Loğmanın vəqəsi (Dörd min il ömr eylədi Loğman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Loğmanın vəqəsi Müəllif: Seyid Əzim Şirvani |
Dörd min il ömr eylədi Loğman,
Oldu ol vəqt ömrü kim, payan,
Lifi-xurmaydı, səqfü bamı onun,
Keçib ol evdə sübhü şamı onun.
Onda hər dəm ki, yatmağa uzanır,
Bədəni nisfdən eşikdə qalır.
Mələkül-mövt gəldi Verdi salam,
Gördü bir evdə eyləyibdi məqam,
əyləşibdir o evdə pirü əlil,
Rizq təhsinilnə toxur zənbil.
Dedi Əzrail: - Ey hünarzadə,
Bu qədər etdin ömr dünyadə,
Niyə bir xanə etmədin təmir?
Dedi: - Haza li mən yəmutu kəsir.