Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/56-cı xütbə
←55-ci xütbə | Nəhcül-bəlağə. 56-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
57-ci xütbə→ |
İmam Əli əleyhis-salamın öz səhabələrinə buyurduğu kəlamlardandır. (O böyük şəxsiyyətdən sonra Kufə əhlinin başına gələcək bəlalardan onları xəbərbar edir və o zaman necə rəftar etmələri barədə göstəriş verir.) Agah olun ki, məndən az sonra iri hulqumlu və yekə qarınlı bir kişi (Müaviyə ibn Əbu-Süfyan) sizə qalib gələcək, tapdığı hər bir şeyi yeyəcək, tapmadığını istəyəcək. Belə isə (gücünüz və imkanınız olsa) onu öldürün, hərçənd ki, onu heç vaxt öldürməyəcəksiniz (onu öldürmək gücündə deyilsiniz). Agah olun, həmin kişi tezliklə sizləri məni söyməyə məcbur etsə, söyün məni. Çünki mənə söyməyiniz məqamımın yüksəlməsinə, sizin isə nicatınıza və (onun şərrindən) xilasınıza səbəb olacaq. Üz döndərməyə gəldikdə isə, məndən sonra məndən üz döndərməyin (batində məni sevin). Çünki mən fitrətən müsəlman doğulmuşam. İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.