Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/41-ci xütbə

Vikimənbə saytından
40-cı xütbə Nəhcül-bəlağə. 41-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
42-ci xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir. (Bu xütbədə vəfalılıq təqdir, hiylə isə məzəmmət olunur.) Vəfa doğruluğun yoldaşıdır və mən (ilahi əzabın qarşısını almaq üçün) əhdə vəfa etməkdən daha qoruyucu sipər tanımıram. (Qiyamətdə) qayıdışın nə cür olmasından agah kimsə (ondan hansı şəkildə sorğu-sual ediləcəyini bilən heç vaxt) məkr işlətməz. Elə bir zəmanədəyik ki, adamlarının çoxu məkr işlətməyi zirəklik sanırlar və nadanlar onları zirək bilirlər. Bu məkr edənlərin xeyirləri nə olur? Allah onları həlak etsin (ki, camaat şərlərindən azad olsun və ya Allah onları öz rəhmətindən uzaq salsın)! Zirək və işini bilən insan hiylənin və hər bir işin çarə yolunu bilir. Hiylə işlətməməyinin səbəbi isə Allahın əmr və qadağasının ona mane olmasıdır. Hiyləni gördüyü, tanıdığı və işlətmək qüdrətinə malik olduğu halda onu tərk edir. Dində (Müaviyə və Əmr ibn As kimi) heç bir günahdan qorxusu olmayanlar, fürsəti əldən verməyərək hər işdə hiylə və məkrə əl atırlar.