Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/236-cı xütbə

Vikimənbə saytından
235-ci xütbə Nəhcül-bəlağə. 236-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
237-ci xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır ki, onda özünün Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Məkkədən Mədinəyə) hicrətindən sonrakı vəziyyətinin necəliyini və o Həzrətə birləşməsini açıqlayıb: (Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edən zaman mənə əmr etdi ki, hərəkət edəcəyi axşam onun yatağında yatım. Onun səhərisi gün müşriklər Peyğəmbərin getdiyini və yataqda yatan şəxsin mən olduğumu bildilər. O Həzrətin hicrətindən üç gün sonra piyada onun arxasınca yola düşdüm.) Beləliklə, Allahın Peyğəməbərinin (səlləllahu əleyhi və alih) getdiyi yolu tutdum. Hər addımı onun fikri ilə atırdım (və hər mənzildə onu soraq edirdim) ki, nəhayət, Ərəcə (Məkkə ilə Mədinə arasında yer adıdır) çatdım. (Seyyid Rəzi deyir:) Bu cümlə (o Həzrətdən nəql edilmiş) uzun bir kəlamdandır. (Seyyid Rəzi daha sonra belə deyir:) O Həzrət əleyhis-salamın «فَأَطَأُ ذِكْرَهُ» «hər addımı onun fikri ilə atırdım» cümləsi ixtisar və fəsahətin son həddinə çatıb. (Həmin sözdən) məqsəd budur ki, mən (Məkkədən) çıxandan Ərəcə çatana kimi o Həzrəti (səlləllahu əleyhi və alih) soraqlaşırdım. Odur ki, bu kəlamı belə bir heyrətləndirici metafora üçün gətirib.