Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/235-ci xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
234-cü xütbə Nəhcül-bəlağə. 135-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
236-cı xütbə


İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa buyurduğu kəlamlarındandır. Abdullah, Osman (zülmkarlıqlarına, müsəlmanların beytülmalını dağıtdığına və gördüyü çirkin işlərə görə) mühasirədə olan zaman (müsəlmanlar onu xilafət məqamından uzaqlaşdırmaq istəyirdilər və o, öldürülmək qorxusundan çölə çıxmağa cürət etmədiyi üçün) ondan o Həzrətə bir məktub gətirdi. Osman həmin məktubda o Həzrətdən, xalqın onu xilafətə namizəd kimi irəli sürmələri hay-küyünün yatması üçün Yənbudakı malikanəsinə getməsini istəmişdi. Halbuki həmin istəyin bənzərini bundan qabaq da etmişdi. Buna görə də İmam əleyhis-salam buyurdu: Ey Abbasın oğlu! Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəlməyimdən başqa bir şey istəmir. (Bundan qabaq yanıma adam) göndərdi ki, (Mədinədən) çıxım. Ondan sonra (yenə adam) göndərdi ki, (ona kömək etmək üçün Yənbudan Mədinəyə) gəlim. İndi də (səni) göndərir ki, çıxım. Allaha and olsun, (kömək edərək) onu elə müdafiə etdim ki, (onunla bir yerdə olmaqda çox çalışmağımın nəticəsində) günahkar olmağımdan qorxdum. (Çünki o, gördüyü nalayiq işlərə görə müdafiə edilməyə layiq deyildi.)