Məzmuna keç

Oğluma nəsihət (Vaqif ol, ey nəcibü fərzanə)(Seyid Əzim Şirvani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Vaqif ol, ey nəcibü fərzanə,
Lən edirsən həmişə şeytanə...
Hər işi eylədin özün həlvət,
Bircə şeytanə vermədin fürsət.
Sonra şeytanə lənət eylərsən,
Maşallah, qiyamət eylərsən.
Dəyməsin göz, qəribə zirəksən,
Bu fərasətdə dəhrdə təksən.
Bir bəyan eylə ki, haçan şeytan
Sənə bir məsiyətdə oldu əyan?
Sən ki oldun bu günə məstü xərab
Sənə şeytan nə vəqt verdi şərab?
Sənə şeytan haçan olub saqi,
Sənə kim verdi bəngü tiryaki?..
Səni həqq qıldı faili muxtar,
Hər əməl qılsan, ixtiyarın var.
Xeyrü şər rahıdır sənə məlum,
Getmə sən rahi-şərrə, ey məxdum.
Səni həqq şərrə etməyib məcbur,
Bu xəyalət əqldəndir dur.
Ol xəbərdar kim, həkimü ğəni
Etməyib nəfsə vagüzar səni...
Ol həkimü əlimü daşadır,
Özü zibavü feli zibadır.