Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/139-cu xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
138-ci xütbə Nəhcül-bəlağə. 139-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
140-cı xütbə


İmam Əli əleyhis-salamın (Ömərin vəfatından sonra Ömərin tapşırığı ilə xəlifəlik üçün) şura keçirildiyi vaxt (həmin məclisin ziyanı barədə) buyurduğu kəlamlarındandır. Heç kəs məndən qabaq haqqın dəvətinə, qohumlarla birləşməyə, ehsan və yaxşılığa (bir sözlə Allaha xoş gələn işlərə) tələsməmişdir. (Yaradılmasına Ömərin əmr verdiyi bu məclis kimi yerlərə qatılmıramsa, bu işdə haqq, həqiqət görmürəm. Buna görə də) sözlərimə qulaq asıb, dediklərimi nəzərinizdə saxlayın. Tezilklə, (bu məclisin keçirildiyi) bu gündən sonra xəlifəlik məsələsinin üstündə qılıncların çəkiləcəyini, əhd-peymanların pozulacağını görəcəksiniz. Hətta sizlərdən bəziləri (Təlhə və Zübeyr) azğınlara rəhbərlik edəcək, bəziləri isə nadanların (Osman və başqalarının) arxasınca gedəcəkdir. (Bütün bu fitnə-fəsadın, qırğınların əsası batil və nadürüstlük üzərində qurulan bu məclisin nəticəsidir.)