Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/39-cu məktub

Vikimənbə saytından
38-ci məktub Nəhcül-bəlağə. 39-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
40-cı məktub


İmam Əli əleyhis-salamın Əmr ibn Asa məktublarındandır (ki, onda onu azğınlığına və Müaviyəyə tabe olduğuna görə məzəmmət edir). (Düz yolda olan nicat tapmışlara salamdan) sonra (bil ki): Sən öz dinini azğınlığı aşkar olan və pərdəsi yırtılmış bir kəsin (Müaviyənin) dünyasına tabe etmisən. O öz məclisində hörmətli şəxsi nöqsanlı və başıaşağı edir və ünsiyyətdə olmaqla alimi nadan edir. İndi sən də (bir loxma yemək tamahı ilə) aslanın dalınca düşüb pəncələrinə baxaraq ovunun artığını ona atmasını gözləyən it kimi belə bir adamın dalınca gedir və ondan bəxşiş istəyibsən. Buna görə də həm dünyanı, həm də axirətini bada vermisən (dünyada özünü rüsvay etmisən, axirətdə də ilahi əzaba düçar olacaqsan)! Əgər haqdan yapışsaydın (bizə üz tutsaydın dünya və axirətdən) istədiyini tapardın. İndi (ki, haqdan üz çevirib azğınlığa düşmüsən), əgər Allah mənə səni və Əbu Süfyanın oğlunu ələ keçirmək imkanı versə sizi cəzalandıracağam. Amma əgər məni acizləşdirib (məndən sonra) qalsanız (bilin ki,) qarşınızda olan (ilahi əzab və cəza) sizin üçün daha pisdir. Salama layiq kimsəyə salam olsun.