Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/20-ci məktub

Vikimənbə saytından
19-cu məktub Nəhcül-bəlağə. 20-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
21-ci məktub


İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır. Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi. Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin. Salama layiq kimsəyə salam olsun!