Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/19-cu məktub

Vikimənbə saytından
18-ci məktub Nəhcül-bəlağə. 19-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
20-ci məktub


İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır. (Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.) Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin kobudluğun, daşürəkliliyin, onları xar etməyin və zülmkarlığından şikayət ediblər (məni sənin hərəkət və davranışından xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikirləşdim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hörmət və mehribançılığına) layiq görmədim. Çünki onlar müşrikdirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəşpərəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağlayıblar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna görə də onlarla (davranışında) sərtliklə qarışıq olan mehribançılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötə’dilliyi əldən vermə).