Koroğlu (opera)/İkinci pərdə
←Birinci pərdə | Koroğlu. İkinci pərdə Müəllif: Üzeyir Hacıbəyov |
Üçüncü pərdə→ |
H ә s ә n x a n--
Bu inqilab törədəni
Asardım mən öz əlim ilən.
Ehsan paşa ilə barışmaq gərək,
İttifaqa girib, çalışmaq gərək.
P o l a d--
Ehsan paşa gəlir, yarı yoldadır.
H ә s ә n x a n--
Tədarük görün, tez qabağa çıxın.
Mina ibriqlərə şərab doldurun,
Mina ibriqlərə şərab doldurun,
Şərab, şərab, şərab, şərab, şərab, şərab!…
Payəndaz döşəyin o gələn yola,
Bəzənsin qadınlar, salsın qol-qola,
Geysin rəqqasələr təzə paltarın,
Paşaya göstərin ölkənin varın.
Bütün adamları çağır, ver xəbər,
Onu aldadalım bəlkə bir təhər.
Doğrudur, düşmənik, neyləyim fəqət,
İndi sülhə girmək eyni məsləhət, eyni məsləhət, eyni məsləhət. (2 dəfə)
Gərək axır qoyam bu üsyanlara,
Hər gün bir müsibət doğur xanlara.
Mina ibriqlərə şərab doldurun,
Mina ibriqlərə şərab doldurun, şərab doldurun,
Şərab doldurun, şərab, şərab, şərab,
Şərab, şərab, şərab!…
Payəndaz döşəyin o gələn yola,
Bəzənsin qadınlar, salsın qol-qola,
Geysin rəqqasələr təzə paltarın,
Paşaya göstərin ölkənin varın.
P o l a d--
Ehsan paşa gəlir, əmriniz nədir?
H ә s ә n x a n--
Böyük ehtiramla qonağı gətir.
X o r--
Bizə xoş gəldin, paşa!
Dünya durduqca yaşa!
Uzun illər sür dövran,
Belə sür dövran. Səfa gəldin sən bizim ölkəyə,
Sür belə bir dövran.
H ә s ә n x a n--
Çox səfa gəlmisən, Ehsan paşa həzrəti,
Mən təqdir edərəm böylə hörməti.
E h s a n p a ş a--
Məhrəbalar sənə, məhəbbətli xan,
Məhəbbət sənə bəslərəm hər zaman.
H ә s ә n x a n--
Bizim dostluğumuz olduqca saf.
E h s a n p a ş a--
Olduqca saf.
H ә s ә n x a n--
Yoxdur aramızda heç bir ixtilaf.
E h s a n p a ş a--
Heç bir ixtilaf.
Olmasın yerindən bir-iki kəndim.
H ә s ә n x a n--
Rəiyyət dinc olsun.
E h s a n p a ş a--
Bu sözü bəyəndim.
H ә s ә n x a n--
Bu sözü bəyəndim.
H ә s ә n x a n v ә E h s a n p a ş a--
Bu sözü bəyəndim.
Onu aldadalım bəlkə bir təhər.
Doğrudur, düşmənik, neyləyim fəqət,
İndi sülhə girmək eyni məsləhət,
Eyni məsləhət, eyni məsləhət.
H ә s ә n x a n--
İçək badəni bu şərəflərə.
X o r--
İçək badəni bu şərəflərə.
H ә s ә n x a n--
Gəlsin rəqqasələr,
Gəlsin rəqqasələr, çalsın, oynasın.
R ә q s
H ә s ә n x a n--
Əmr edin, təlxək gəlsin,
Bizi guldursun, ha, ha, ha, ha!…
Q o ş u n l a r içəri daxil olurlar.
X o r (qoşunlar)--
Xan cənabları, xan cənabları!
Koroğlu, Koroğlu, Koroğlu.
Vergi yığdıq kəndlilərdən,
Getdi aldı Koroğlu,
Vurdu, döydü, yıxdı, əzdi,
Zərbə çaldı Koroğlu.
Dörd beşillik vergiləri
Güclə, zorla döydük, aldıq,
Cəza verdik, dama saldıq,
Başlar yardıq, nə var aldıq:
Çox qızıllar, çox gümüşlər,
Çox cəvahir talan oldu,
Viran oldu, bada getdi,
Bada getdi, bada getdi,
Hər nə vardı, xandan ötrü
Hədyə, sovqat bada getdi,
Həmlə etdi, zərbə çaldı,
Qoşunlara Koroğlu,
Əzdi, tökdü, yaman günə
Saldı bizi Koroğlu.
Qırdı bizi, lüt eylədi,
Yamanca şil-küt eylədi,
Bir əlac edin bu dərdə,
Qalmışıq belə, əlac edin,
Əlac edin, əlac edin,
Əlac edin, əlac edin!
H ә s ә n x a n--
Daha bəsdir!
T ә l x ә k--
Kimdir məni çağıran?
H ә s ә n x a n--
Kor oğlu!
Kor oğlunun çıxışları qəti tədbir istər,
E h s a n p a ş a--
Kor oğlunun çıxışları qəti tədbir istər.
H ә s ә n x a n v ә E h s a n p a ş a--
Əlac, əlac!…
H ә s ә n x a n--
Çıxın gedin, çıxın gedin,
Qalsın bəylər, əyanlar.
Məsələ olduqca çətin məsələ,
Ölkəni quldur, qaçaq almış ələ,
Koroğludur başçıları onların,
Qorxusu yox xandan o məlunların.
Yığmışdır başına quldurdan, oğrudan;
Qorxunc bir təhlükə olmuşdur doğrudan.
Tezliklə biz gərək, bir çarə eyləyәk.
Koroğlunu öldürmək, məhv etdirmək!…
E h s a n p a ş a--
Göndərək Koroğlunu tutmaq üçün min nəfər.
O məlunu tutub gətirsin, müxtəsər.
B i r i n c i ә y a n--
Lazım olmaz min nəfər,
Beş yüz kifayət edər.
Məncə beş yüz olsa da,
Bəs min nəfərə, bəs.
İ k i n c i ә y a n--
Burda müşkül bir iş yox,
Gərək Koroğlunu məhv edək.
T ә l x ә k (gülür)--
Ha, ha, ha!…
H ә s ә n x a n--
Təlxək!
E h s a n p a ş a--
Ehtiyatla iş görmək gərək,
Güclü qoşun göndərək.
Koroğlunu məhv etmək, öldürmək.
İ b r a h i m x a n--
Sərkərdələr getsin,
Onu məhv eləsinlər.
Bu xalqa dərs olsun.
Düşmənə bir zərbə çalsın,
Bir əsər qalmasın.
B i r i n c i ә y a n--
Sürətlə getmək, tutmaq onu,
Tutub məhv etmək.
H a m ı--
Sürətlə onu öldürmək,
Məhv etmək, məhv etmək, öldürmək.
(Təlxək gülür.)
H ә s ә n x a n--
Təlxək, bu nə gülməkdir,
Bu nə istehza?!
H a m ı--
De görək sən bir!
Tə l x ә k--
Axı necə mən gülməyim
Bu cür axmaq sözlərə;
Dəli edib Koroğlu,
Salıb sizi düzlərə.
Koroğlunun üstünə
Göndərirsiz min əsgər,
Amma onu tutmağa
Kifayətdir bir nəfər.
H a m ı--
Bir nəfər?
T ә l x ә k--
Bir nəfər!
I. Koroğlunun bir atı var, (2 dəfə)
Qırat deyərlər adına. (2 dəfə)
Qırat yaman gündə yetər (2 dəfə)
Koroğlunun imdadına. (2 dəfə)
Koroglunun imdad?na, hey!…
Koroğlunun imdadına. (2 dəfə)
II. Bir nəfər igid gərək, (2 dəfə)
Atın oğurlasın onun. (2 dəfə)
Bu kələk yaxşı kələk. (2 dəfə)
Afərin ustadına! (2 dəfə)
Afərin ustad?na, hey!…
Afərin ustadına! (2 dəfə)
III. Bura gəlcək tutun onu, (2 dəfə)
Bağlayın əl-ayağın. (2 dəfə)
Bu kələk yaxşı kələk.
Afərin ustadına! (2 dəfə)
Afərin ustad?na, hey!…
Afərin ustadına! (2 dəfə)
E h s a n p a ş a--
Təlxəkdə ki, yox həya üzündə,
Lakin çox ağıllıdır sözündə;
Tək bircə nəfər gedərsə, bəsdir,
Qırat gətirilsə, cəng əbəsdir.
B i r i n c i ә y a n--
Çox doğru danışdı burda təlxək,
At gəlsə, gələr Koroğlu bişək.
İ k i n c i ә y a n--
Atsız yaşamaz Koroğlu bir an,
Dönməz o yəqin ki, Qıratından.
H ә s ә n x a n--
Hər kimsə Koroğlu səngərindən
Qıratı tutub gətirsə,
Məndən ənam alacaq, böyük bir ənam.
Kimdir, kimdir bu işə verən sərəncam?
H ә m z ә b ә y--
Bir şərt ilə mən gedib gətirrəm.
H ə s ə n x a n-
Qəlbin nəyi istəyirsə verrəm.
H ә m z ә b ә y--
Hər əmrin olursa hazıram mən,
Qorxmam, gedərəm, Nigarı versən.
Müddətdir mən aşiqəm Nigarə,
Mən tapmamışam bu dərdə çarə,
Hər əmrin olursa hazıram mən,
Qırat gələcək, Nigarı versən.
H ә s ә n x a n--
Verdim, sözüm üstə durmuşam mən,
Toy başlanacaq Qırat gəlirkən.
Çağırın Nigarı! Möhtərəm paşa,
İndi siz bir baxın o göz, o qaşa.
E h s a n p a ş a--
Bəh, bəh, üzündə var bahar, bu qızın;
Yolunda can qoymaq yarar bu qızın. Bəh, bəh!…
H ə s ə n x a n--
Həmzə bəy özü bir böyük qəhrəman,
Qıratın dalınca gedir sabahdan.
O səni istəyir, mən də razıyam,
Qıratı gətirsə, iş olsun tamam.
Mərhəmətli paşa, buyurun gedək,
Dostluğumuz üçün kəsək duz-çörək.
N i g a r--
Polad, Eyvazı tap, gətir, amandır!
Tez ol!
P o l a d--
Bu saat.
N i g a r--
Tez ol! Əhvalım yamandır.
Mən iztirab içindəyəm. (2 dəfə)
Nədir bu dərd, nədir bu qəm?
Gərək kəsək o əlləri….
Bu həyasız, bu həyasız xanlardan bir gün
Azad ola insan, insan, insan!
N i g a r ı n a r i y a s ı--
Hanı o günlərim,
Səfalı dəmlərim?
Yazıq Nigar, yazıq Nigar,
Bütün bahar əsir ikən bu evdə sən,
Nə sevgi var, nə yar.
Yox ahuzarımı eşitdirən yara,
Keçirdiyim həyat geçəm kimi qara;
Dedim gələr bahar,
Olar yanımda yar,
O yarımdan məni ayırdı ruzigar.
Qəfəsdədir Nigar,
Qəfəsdədir Nigar,
Nə bir nəfər kömək verən,
Nə dindirən, nə rəhm edən,
Mənə. Bu eşq, bu məhəbbət,
Əsiri-dami-zülmət;
Bu dərdü qəm, bu möhnət,
Bu ayrılıq, bu firqət,
Bütün düşüncə, həsrət,
Yazıq Nigara qismət!
Eyvaz çıxır.
N i g a r--
Eyvaz, amandır,
Eyvaz durma, get Rövşənin yanına,
Dayanmadan gedib, xəbər ver ona,
Keçəl Həmzə gəlir Qır atı çalsın,
Əvəzində xandan Nigarı alsın.
E y v a z--
Həmin saat yola düşüm,
Qanad açıb uçum, gedim.
N i g a r, P o l a d, E y v a z--
Zəfər bizim, zəfər bizim olsun, olsun!…
PƏRDӘ