Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/123-cü xütbə

Vikimənbə saytından
122-ci xütbə Nəhcül-bəlağə. 123-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
124-cü xütbə


İmam Əli əleyhis-salamın (öz səhabələrini pisləyib danladığı) kəlamlarındandır. Sanki sizləri (yolda) bir-birinə sürtülən kərtənkələlərin dərisinin səsi tək (döyüşdən qaçmaq üçün hər şeyi bir-birinə qatarkən) səs-küy salan (hay-həşir qoparan) görürmüş kimiyəm. Haqqı qəbul etmir (düşmənə müqavimət göstərmir) və zülmün, sitəmin (zülmkarın) qarşısını almırsınız. Sizi (cənnətə gedən) yolda azad buraxıblar. Nicat və qurtuluş özünü ona atan (Allah yolunda döyüşən), ölüm və bədbəxtlik isə dayanan (cihaddan imtina edən) üçündür.