Məzmuna keç

Nədəndi (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Nədəndi
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 171

Doyurubsan məni cana Qeysəri,
Mərdin namus, qeyrət, arı nədəndi?
Nə lazım biz üçün o kirdigara?
Qurulan nizamı, karı nədəndi?

Şəmsi-vəzzühadan, zülfü tiladan,
Ayeyi-əfnadan, bəhri-bəladan,
Xatəmül övradan, rəbbi-əladan
Biz üçün qənimət varı nədəndi?

Novrəstə İmanın bu müəmması,
Şikəstə könlünün bürci-qalası,
İşləyir sərində zənbur nalası,
Nə istəyir, ahü zarı nədəndi?