Mərhum Vaqifin qəzəli
Görünüş
Təzkireyi-Nəvvab Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Qarabağ içrə bir şair kəlimüllahi-Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm qədrin əsayi-əjdaha peykərçə bilməkdə,
Bəni-israilə ali-cavanşir, yəni həmtadır.
Dili rövşən gərək şadan içində sərf edən ömrün,
Çırağın səltənət gahi səvadi-şami-yeldadır.
Ümidim vardır kim, bu qəra gün getməyə başə,
Dönər bir özgə rəng ilə, bu axır çərxi-xizradır.
Məkan tutdisə Vaqif, yox əcəb bu Şişədaşında.
Məkanı lə li-gülrəngin miyani-səngi-xaradır.