Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/76-cı məktub
Görünüş
←75-ci məktub | Nəhcül-bəlağə. 76-cı məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
77-ci məktub→ |
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbası Bəsrədə öz canişini edəndə ona olan tövsiyələrindəndir (ki, onda Abbasa xalqla mehriban olmaq və qəzəbdən uzaq olmaq barəsində öyüd-nəsihət verib).
Xalqla gülərüz, məclis yoldaşı və düz ol. (Heç kəsin səninlə görüşünə mane olma. Elə yerdə otur ki, hamı yanına yol tapa bilsin. Hamının hörmətini saxla. Onları çətin və ağır işlərə məcbur etmə və aralarında ədalət və insafla hökm et. Xalqa) qəzəblənməkdən çəkin. Çünki o, şeytandan olan (ondan sənə çatan) yelbeyinlikdir. Bil ki, səni Allaha (Onun mərhəmətinə) yaxınlaşdıran hər bir iş, oddan (qiyamət gününün cəzasından) uzaqlaşdırır. Səni Allahdan uzaqlaşdıran hər bir iş isə oda yaxınlaşdırır.