Məzmuna keç

Mişkatu-l-ənvar/Məhəbbət və vəfa şərtlərinin şərhi

Vikimənbə saytından
Eşqdə təmizlik haqqında Mişkatu-l-ənvar. Məhəbbət və vəfa şərtlərinin şərhi
Müəllif: Abbasqulu ağa Bakıxanov
Məslək yolçularına şadlıq xəbəri


Ey muxatəb, eşqə meyl et, dərdlərinə ver dərman,
Allah eşqin bəlasilə edir bizi imtəhan.
Eşq aləmdir, işgəncədir, nəhayətsiz macəra,
Aşiq gərək əzablara dozməyi də bacara.
Alşərab ki, bu ləzzəti bizə bir az tanıdır,
Aşiqlərin goz yaşıdır, ya da urək qanıdır.
Yaranmışdır qan dənizi icində bir inci tək,
Ya kənarı tikən dolu incə, lətif bir cicək.
Qızılgulu dərə bilməz tikanından cəkinən,
İncini kim əldə edər dənizlərə girmədən?
Canan qəmi can mulkunu dağıdan bir afətdir,
Lakin əsil mənada o sənə candır, nemətdir.
Bu səhrada can nə imiş, onun qədri nə imiş,
Candan kecmək olmalıdır hər aşiqə əvvəl iş.
Olməkdən cox nəfs oldurmək cətindir bu dunyada,
Bənzəyərlər biri boyuk, biri kicik cihada.
Bu hikmətə subut ucun lazım gəlsə hekayət,
Qoy soyləyim ≪Məsnəvi≫dən bir munasib rəvayət.
≪Olum adı gələn kimi hər kəs gələr vəhşətə,
Bu qovm isə rişxənd edər belə yersiz dəhşətə.
Dərdə duşub cəkən zaman intəhasız iztirab,
≪Olum≫ sənə meydan oxur, olar sonda kamiyab.
Bu dunyaya bağlılıqsa əgər səndə ixtisas,
Sanma qəmdən olacaqsan olum ilə sən xilas.
Torpaq səni udanadək ozun donub torpaq ol,
Ya torpaqdan təmizlənib, cirkinlikdən uzaq ol!
Sozsuz, səssiz bu mənanın əsrarını gəl oyrən,
Sən olməkdən əvvəl yaşa, bir an qorxma olumdən.
Hər kim belə sifətlərə malik olsa dunyada,
≪Olum≫, ≪həyat≫ qəmlərindən azad olar daima.
Təmsil
Hər kəsin ki, mədəsinə doldu min cur zir-zibil,
Ya qəlbini əsir etdi min cur kədər, qussə, bil!
Gozu acıq olsa belə batar dərin yuxuya,
Aram olmaz, qan-yaş tokər, duşər sanki quyuya.
Gozlərinə zulmət cokər, min bir xəyal gorunər,
Yuxuları xoflu olar, min dəhşətə burunər.
Əgər dərdsiz, qəm-qussəsiz uyuyarsa bir insan,
Ayıqlıqdan daha da şən yuxu gorər hər zaman.
İndi sən də qiyas elə sec ozunə doğru yol,
Nəfsin, həm də bu aləmin məhbəsindən xilas ol!
Bu əzabdan oz ≪olumun≫ etsin səni qoy azad,
Gəlişilə qoy eyləsin bircə dəfə səni şad.
Qoy aparsın səni ruhlar aləminə durmadan,
Oradaca bilərsən ki, bu dunyadır bir zindan.
İstəyirsən biləsən ki, duzgunmudur bu xəbər,
≪Son əvvəldən xeyirlidir≫ ayəsinə sal nəzər.