Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/44-cü xütbə
Görünüş
←43-cü xütbə | Nəhcül-bəlağə. 44-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
45-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Məsqələ ibn Hübeyrə Şeybaninin Müaviyənin yanına qaçdığı vaxt buyurduğu kəlamlarındandır. O, Bəni-Naciyə əsirlərini Əmirəl-mömininin nümayəndəsindən satın alaraq azad etmiş, Həzrət onların pulunu istədikdə isə xəyanət edərək Şama qaçmışdı.
Allah Məsqələnin üzünü qara eləsin. Böyüklərə layiq iş görüb (əsirləri satın alıb, azad etdi), qullara layiq qaçışla qaçdı. Onu öyəcək adama fürsət verməmiş susdurdu. Vəsf edən onun işini təsdiqləməmiş, onu qınamağa və pisləməyə məcbur oldu. Əgər getməyib qalsaydı, gücü çatan qədərini ondan alacaq, (qalan hissəsini almaq üçün) var-dövlətinin artmasını gözləyəcəkdik.