Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/210-cu xütbə

Vikimənbə saytından
209-cu xütbə Nəhcül-bəlağə. 210-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
211-ci xütbə


İmam Əli əleyhis-salamın (əsl arif və həqiqi mömin barəsində buyurduğu) kəlamlarındandır. Həqiqətən (mömin) öz ağlını (pərhizkarlıqla, Allah və Peyğəmbərə tabeçiliklə) elə dirildib və nəfsini (zahidlik, bəndəlik və nəfsi istəklərə tabe olmamaqla) elə öldürüb ki, onun eni (bədəni) nazikləşib, bərki (ürəyi) yumşalıb və çox nurlu (bir) parıltı işıq saçıb ona. (O, yüksək tovhid və Allahı tanımaq məqamına çatıb.) Beləliklə, onun nuru ona yolu (hidayət və nicat yolunu) göstərib. O, həmin nurla (haqq) yolda hərəkət edib. Və mərtəbələr (zahidlik, pərhizkarlıq və ibadət) onu (yüksəldərək) əmin-amanlıq qapısı və yaşayış yerinə sövq edib. (Zahidlik və ibadətin mərtəbələrindən hər biri onu digər mərtəbəyə çatdırar və o, nəhayət, əbədi Cənnəti əldə edər.) Həmçinin ayaqları bədəninin rahatlığı ilə, öz qəlbini məcbur etdiyi iş (haqqın nişanələrində fikirləşərək düşünmək) nəticəsində və Rəbbini razı saldığı şey (itaət və bəndəlik) vasitəsi ilə təhlükəsiz və rahat yerdə möhkəmlənib.