Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/45-ci xütbə

Vikimənbə saytından
44-cü xütbə Nəhcül-bəlağə. 45-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
46-cı xütbə


İmam Əli əleyhis-salamın (dünyanı və onun fəsadlarını qınadığı) xütbələrindəndir. Həmd olsun Allaha ki, heç kəs rəhmətindən məyus olmaz, nemətləri hamıya şamil edilər, heç kimsə onun bağışlamasından ümidsiz olmaz, ona ibadət kimsəyə başıaşağılıq gətirməz. Elə bir mə’buddur ki, rəhmətini əsirgəməz və neməti bitib-tükənməz. Dünya bir saraydır ki, onun üçün fənalıq və yoxluq, əhli üçün isə köçünü çəkmək labüddür. O (öz əhlinin nəzərində), xoş və yamyaşıldır və (aldatmağının, qəflətə salmağının səbəbi budur ki,) tələsik onu istəyənlərin, tələb edənlərin sorağına gəlir, öz məhəbbət və istəyini ona nəzər salanın ürəyinə salır. Belə isə ondan köçün (ona ürək bağlamayıb, axirət səfərinə hazırlaşın və rahatlığı orada axtarın) və ən yaxşı malınızdan (Xaliqə ibadət və xalqa xidmətdən) azuqə yığın, orada ehtiyacınızdan artıq istəməyin. Sizə çatandan artığını tələb etməyin.