Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/191-ci xütbə

Vikimənbə saytından
190-cı xütbə Nəhcül-bəlağə. xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
192-ci xütbə


İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır. Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur. Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr və hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.