Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/32-ci məktub

Vikimənbə saytından
31-ci məktub Nəhcül-bəlağə. 32-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
33-cü məktub


İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onun xalqı düz yoldan azdırmasını xatırladıb və Allahdan qorxmaq və çəkinmək barəsində öyüd-nəsihət verib). İnsanların çoxunu həlak etdin: onları öz azğınlığınla aldatdın, öz (nifaq və ikiüzlülük) dənizinin dalğalarına atdın. Zülmətlər (azğınlıqlar) onları əhatə edib və şübhələr (əyriliklər) onların ətrafında ləpələnir. Beləliklə, öz doğru yollarından uzaqlaşdılar (haqdan sonra batilə tərəf getdilər). Keçmişlərinə qayıtdılar (dal-dala getdilər) və arxa çevirdilər. (Batil yoldan haqq yola) qayıtmış gözüaçıqları (ağıllıları) istisna olmaqla, (qalanları) əsl-köklərinə (sülalələrinin ad-sanına) arxalandılar (öyündülər). Bu cür onlar səni tanıyandan (sənin haqqa zidd addım ataraq xalqı aldatmağını biləndən) sonra səndən ayrıldılar. Onları çətinliklərə doğru çəkəndə (batilə sövq edəndə) və doğru yoldan qaytaranda (azdıranda), sənə kömək etməkdən Allahın yardımına qaçdılar. Belə isə, ey Müaviyə, özün (əzab və cəzaya düçar olmağın) barəsində Allahdan qorx və cilovunu Şeytanın əlindən çək (onunla əlaqələrini bir-birinə vur və nəfsinin ona tabe olmasının qarşısını al). Çünki dünya səndən ayrılacaq və axirət sənə yaxındır. Salama layiq kimsəyə salam olsun!