Məzmuna keç

Maralı dağlar

Vikimənbə saytından
Maralı dağlar
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 106

Kəmənd əldə, səyyad ov bərəsində,
Ovçusu da ağlar, maralı da ağlar.
Oxun sədasından, güllə səsindən
Hürküşüb əylənməz, maralı dağlar.

Mənim dərdim budu, öz bəlası nə?
Gözəl məni saldı öz bəlasına.
Yaranan qıyarmı öz balasına,
Ox dəysə tiflinə, maralı dağlar.
 
İman, nə dərdin var, yar, a məndədi,
Ləzzəti gözəlin yar əməndədi.
Təzə, köhnə nə var yara məndədi,
Zənbur tək sinəmdən mar alı dağlar.