Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/75-ci məktub
←74-cü məktub | Nəhcül-bəlağə. 75-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
76-cı məktub→ |
İmam Əli əleyhis-salamın xalqın onunla bey’ətinin əvvəlində Mədinədən Müaviyəyə yazdığı məktublarındandır. (O Həzrət, bu məktubda Müaviyəyə və onun dostlarına, ona bey’ət etməyi əmr edir.) Bu məktubu (Əbu Abdullah Məhəmməd ibn Ömər) Vaqidi Cəməl kitabında nəql edib:
Allahın bəndəsi Əmirəl-möminin Əlidən Əbu Süfyanın oğlu Müaviyəyə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənim sizin barənizdəki üzrümdən (mülayimlik və laqeydliyimin səbəbindən) xəbərdarsan və (bundan əvvəl) sizdən (sizləri özümə bey’ət etməyə dəvət etməkdən) uzaqlaşmağımı bilirsən. Nəhayət, çarəsi olmayan və qarşısı alınmaz şey (Osmanın öldürülməsi və ya ondan qabaqkı digər hadisələr) baş verdi. Hekayə uzun, söz çoxdur. (Onları deməyə fürsət yoxdur və ya onlara göz yummaq daha yaxşıdır.) Keçən keçdi, gələn gəldi. (Əvvəlki xəlifələrin dövrləri keçdi və haqq olan xilafətin zamanı gəlib çatdı.) Buna görə də yanında olanlardan (mənim üçün) bey’ət al və yoldaşlarından bir dəstə ilə yanıma gəl. Salama layiq kimsəyə salam olsun!