Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/46-cı məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
45-ci məktub Nəhcül-bəlağə. 46-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
47-ci məktub


İmam Əli əleyhis-salamın icraçılarından birinə olan məktublarındandır (ki, onda ona rəiyyətlə mülayim və xoş davranmağı, lazım gələndə isə sərt olmağı əmr edir). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sən mənim dinin qorunmasında köməklərinə arxalandığım, vasitəsi ilə günahkarın itaətsizliyini yatırtdığım və düşmənin qorxulu dilçəyini (sərhəddini) bağladığım kimsələrdənsən. Buna görə də səni qəmləndirən işlərdə Allahdan kömək istə və (rəiyyətlə işlərində) sərtlik və qatılığı bir az yumşaqlıq və mülayimliklə qatışdır (ki, ürəyini ələ almaq istəyəndə edə biləsən). Mülayimlik lazım olan zaman mülayim və mehriban ol. Sərtlikdən başqa bir şey yeriməyən vaxt da sərtlik və qatılıq et. Qanadını rəiyyət üçün endir, onlarla gülərüz ol və özünü yumşalt (mehriban, mülayim və xoşrəftar ol.) Gözucu baxmaq, gözünü zilləmək, işarə etmək və salam verməkdə onların arasında bərabər davran (birini digərindən üstün tutma) ki, böyüklər sənin zülm etməyinə tamah salıb həris olmasınlar (səninlə düşmənçilik fikrinə düşməsinlər) və zəiflər sənin ədalətindən naümid olmasınlar. Salama layiq kimsəyə salam olsun!