax....
Gәl, Nigar!...
Sevdim sәni mәn, ey Nigarım,
Rәna gözәlim, şәn baharım.
Sevdim sәni, canan!
Lakin zülmükar xan,
Xalqın qatil düşmәni
Әsir etmişdir sәni.
Ondan müşküldür ayrı düşmәk,
Lakin çәtindir bu görüşmәk.
Oldum bu yolda mәn
Öz-özümә düşmәn,
Ayrı düşdüm sәndәn,
Mәn ayrı düşdüm sәndәn, hey....
Sәndәn mәn, hey.... Sәndәn mәn, hey ... sәndәn mәn!...
Dönmәrәm bu yoldan,
Xof etmәrәm xandan,
Mәqsәddәn keçmәrәm, ölәrәm,
Keçәrәm canımdan.
Ölsün düşmәn, bu üsyandan
Qurtarmasın yaxasın.
Dağılsın, kor olsun kainat,
Onda nә zövq var, nә hәyat.
Bu alәm sevgilәr, mәhәbbәt
Yaratsın, yaratsın, hey!...
Sevdim sәni mәn, ey Nigarım,
Rәna gözәlim, şәn baharım.
Sevdim sәni, yarım,
Sәnsәn mәnim canım.
Olmaz özgә sevgilim sәndәn,
Ayrı sәndәn, ayrı sәndәn,
Ayrı dusdum, Nigar!...
X o r (baslar)--
 
Gәlsin düdükçülәr,
Çıxsın oyunçular,
Şadlıq edәk bu gün,
Hәm çәnlibelçilәr.
 
R ә q s
 
X o r--
 
Әhdimiz üstә durduq,
Burda biz qardaş olduq.
Xanlara qarşı üsyan
Tәdbirini biz qurduq, qurduq, qurduq.
 
H ә m z ә b ә y--
 
Qırat mәnimdir,
Yansın Koroğlu, hәm Nigar
Mәnimdir, yansın Kor oğlu, ha, ha, ha....
 
X o r--
 
Qırat oğurlandı, Qırat oğurlandı.
Alçaq, xain insan.
Qırat oğurlanmış, yırtıcı bir heyvan,
Yırtıcı, qanmaz heyvan, heç çıxmaz yaddan,
Apardı sәni insafsız düşman, hey ... amansız düşman!
Qırat, Qırat, Qırat!...
 
PӘRDӘ