Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/60-cı məktub

Vikimənbə saytından
59-cu məktub Nəhcül-bəlağə. 60-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
61-ci məktub


İmam Əli əleyhis-salamın (qoşunun yolu üstündə yerləşən və) ordunun keçəcəyi yerlərin valilərinə məktublarındandır (ki, onlar və rəiyyət barəsində bəzi tapşırıqlar verib). Allahın bəndəsi Əmirəl-möminin Əlidən ordunun, (yerlərindən) keçəcəyi şəhərlərin xərac toplayanlarına və valilərinə: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sizdən (yerlərinizdən) keçəcək qoşunu yola saldım və onlara (camaatı) incidərək pislik etməmək kimi Allahın onlara vacib etdiklərini tapşırdım. Mən sizin özünüzün və (pənahınızda olan) zimmə əhlinizin yanında ordunun ziyan vurması barəsində pak və günahsızam. Ac və aciz olan və qarnını doydurmaq üçün (rəiyyətin malından özü və ya onun özü kimi sayılan atının doyması miqdarında götürməkdən başqa) bir yol tapmayan kəs istisnadır (və bu cür ziyan rəvadır). Buna görə də (ac və möhtac olmayan və) zülm üçün (camaatın malına) əliuzunluq edən qoşunu özünüzdən uzaqlaşdıraraq cəzalandırın. İcazə verdiyim şeydə ağılsızlarınızı onlara mane olaraq hörmətsizlik etməkdən saxlayın (ki, fitnə və çaxnaşma yaranmasın). Mən ordunun arxasındayam. Beləliklə, onların sizə etdikləri zülmləri, həmçinin onların Allahın köməyi və mənə müraciətdən başqa heç bir şeylə qarşısını ala bilmədiyiniz, rəftarları nəticəsində qarşılaşdığınız çətinlikləri mənə xəbər verin. Belə olan halda, mən Allahın kömək və istəyi ilə onu düzəldəcəyəm. (Sizin şikayətlərinizə baxıb onların zülm və haqsızlıqlarını sizdən uzaqlaşdıracağam.)