Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/194-cü xütbə
←193-cü xütbə | Nəhcül-bəlağə. 194-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
195-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (dünyaya ürək bağlamamaq və itaət və bəndəliyə həvəsləndirmək barəsindəki) kəlamlarındandır.
Ey insanlar! Həqiqətən dünya keçid evi, axirət isə qalmaq yeridir. Buna görə də keçid yerindən qərar tutulacaq yeriniz üçün (azuqə) götürün. (Nə qədər ki, dünyadasınız, axirətdə xoşbəxt olmağınız üçün Allaha ibadət və xalqa xidmət edin.) Sizin sirlərinizi bilənin yanında pərdələrinizi tam götürməyin (Allaha itaətsizlik etməyin). Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxardın. (Ölümü asanlıqla qarşılamaq üçün dünyaya ürək bağlayaraq vurğun olmayın. Çünki) siz dünyada sınaq qarşısındasınız və ondan başqası (axirət) üçün yaradılmısınız. Biri ölən zaman (dünyapərəst) insanlar deyirlər: (Mal-dövlətdən) yerdə nə qoydu? Mələklər isə deyirlər ki: Qarşıya (ibadət və bəndəlikdən) nə göndərdi? Allah atalarınızı bağışlasın! Bir hissəni (mallarınızın bir hissəsini) qarşıya göndərin (Allahın göstərişi əsasında paylayın) ki, sizin xeyriniz ondadır. Hamısını yerdə qoymayın ki, sizin ziyanınızadır (bunun çoxlu çətinlikləri vardır).