Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/35-ci xütbə

Vikimənbə saytından
34-cü xütbə Nəhcül-bəlağə. 35-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
36-cı xütbə


İki hakimin rəy verməsindən sonra İmam Əli əleyhis-salamın buyurduğu xütbələrindəndir: Ruzigar böyük bəlalar və ağır hadisələr yaratsa belə, sitayiş Allaha məxsusdur. Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa Allah və ondan başqa mə’bud yoxdur, Məhəmməd onun bəndəsi və elçisidir. Ona və ailəsinə Allahın salamı olsun! (Hər şeyi) Bilən və təcrübəli olan mehriban nəsihətvericiyə itaətsizliyin nəticəsi həsrət və kədərdir. Bunun arxasınca isə təəssüf və peşmançılıq durur. Mən bu hakimlik barədə (onun zərərini bildiyim üçün) öz fikrimi və nəzərdə tutduğumu qısaca sizə bəyan etdim. (Siz sözümə əməl etmədiniz. Peşmançılığa düçar oldunuz ki, bunun da heç bir faydası yoxdur.) «لَوْ كَانَ يُطاعُ لِقَصيرٍ أَمْرٌ» Ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı. Nəsihət verən (sizin itaətsizlik və müxaliflikdə şüarınız nəticəsində) nəsihət verməkdə tərəddüd edənə, alov verən alov verməkdən imtina edənə qədər zülmkar müxaliflər, itaətdən çıxan əhd pozanlar kimi mənə tabe olmayıb imtina etdiniz. Mənimlə sizin hekayətimiz Həvazənin qardaşının (Durəyd ibn Simə) dediyi kimidir. فَلَمْ تَسْتَبِينُوا النُّصْحَ إِلّاضُحَى الْغَدِ أَمَرْتُكُمْ أَمْرِى بِمُنْعَرِجِ اللِّوى

Yəni: Mun’əricul-livada öz fikrimi sizə dedim. Mənim nəsihətimin faydasını sabahkı gün səhər günəş çıxana qədər bilmədiniz.