Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/148-ci xütbə

Vikimənbə saytından
147-ci xütbə Nəhcül-bəlağə. 148-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
149-cu xütbə


İmam Əli əleyhis-salamın Bəsrə əhli (Təlhə və Zübeyrin məzəmməti) barədə kəlamlarındandır. Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər. (Buna görə də bu döyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar. Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır. Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətə çatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnə və qarışıqlıq üçün) qiyam etmişdir (biz də müdafiə olunmağa və qarşılarını almağa hazırıq). Haradadır (pis işlərdən çəkindirərək Allahdan) əcr və savab istəyənlər (ki, bizə kömək və yardım etsinlər?) Həqiqətən də sünnələr (hidayət və qurtuluş yolları) onlara aydındır (hamı bilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur. (Buna görə də Osmanın qətlini əhd-peymanlarını pozmaq üçün bəhanəyə çevirən bu insanların sözlərinə qulaq asmaq lazım deyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var. (Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncaya qədər inanmayandan) deyiləm.