Məzmuna keç

Mahi-rəməzandır, yenə meydan da bizimdir!

Vikimənbə saytından
Mahi-rəməzandır, yenə meydan da bizimdir!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 192. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Mahi-rəməzandır, yenə meydan da bizimdir!
Meydan da bizim, ərsədə cövlan da bizimdir!
Sərsüfrədə ərbabi-niəm məhzərimizdə,
Е’zaz ilə, ikram ilə dövrü bərimizdə,
Min ne’məti-əlvan düzülüb qənşərimizdə,
Sövdayi-plov, şuri-çığırtma sərimizdə,
Firni və tərək, dolma, fisincan da bizimdir!
Boşqabda müsəmmavü badımcan da bizimdir!
Sail, qapıdan baxma bizə, pis göz atarsan!
Çox qanqıma, durram, elə vurram ki, batarsan!
Ruzi sənə hər yerdə müqəddərsə çatarsan!
Bir şey əlinə keçməsə, sən ac da yatarsan!
Biz nazü niəm əhliyik, ehsan da bizimdir!
Ehsan da bizimdir, şərəfü şan da bizimdir!
Səbr eylə hələ, yağlı qarınlar dolar isə,
Dövridə plov qalmağa imkan olar isə,
Gər1 sür-sümüyündən bu təamın qalar isə,
Bir şey yetişər həm sənə qismət olar isə;
Şimdi hələlik süfrə də, qazğan da bizimdir!
Şərbət də bizim, kasə də, fincan da bizimdir!
Sən hər qapıda min kərə yahu da deyərsən,
Bir köhnə libas olmasa, cecim də geyərsən,
Bir paslı2 çörək düşsə yavansız da yeyərsən,
Gər düşməsə, ac qalmağı da məşq eləyərsən;
Biz möhtərəmik, ne’məti-əlvan da bizimdir!
Qaymaq da bizim, qəhvə də, qəlyan da bizimdir!
Asudə burax bizləri öz halımız ilə,
Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,