Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.
Gəldi şurə dedi: — Ey şəmi şəbistanım oğul,
Yetmədin kami-muradə məhi-tabanım oğul,
Həşıətək dildə qalıb çıxmadı bu canım, oğul.
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.
Ey səba! Bircə əs, ol zülfü-pərişam dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfü-səmənsa üzünə.
Çün kənar etdi səba zülfi-şikən pürşikəni,
Görünüb Haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi tökdükcə dəfi-dairəni,
Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.
Qaşların tağı oğul sureyi-Yasin oxur,
Baxsa hər kim üzünə, ayeyi-Təhsin oxur,
Əhli-Qurandı bular, cümləsi Ta Sin oxur,
Necə çəkdilər qılınc məzhəri-Ta Ha üzünə?
Dedilər: — Kimdi bu övrət bizi nalan eləyən?
Yoxsa Leyladu bu Məcnun kimi əfqan eləyən?
Səni, ey tazə cavan, qanına qəltan eləyən
Necə məhşərdə baxan Həzrəti-Zəhra üzünə?
Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.
Arizin səfheyi-İncili — Xudavəndi-vədud,
Nizə başənda başın həm oxur sureyi-Hud,
Deyəsən, nizə ayağında durub qövmi-Yəhud
Darın üstündə baxırlar hamı İsa üzünə.
Məzhəri-hüsni-Peyəmbər rüxi-xalındı sənin,
Ayeyi-Şəmsü-Züha mehri-cəmalındı sənin,
Sureyi-Nunü-qələm Həşmi-xalındı sənin,
Kakilin pərdə çəkib Leylətül-Əsra üzünə.
Başdakı şuri-şəhadətdi sənin tacın, oğul,
Arizin Kəbə, hərəmlər hamı hüccacın, oğul,
Rəfrəfin nizə, mübarəkdi bu Meracın, oğul,
Qaşların qiblədi Qövseyni-ov-ədna üzünə.
Gəh üzün ayineyi-Müshəfü-Tövratü-Zəbur,
Atəşi-Turi təcəlladır cəmalında zühur,
Misridir Şam bu qibtələrə, ya vadiyi-tur?
Ali-Firon gəlib baxmağa Musa üzünə.
Sabira, hər il əza saxla Əliəkbərə sən,
Kərbəlada gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-məhşərə sən
Qalma həsrət iki dünyadə bu mövla üzünə.