Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/209-cu xütbə

Vikimənbə saytından
208-ci xütbə Nəhcül-bəlağə. 209-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
210-cu xütbə


İmam Əli əleyhis-salamın Cəməl müharibəsində Təlhə ilə Əbdürrəhman ibn Əttab ibn Usəydin öldürülmüş cəsədlərinin yanından keçərkən buyurduğu kəlamlarındandır. Hər halda Əbu Məhəmməd (bu, Təlhənin künyəsidir) burda öz diyarından uzaq və qərib düşüb. Bilin, Allaha and olsun ki, mən yer üzündə Qüreyş tayfasından birinin meyidinin sərilməsini istəmirdim. İntiqamı Əbdül Mənaf övladlarından aldım. (Cəməl müharibəsində Aişə ilə birgə olan və onlardan Əbdürrəhman ibn Əttab və Abdullah ibn Rəbiədən başqa heç biri öldürülməyən) Cuməh qəbiləsinin böyükləri isə əlimdən qaçdılar. Həqiqətən də onlar layiq olmadıqları işə boyun uzatdılar və ona çatmamış boyunları sındırıldı. (Dünyapərəstlik üçün xilafət və əmirliyi ələ almaq istədilər, amma arzularına çatmadılar.)