Məzmuna keç

Mərhum Vaqifin dilbər haqqında müxəmməs-müstəzadı

Vikimənbə saytından
Təzkireyi-Nəvvab
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Kim ki, sövdayi-səri-zülfı-pərişanə düşər,

Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.

Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,

Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.

Mərd igidlər özünə məhbəsi meydan bilir,

Sanma hər nakəsü namərd bu meydanə düşər.

Eybdən saf çıxar, pakü mübərra görünür,

Hər tıla kim, kürədə atəşi-suzanə düşər.

Piç(ü) tabə düşənin işi, bəh, üzdə olur,

Zülf bu vəchlə ruxsareyi-cananə düşər.

Hər yaman yer ki, olur-yaxşıların mənzilidir,

Lə’l daş içrə, xəzinə dəxi viranə düşər.

Şami-qəm şadlıq əyyamına xoş ziyzərdir.

Necə kim, xali-siyəh arizi-cananə düşər.

Ey Vidadi, qəmi-hicranə giriftar olmaq,

Bir sənə, bir mənə, bir Yusifı-Kən’anə düşər.

Eşqə düşmək sənə düşməz, qocalıbsan, belədir,

Belə işlər genə Vaqif kimi oğlanə düşər.