Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm
Jump to navigation
Jump to search
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm Müəllif: Mirzə Ələkbər Sabir |
Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.
Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.
Eşqini asan bilirdim, çəkdi ish risvalığa,
Shimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?
Boynuma saldım o ziyba tələtin zülfi-kəcın,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.
Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.
Urma shanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.
Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.
Mənbə[redaktə]
- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 309