Loğmanın vəqəsi (Dedi bir kəs çənab-Loğmanə)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Loğmanın vəqəsi Müəllif: Seyid Əzim Şirvani |
Dedi bir kəs çənab-Loğmanə:
-Ey hünərvər, həkimi-fərzadənə,
hikməti kimdən iktibas etdin-
Ki, belə feyzi-əzəmə yetdin?
Dedi ki, hikməti mən, ey sail,
Kur olanlardan etmişəm hasil.
Bir yeri kur görməsə, möhkəm
Qoymaz ol mövze məhəllə qədəm.