Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/81-ci xütbə

Vikimənbə saytından
80-ci xütbə Nəhcül-bəlağə. 81-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
82-ci xütbə


İmam Əli əleyhis-salamın dünyanın sifəti barədə kəlamlarındandır. Əvvəli əziyyət, sonu yoxluq olan bir sarayı necə vəsf edim? Halalının hesab-kitabı, haramının cəzası var (halal yolla qazandığının Qiyamətdə sorğu-sualı edilər, haram yolla qazanansa axirətdə əzaba düçar olar). Onda varlı və ehtiyacsız olan fitnəyə, bəlaya düşər, möhtac və fəqir qəmgin olar. Onu əldə etməyə çalışan istəyinə çatmaz, dünya onun üçün çalışmayana üz tutar. Dünya ona (ibrət gözü ilə) baxanı gözüaçıq və agah edər (ki, doğru yolu taparaq özünü axirətə hazırlasın), zinətinə və bəzəyinə nəzər yetirəni kor edər (ki, yolunu aszın. Seyyid Rəzi buyurur:) Kim İmam Əli əleyhis-salamın مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ «dünya ona ibrət gözü ilə baxanı gözüaçıq və agah edər» buyruğu üzərində dərindən düşünüb-daşınsa, onda sonuna çatmaq mümkün olmayan heyrətamiz məna və böyük məqsəd tapar. Onun həqiqətini dərk etmək olmaz. Xüsusilə də, bu cümləni وَ مَنْ أَبْصَرَ إِلَيْها أَعْمَتْهُ «dünya, zinətinə və bəzəyinə nəzər yetirəni kor edər» أَبْصَرَ بِهَا cümləsi iləأَبْصَرَ إِلَيْهَا yanaşı qoysa, arasındakı fərqi heyrətlə açıq-aydın görər.