Məzmuna keç

Oğluma nəsihət (Cəfər, ey xəstə cismimin cani)(Seyid Əzim Şirvani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Cəfər, ey xəstə cismimin cani,
Səd ya nəhs olan günü tani.
Səd o gündür ki, kam ola hasil,
Olasan öz muraduva vasil.
Nəhs o gündür ki, qismətin qəmdir,
Sənə ol aşiri-məhərrəmdir.
Birinə nəhs olan gün, ey dana,
Birinə səd olur, deyil bu həba.
Belədir karü bari-cümlə cahan,
Birinə sud olur, birinə ziyan.
Birinə bir zaman olur xürrəm,
Birinə ol zaman olur matəm.
Kim ki, bir qəmdə əhli-matəmdir,
Eydi-novruz ona məərrəmdir.