Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/61-ci məktub

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
60-cı məktub Nəhcül-bəlağə. 61-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
62-ci məktub


İmam Əli əleyhis-salamın tərəfindən (Fəratın sahilindəki şəhərlərdən olan) Hitin valisi olmuş (İmam əleyhis-salamın ən seçilmiş dost və şiələrindən) Kumeyl ibn Ziyad Nəxəiyə məktublarındandır. (İmam əleyhis-salam bu məktubda) onu, düşmənin onun olduğu şəhərdən qarətçilik üçün keçən qoşununun qarşısını almadığına görə məzəmmət edir (ki, nə üçün belə bir vaxtda öz şəhərini buraxıb digər bir düşmənin qarşısını almağa gedib). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: İnsanın təyin edilərək ona tapşırılan şeyi buraxıb ona həvalə edilməyən və başqasının öhdəsinə qoyulmuş işə görə zəhmət çəkməsi, aşkar acizlik və sahibini məhvə aparan düşüncədir. (Çünki onun mənşəyi ağlın azlığıdır.) Həmçinin sənin, vali və başçı təyin etdiyim sərhədləri heç bir hami və qoruyucusu və qoşunu (düşmən qoşununu) ondan qaytaran bir kimsəsi olmayan halda buraxıb (Fərat sahilindəki şəhərlərdən olan) Qerqisiya əhalisinə hücum edib onları qarət etməyin dağınıq nəzər və düşüncədir. Beləliklə, sən (bu işlərinlə) dostlarına hücum edib onları qarət etmək istəyən düşmənlərin (onların keçməsi) üçün bir körpü olmusan. Eyni zamanda möhkəm (güclü) çiyinlərin yox idi və səndən heç bir qorxu mövcud deyildi (ki, düşmənlərin öz yerlərində otursunlar). Nə dəliyi (düşmənin yolunu) bağladın və nə də düşmənin vüqar və qüdrətini sındırıb bir-birinə vurdun; nə şəhərinin əhalisinin (düşmənin qarşısını almaq) ehtiyacını tam təmin edənsən, nə də öz əmiri tərəfindən bir iş görən! (Buna görə də sənin kimisi valilik işinə yaramır.) Salama layiq kimsəyə salam olsun!