Məzmuna keç

Mişkatu-l-ənvar/Eşqdə təmizlik haqqında

Vikimənbə saytından
Muştuluq xəbəri Mişkatu-l-ənvar. Eşqdə təmizlik haqqında
Müəllif: Abbasqulu ağa Bakıxanov
Məhəbbət və vəfa şərtlərinin şərhi


Məhəbbətdə sanma kufrə, nə də dinə uyan var,
Rindlik, məstlik olan yerdə ayinlərə kim uyar?
Fisqilə zohd insanlara qurulmuş bir duzaqdır,
Huşyar olan şubhəsiz ki, bu kələkdən uzaqdır.
Səfsətədir hər muddəa, fikirləri muəmma,
Məsələlər məlum olmur, hər şeydə var bir əmma.
Aşiqlərdə təqlidə hec olmaz zərrə etimad,
Ancaq vardır hər bir işdə oz gucunə etiqad.
Boş laqqırtı nəyə lazım, xoş gəlsə də hər avaz,
Goz gorduyun qəbul edər, quru sozə inanmaz.
Eşq hədisi başqa şeydir, diqqətlə bax ona sən,
İbrət alaq indi biz də bu hikmətli hədisdən.
Sozə yeni məna, yeni şəkil versin fikrimiz.
≪İstincanı≫, ≪İstibranı≫ başqa cur şərh edək biz.
Bunlar nədir ki, bunlarsız taət haram sayılır,
Onlar olsa insan qəflət yuxusundan ayılır,
Burada gəl bu sozlərin izahını eşit bir,
Fazillərin muəllimi Şeyx Bəhai demişdir:
Yaramazlar! Bu əməldən, hərəkətdən utanın,
Ki, istinca daşlarını gizlərsiniz şeytanın.
İstincadan qərəz budur--urək təmiz olmalı,
Alcaq tiynət məhv edilib paklıq əziz olmalı.
İstibrasa o deməkdir, gizli saxla hər sozu,
Sirr deyilən xəzinəyə sahib olsun qəlb ozu.
Şərab icsən, şərabla da apararsan xumarı,
Su olmasa bəs təmizlik nə cur olar, bil barı!
Əbədiyyət badəsilə sərxoş olan bir adam,
≪Vəlləzinə amənu≫dən alar quvvət və ilham.
Bu soz ilə təmizlənsə hər urəyin qubarı,
Camalında şəfəq salar konullərin ilqarı,
Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,
İbadətin mənasızdır, qəbul olmaz duan, bil!
Bu hərəkət cox bənzəyər dərgahında usyana,
Zahirdə həqq, batindəsə bağlanmısan şeytana.
Bu riyakar itaətdən susmaq daha yaxşıdır,
Asi olmaq muşriklikdən hər mənada yaxşıdır.
Pis sifətdən cəkin, həqqə istinad et ey insan!
Bir an belə uz dondərmə ≪gəl-gəl≫ deyən allahdan.
Alnı acıq hər işini eşqə bağla həmişə,
Qoy eşq olsun dil əzbərin, sənə yuksək bir peşə.
Məhəbbətdən başqa yoxdur sənə duz yol gostərən,
Odur xeyir işə cəkən, sənə curət, guc verən.
Ey qəfəsdə cırpınan quş, tənbəllikdən iş aşmaz,
Sən qartalsan, milcək işi qudrətinə yaraşmaz.
Oz nəfsinin məhbəsindən qurtar, azad qanad cal,
≪Leysə lil-insanə illa ma səa≫dən ibrət al!
Əqlin varsa puc eyləmə omrunu, qıl ehtiyat,
Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat.
Bir duşunsən əbədiyyət dovlətinə sahibsən,
Muvəqqəti ləzzət ucun vermə onu əlindən!
Asiliklə əziz omru goydən yerə salmasan,
Qocalmısan, uşaq kimi cirk icində qalmısan.
Urəyini azadlıqdan ozun saldın zindana,
Yaradılış mənasından xəbərsizsən, qansana!
Həq yaratdı ozu kimi səni, verdi min ziynət,
Bu qamətlə dedi bizə etməlisən itaət.
Onda olan əlaməti, o cəlalı istəsən,
Sidq urəklə, doğru dillə zulcəlalı istə sən!
Xəlvətdən bir mənzil verdi sənə mohkəm, mukəmməl,
Sonra dedi oz əqlinlə bizə tərəf qayıt, gəl!
Lakin indi bunları sən unutmusan, ey insan,
Heyif olsun sənə heyif, yazıq sənə, bir utan!
Bəzən guya meyl edirsən ibadətə, xaliqə,
Pərdə olur oz varlığın itaətə, xaliqə.
Cəhənnəmin qorxusu, ya behişt ucun ibadət,
Etməz haqqın dərgahında sadiqliyə dəlalət.
Cunki bu nəfs istəyidir, xudpərəstlik deməkdir,
İtaətin əvəzinə, qurulmuş bir kələkdir.
Bəhaidən yenə duşdu yadıma bir rəvayət,
Bu yerdə cox munasibdir, qoy eyləyim hekayət.
O demişdir: İtaətdən əvəz almaq istəsən,
Bu korluqdur, muzdurluqdur, əl cək belə adətdən.
Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman,
Cənnət şovqi, ya cəhənnəm xovfi bilməz o bir an.
Kimdə olsa yar sovdası de nə qəmi var onun?
Oz behişti, oz dəhşətli cəhənnəmi var onun.
Kafirlərin kufru, həm də dini hər bir dindarın
Urəyində bir zərrəcik dərdə bənzər əttarın.
Hər şəxsin ki, olsa bu cur yuksək ali humməti,
≪Əssabiqun≫ ayəsindən alar gucu, qudrəti.
Candan kecib catar o dəm cananının vəslinə,
Əzəliyyət aləmilə qovuşar, bil, o yenə.